Главная » 2012»Сентябрь»28 » Avropa Komissarlığı Hilal Məmmədovun hüquqlarının pozulmasından narahatdır
15:06
Avropa Komissarlığı Hilal Məmmədovun hüquqlarının pozulmasından narahatdır
Avropa Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya məsələləri üzrə departamentinin direktoru Gunnar Viqand Azərbaycanda həbs edilmiş hüquq müdafiəçisi Hilal Məmmədovun taleyindən narahatlığını bildirib.
"Məmmədovun vəziyyəti haqqında aldığım məruzələr həqiqətən bizi narahat edir. Bu vəziyyətdən aydındır ki, fundamental hüquqlar belə pozula bilər. Azərbaycanla insan hüquqları haqqında dialoqlarımızda bu məsələni qaldıra bilməyimiz üçün Bakıdakı nümayəndə heyətimizə bizə məlumat verməsi tapşırılıb”, deyə Viqandın hüquq müdafiəçisi Ataxan Əbilovun adına ünvanladığı məktubda bildirilir.
Viqand həmçinin bildirib ki, 29 avqust 2012-ci ildə Bakı şəhəri Nizami rayon məhkəməsinin Hilal Məmmədovun istintaq təcridxanasında ona qarşı pis rəftarla bağlı apellyasiya şikayətini təmin etmədiyi barədə məlumatı var.
Məktubda qeyd edilir ki, Avropa İttifaqı Azərbaycanda insan hüquqlarının vəziyyətindən narahatdır: "Azərbaycanın Avropa Şurası, ATƏT və Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərə baxmayaraq, demokratiya, insan hüquqları və fundamental azadlıqları sahəsində vəziyyət yaxşılaşdırılmalıdır, 15 may 2012-ci ildə dərc edilmiş Avropa Qonşuluq Siyasətinin İnkişafı üzrə İllik Məruzədə bu, qeyd edilib.
Viqand Əbilovdan Aİ-nin Bakı missiyasını Hilal Məmmədovla bağlı vəziyyət haqqında bütün mümkün məlumatlarla təmin etməyi xahiş edib.
Viqandın məktubu Əbilovun Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Ştefan Füleyə məktubuna cavab olaraq gəlib.