Голос Талыша |
---|
Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.
|
|
Главная » Dünyada
« 1 2 ... 5 6 7 8 9 ... 21 22 »
Oktyabrın 16-18-də Strasburqda Avropa Şurası ölkələri yerli hakimiyyət nümayəndələrinin 23-cü Konqresi keçirilib.
Oktyabrın 17-də həmməruzəçilər Yos Viene (Niderland) və Qudrun Mosler-Torstrem (Avstriya) Azərbaycandakı vəziyyət haqqında məruzəni təqdim ediblər. Məruzədə 2003-cü ildə aparılmış əvvəlki monitorinqdən sonra ötən dövr ərzində Azərbaycanda demokratiya sahəsində vəziyyətə qiymət verilib.
Məruzədə qeyd edilir ki, ölkədə yerli hakimiyyət orqanlarının üç assosiasiyası yaradılıb, amma onlar bələdiyyə maraqlarının müdafiəsində fəal rol oynamır.
Azərbaycan hakimiyyəti hələ 2003-cü ildə vəziyyətin dəyişdirilməsi məqsədilə onlara ünvanlanmış tövsiyələrin əksəriyyətinə məhəl qoymayıb.
Bundan başqa, məruzədə Azərbaycanın qoşulduğu Av
...
Читать дальше »
Категория:
Dünyada
|
Просмотров:
1668
|
Добавил:
admin
|
Дата:
19.10.2012
|
|
Mən öləndən sonra qəbrimin üstünə çox zir-zibil gətirəcəklər, amma vaxt gələcək onu süpürəcəklər.
Mən heç vaxt əsl inqilabçı olmamışam, bütün həyatım yəhudi burjuasının başçılığı altında yeni dünya düzəni qurmaq istəyən sionizmlə yorulmaz mübarizədə keçib... Buna nail olmaq üçün onlar SSR-i, Rusiyanı süquta uğratmaq, İnancı məhv eləmək, rus xalqının səltənətini öz milliyyətindən xəbərsiz kosmopolitlərə çevirmək istəyir.
Onların planlarına ancaq İmperiya qarşı qoya bilər. İmperiya olmasa, Rusiya da, Dünya da məhv olacaq. Utopiyaya son qoymaq lazımdır. Monarxiyadan yaxşı heç bir dövlət quruluşu tapmaq mümkün deyil, deməli heç lazım da deyil. Mən həmişə rus çarlarının dahiliyi və böyüklüyü qarşısına baş əymişəm.
Hakımi-mütləqlə heç yana çıxmaq
...
Читать дальше »
Категория:
Dünyada
|
Просмотров:
1819
|
Добавил:
admin
|
Дата:
15.10.2012
|
|
"Kim olduğunu unutma"; Ölkə başçısı "neft demarşı"na elə cavab aldı ki...
"BP Azərbaycanda iflasa uğraya bilər, amma Əliyev ondan qabaq süqut edər”
Dünyanın ən məşhur biznes jurnalı olan "Forbes” ölkə başçısı İlham Əliyevin BP şirkətinə qarşı məlum ittihamları ilə bağlı geniş məqalə dərc edib. Məqalədə qeyd olunur ki, BP indi çox narahat dövrünü yaşayır. Meksika Körfəzindəki neft sızıntısı bəlasından tam qurtara bilməyən və Rusiyadakı uzunmüddətli mövqelərini qoruyub saxlamağa çalışan şirkət indi də Bakıda, Azəri-Çıraq-Günəşli (ACG) yataqlarında hasilatın azalmasına görə "öldürücü tənqidlə” üzləşib.
Əliyevin özünə vermədiyi sual
«Burada BP üçün narahatedici məqam o deyil ki, hücum birbaşa prezident
...
Читать дальше »
Категория:
Dünyada
|
Просмотров:
1732
|
Добавил:
admin
|
Дата:
13.10.2012
|
|
Azərbaycanlılar AŞPA-nın üzvlərini qara kürü ilə ələ alıblar
"Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti üzvlərinin öz həmkarlarını qara kürü ilə ələ aldıqları doğrudursa, bu, tamamilə qəbuledilməzdir”. "Turan” agentliyinin məlumatına görə, bu sözləri oktyabrın 4-də keçirdiyi mətbuat konfransında Avropa Şurasının baş katibi Torbyorn Yaqland jurnalistlərin suallarını cavablandırarkən deyib.
Torbyorn Yaqland vurğulayıb ki, parlament də, onun üzvləri də müstəqil, muxtar olmalı, təşkilatın adından fəaliyyət göstərməli, onun standartlarını, dəyərlərini müdafiə etməlidir.
Azərbaycan nümayəndələrinin AŞPA-dakı digər deputatları qara kürü i
...
Читать дальше »
Категория:
Dünyada
|
Просмотров:
1477
|
Добавил:
admin
|
Дата:
05.10.2012
|
|
Çərşənbə günü axşam AŞPA payız sessiyasının plenar iclasında alman deputat Kristofer Ştrasserin məruzəsi əsasında siyasi məhbus anlayışının tərifi”nə dair qəqətnamə qəbul edib. 100 deputat qətnamənin "lehinə”, 64-ü əleyhinə səs verib.
Turan-ın xüsusi müxbirinin Strasburqdan verdiyi məlumata görə, debatlar gərgin şəraitdə keçib. Hüquq məsələləri və insan haqları Komitəsində bir qrup deputat tərəfindən təklif edilən düzəlişlər ətrafında kəskin müzakirələr gedib. Həmin düzəlişlərə əsasən siyasi məhbus tərifi Avropa İnsan Hüquqları Məhkəməsinin səlahiyyətinə verilməlidir. Lakin deputatların bur çoxu bunun əleyhinə çıxaraq bildiriblər ki, belə olan halda qətnamə öz əhəmiyyətini itirəcək.
Səsvermə zamanı səslər bərabər 89:89 bölünüb. Lakin prosed
...
Читать дальше »
Категория:
Dünyada
|
Просмотров:
1466
|
Добавил:
admin
|
Дата:
04.10.2012
|
|
Yer üzünün hər sakini öz dövlətinin bayrağı altında pis-yaxşı yaşayarkən özünü müəyyən qədər mühafizə edilmiş kimi sayır. Sadə vətəndaş təxmin edə bilər ki, yüksək səviyyələrdə ondan gizlədilən informasiyalar var. Əksəriyyəti bunu normal sayır. Çünki bəzi informasiyanın hamıya bəlli olmasıyla kütləvi narazıçılıq və axır nəticədə xaos yaşanar. Amma hamı ondan gizlədilən məlumatların heç olmasa siyahısını bilmək istəyir. Bu gündən başlanan silsilə yazılarda insanlardan gizlədilən vacib məsələlərə bir qədər işıq salmaq cəhdləri edəcəyik.
Xərçəng göbələk tipli xəstəlikdir və asanlıqla müalicə olunandır
Hər il 8 milyon adam xərçəng xəstəliyindən vəfat edir. 2030-cu ilə bu rəqəmin 12 milyona qədər artacağı gözlənir. Hər 4 nəfərdən biri bu bəlaya müb
...
Читать дальше »
Категория:
Dünyada
|
Просмотров:
1914
|
Добавил:
admin
|
Дата:
29.09.2012
|
|
Avropa Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya məsələləri üzrə departamentinin direktoru Gunnar Viqand Azərbaycanda həbs edilmiş hüquq müdafiəçisi Hilal Məmmədovun taleyindən narahatlığını bildirib.
"Məmmədovun vəziyyəti haqqında aldığım məruzələr həqiqətən bizi narahat edir. Bu vəziyyətdən aydındır ki, fundamental hüquqlar belə pozula bilər. Azərbaycanla insan hüquqları haqqında dialoqlarımızda bu məsələni qaldıra bilməyimiz üçün Bakıdakı nümayəndə heyətimizə bizə məlumat verməsi tapşırılıb”, deyə Viqandın hüquq müdafiəçisi Ataxan Əbilovun adına ünvanladığı məktubda bildirilir.
Viqand həmçinin bildirib ki, 29 avqust 2012-ci ildə Bakı şəhəri Nizami rayon məhkəməsinin Hilal Məmmədovun istintaq təcridxanasında ona qarşı
...
Читать дальше »
Категория:
Dünyada
|
Просмотров:
1419
|
Добавил:
admin
|
Дата:
28.09.2012
|
|
Hilal Məmmədov, Fərəməz Novruzoğlu, Əvəz Zeynallı və fikri ifadə etmək azadlığı hüququnu yerinə yetirdiyi üçün həbs edilmiş bütün digər jurnalistlər azad edilsin
Beynəlxalq Tərəfdaşlıq Qrupu (International Group for Partnership with Azerbaijan - IPGA) Azərbaycanda fikrin ifadə edilməsi azadlığının pisləşməsindən narahatdır. Ölkədə ən məşhur qəzetlərdən biri olan "Azadlıq”ın bağlanmasının qaçılmaz olması xüsusi narahatlıq doğurur.
Bundan başqa, son həftələrdə daha bir jurnalist siyasi əsaslı ittihamla həbs edilib və iki digər jurnalistin həbsdə saxlanması məsələsi narahatlıq doğurub.
Bundan əlavə, bu yaxınlarda Bakıda qəzet köşklərinin monitorinqi göstərib ki, müstəqil və müxalifət qəzetləri paylanma məsələsində getdikcə ar
...
Читать дальше »
Категория:
Dünyada
|
Просмотров:
1617
|
Добавил:
admin
|
Дата:
07.09.2012
|
|
Moskva şəhərində yaşamaq və ya işləmək üçün icazə sənədlərinin alınmasında problemlər yaşamayacaqsınız. İlk öncə onu qeyd etmək istərdim ki, Rusiya Federasiyasının qanunlarına əsasən Rusiya Federasiyasına gəlmiş hər bir əcnəbi 7 gün ərzində bu ölkədə olduğunu təsdiq elətdirməlidir. Bunu hüquqi dildə ifadə etsək yəni hər bir əcnəbi Rusiya Federasiyasında yasadığı zaman miqrasiya qeydiyyatına düşməlidir. Bundan başqa Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olan həmvətənlərimiz iş ücün icazə sənədləri əldə etməlidir. Bu sahədə Rusiya Federasiyasında fəaliyyət göstərən bir çox şəxslər mövcüddur. Çox təəssuf ki, bu şəxslərin içində saxta sənədləri hazırlayanlar da mövcuddur. Bu c
...
Читать дальше »
Категория:
Dünyada
|
Просмотров:
1519
|
Добавил:
admin
|
Дата:
07.09.2012
|
|
Amerikanın Foreign Policy jurnalı sentyabrın 5-də "Corrupistan” adlı böyük məqalə dərc edib. Məqalədə Mərkəzi Asiyada və Azərbaycanda hakim ailələrin sərvətlərindən bəhs edilir.
"Azərbaycan prezidentinin ailəsi sərvətini ölkənin gəlirli neft sektorunda əldə edib. 1993-cü ildə hakimiyyəti ələ keçirmiş prezident Heydər Əliyevin dövründə oğlu İlham 7 milyard neft barelinə nəzarət edən SOCAR şirkətinin vitse-prezidenti vəzifəsində işləyirdi. 2003-cü ildə Heydər Əliyev öldükdə ciddi şəkildə nəzarət altında olan seçkilərdə prezidentlik İlham Əliyevə ötürülüb”, deyə məqalədə bildirilir.
Azərbaycanın qanunları hökumət məmurlarının, o cümlədən prezidentin biznesə malik olmasını qadağan edir, amma ailə üzvləri üçün belə məhdudiyyətlər yoxdur. "Azadlıq” radiosu
...
Читать дальше »
Категория:
Dünyada
|
Просмотров:
1418
|
Добавил:
admin
|
Дата:
07.09.2012
|
| |
|
|