Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Октябрь » 13 » Qərbdən İlham Əliyevə açıq hədə
18:07
Qərbdən İlham Əliyevə açıq hədə
"Kim olduğunu unutma"; Ölkə başçısı "neft demarşı"na elə cavab aldı ki...

"BP Azərbaycanda iflasa uğraya bilər, amma Əliyev ondan qabaq süqut edər”


Dünyanın ən məşhur biznes jurnalı olan "Forbes” ölkə başçısı İlham Əliyevin BP şirkətinə qarşı məlum ittihamları ilə bağlı geniş məqalə dərc edib.
Məqalədə qeyd olunur ki, BP indi çox narahat dövrünü yaşayır. Meksika Körfəzindəki neft sızıntısı bəlasından tam qurtara bilməyən və Rusiyadakı uzunmüddətli mövqelərini qoruyub saxlamağa çalışan şirkət indi də Bakıda, Azəri-Çıraq-Günəşli (ACG) yataqlarında hasilatın azalmasına görə "öldürücü tənqidlə” üzləşib.

Əliyevin özünə vermədiyi sual


«Burada BP üçün narahatedici məqam o deyil ki, hücum birbaşa prezident Əliyevdən gəlir. Bu, əslində çoxdan «tüstülənən əski» idi. Hamı çoxdan bilirdi ki, ACG-yə dair rəqəmlər lap əvvəldən qeyri-real olub. Narahatlıq doğuran budur ki, Əliyev BP-nin iflasını hazırlayır. Lakin Əliyevin özünə vermədiyi bir sual var - bu proses zamanı onun özünə daha böyük ziyan dəyməyəcək ki?...», - deyə müəllif Metyu Hulbert yazır.

Nə gözlədiyini yox, nəyin varsa onu...


Məqalədə deyilir ki, ölkə başçısı ACG məsələsində haqlıdır - son üç ildə BP-nin proqnozları ilə real hasilat arasında böyük fərq olub. Lakin problem geologiya ilə bağlıdır: "2012-ci il üçün proqnoz 35, 6 milyon tondur. Ancaq Bakı düşünür ki, ən yaxşı halda 33 milyon ton neft çıxarılacaq. Azərbaycan tərəfi itirilmiş gəlirin 8 milyard dollar həcmində olduğunu iddia edir. Üstəlik, prezident deyib ki, bu səhvlər barəsində «ciddi tədbirlər» görüləcək.
ACG 2008-ci ildə - layihənin üçüncü fazasında günə 1 milyon barrel neft çıxarmalı idi. Amma hasilat əvvəldən aşağı olub. İndisə gündəlik hasilat 684 min barrel civarındadır.
Proqnozların doğrulmamasında əsas problem texniki səhvlər və ya kiminsə bacarıqsızlığı deyil. Məsələnin kökündə geologiya dayanır. 1990-cı illərdə neftin bir barrelinin qiyməti 10 dollar idi və yataqları gələcək təkmilləşdirmə üçün yararlı dizaynla qurmaq baha başa gəlirdi. Bu da heç kimə əl vermirdi. Nə gözlədiyini yox, nəyin varsa onu çıxarmalı idin».

"Petrokrat” Əliyev yaxşı başa düşür ki…


Müəllif yazır ki, hasilatı yenidən gündə 800 min barrelə çatdırmaq mümkündür, ancaq bunun üçün əlavə kapital qoyulmalıdır. Halbuki konsorsium İlham Əliyevi qəzəbləndirən hazırkı hasilatı saxlamaq üçün ildə 2 milyard dollar xərcləyir. Növbəti iki-üç ildə platformaların genişləndirilməsi isə bundan da çox pul tələb edəcək. ACG oyunçuları üçün kontrakt müddəti isə 2024-cü ildə başa çatır. Bu müddətdə onların qoyduqları xərci çıxara biləcəklərinə çox az ehtimal var.
«Bu gün söhbət kontrakt müddətini 2024-cü ildən sonrakı müddətə uzatmaqdan yox, (İlham Əliyevin də qızğın şəkildə istədiyi budur) hamı üçün yeni kontrakt şərtlərinin razılaşdırılmasından gedir.
Hər bir yaxşı «petrokrat» kimi, cənab Əliyev çox yaxşı başa düşür ki, neft gəlirləri onun ölkəsini dağılmaqdan qorumaq və çevrəsini hakimiyyətdə saxlamaq üçün yeganə yapışqandır», - deyə məqalədə qeyd olunur.

BP-yə təpinmək başqalarını da səksəkədə saxlamaq məqsədi güdür


Müəllif daha sonra yazır ki, Bakı itirdiklərinin yerini doldurmaq üçün hazırda ACG-dən götürdüyü 75 faizdən artıq paya ümid edir. "1990-cı illərdə Azərbaycanı dünyanın neft xəritəsinə qoymuş” BP-ni isə "ailədə ərklə şapalaq vurula biləcək əsas uşaq” gözündə görür.
"Azərbaycan bir neçə ilə nefti tükənən ölkəyə çevrilsə də, Xəzərdəki «Ümid», «Abşeron» və ələlxüsus da «Şahdəniz-2» yataqlarına görə varlı qaz ölkəsinə dönəcək. «Şahdəniz 2»nin də əməliyyatçısının BP olacağına çoxu inanır. Amma Bakı ilə münasibətlər o qədər pisləşib ki, Azərbaycan Dövlət Neft Şirkəti ABŞ-ın ExxonMobil və Conoco şirkətlərinin Xəzərin gələcək oyunçuları ola biləcəyi barədə danışır.
BP-yə təpinmək Beynəlxalq Neft Konsorsiumunun (OİC) digər üzvlərini də səksəkədə saxlamaq məqsədi güdür”, - deyə məqalədə yazılır.

Əliyev çox ötkəm olsa…


Müəllif hesab edir ki, İlham Əliyev "dəhşətli dərəcədə ötkəm olmaqla” özünü risk qarşısında qoyur: «Azərbaycanın neft ehtiyatları əhəmiyyətlidir, lakin nəhəng yataqlar deyil. Exxon və başqaları, xüsusən də qaza dair şirkətlər Bakının təklif etdiyi şərtlərlə razılaşmayacaqlar. «Şah Dəniz 2» çox bahalı yataqdır. Bu yataqdan götürüləcək 16 milyard kubmetr qaz 50 milyard dollara başa gələcək. Üstəlik bu qazı ala biləcək ən real bazar Avropadır. Avropada isə 2020-ci ilədək maye qazın daşınması normaya çevriləcək”.

BP iflasa uğraya bilər, amma Əliyev ondan qabaq süqut edər

Məqalədə daha sonra yazılır ki, İlham Əliyev kim olduğunu və Azərbaycanın dünya neft xəritəsinin harasında yerləşdiyini yaxşıca yadında saxlamalıdır.
«Konsorsium onun cızığından çıxması qənaətinə gələrsə, Azərbaycansız da yaşaya bilər. Ancaq cənab Əliyev onlarsız və onların gətirdiyi gəlirsiz yaşaya bilməz. BP Azərbaycanda iflasa uğraya bilər. Amma Əliyev ayağını özünün məhdud enerji yorğanına görə uzatmazsa, ondan qabaq süqut edə bilər», - deyə müəllif yazır.
Metyu Hulbert sonda yazır: «Yeri gəlmişkən, Azərbaycan Dövlət Neft Fondu yaxşı vaxtlarda yığılmış o qədər pulu nə edib?.
Beləliklə, hesab hələlik konsorsiumun xeyrinə 1:0-dır».


Tərcümə AzadlıqRadiosunundur

Категория: Dünyada | Просмотров: 1740 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus