Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayev və Şuranın Rusiya nümayəndəliyinin rəhbəri Qalib Hüseynov iyulun 26-da Moskvanın Brülyov rayonunda məskunlaşan Azərbaycan vətəndaşları ilə görüş keçiriblər. Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət və qarşıdan gələn seçkilər müzakirə predmeti olub.
Görüş iştirakçıları Azərbaycanda insan hüquqlarının acınacaqlı vəziyyətindən və bu dəfə də seçkilərin saxtalaşdırıla biləcəyindən narahatlıqla danışıblar. Ölkəmizdəki ədalətsizliklər, ictimai-siyasi fəallara qarşı repressiyalar, sosial-iqtisadi bərabərsizlik və bütün bunların nəticəsi kimi, vətəndaşlarımızın xarici ölkələrə pənah aparmağa məcbur qalmaları da gö
... Читать дальше »
Moskva və Moskva ətrafı rayonların azərbaycanlıları bir araya gəldi
İyulun 20-də Moskvada Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayev və Şuranın Rusiya nümayəndəliyinin rəhbəri Qalib Hüseynovun iştirakı ilə Moskva və Moskva ətrafı rayonlarda məskunlaşıb, təşkilatlanan diaspor üzvlərinin toplantısı keçirilib.
Toplantının məqsədi iştirakçı diaspor təşkilatlarının bir mərkəzdə birləşərək, Azərbaycanda qarşıdan gələn prezident seçkilərində demokratik qüvvələrin vahid namizədi Rüstəm İbrahimbəyova dəstək ifadə etmək olub.
... Читать дальше »
Avropa, Rusiya və Türkiyədəki Azərbaycan təşkilatları Rüstəm İbrahimbəyovla görüş keçirdi
Demokratik Qüvvələrin Milli Şurasının sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov iyulun 15-də Moskvada azərbaycanlıların Rusiya, Avropa ölkələri və Türkiyədə fəaliyyət göstərən bir neçə təşkilatının nümayəndələri ilə görüşüb. Görüş Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayevin təşəbbüsü ilə baş tutub.
Təşkilat nümaəyndələri Rüstəm İbrahimbəyova onları maraqlandıran məsələlərlə bağlı suallar verib və ətraf
... Читать дальше »
İyulun 12-də Rusiyada yaşayan azərbaycanlıların böyük toplantısı keçirilib. Moskvada baş tutan toplantı Avropa Azərbaycanlıları Milli Birlik Şurasının Rusiya nümayəndəliyinin təsis edilməsinə həsr olunub.
Moskvadan aldığımız məlumatda deyilir ki, nümayəndəliyin təsis yığıncağında təxminən 150 nəfər iştirak edib. Toplantıya Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayev, keçmiş Bakı prokuroru Məmməd Quliyev, Talış diasporunun təmsilçisi İsmayıl Şabanov və başqa tanınmış isimlər qatılıb.
Avropa Azərbaycanlıları Milli Birlik Şurasının Rusiya n
... Читать дальше »
Rusiya Talış Diasporu təşkilatının prezidenti İsmail Şabanov Musavat partiyasının başkanının milli münasibətlər üzrə müşaviri Yadigar Sadıqova qarşı hazırkı rejimin təşkil etdiyi provokasiyaya özünün facebook səhifəsində münasibət bilıdirib.
Yadigar Sadıqova dəstək ifadə edən İsmail Şabanov göstərib: "Əziz Yadigar bəy, vətəndaş cəmiyyəti uğrunda, xüsusən çoxmillətli Azərbaycanımızda müvafiq istiqamətdə beynəlxalq standartların tətbiqi və təbliği ilə bağlı səylərinizi, konstruktiv mövqe nümayişinizi ürəkdən dəstəkləyirik. Sizin fəaliyyətiniz görünür hazırkı rejimə ciddi şəkildə mane olur və onların cinayətlərini addım başı ifşa edir. Sizə qarşı provokasiy
... Читать дальше »
Azərbaycan prezidentinin Brüsselə səfəri ərəfəsində Avropa Parlamentinin İnsan Hüquqları Komitəsi prezident seçkisi ilində Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı dinləmələr təşkil edib.
Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus dinləmələrə məruzəçi kimi dəvət edilib O, auditoriyanın diqqətini oktyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində insan hüquqları ilə bağlı problemə yönəldib. Xüsusilə, L.Yunus sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasını qeyd edib.
Rusiya Talış Diasporu təşkilatının prezidenti İsmail Şabanov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Azadlıq radiosundakı Azərbaycanda təşkil olunası gözlənilən Milli Şura ilə bağlı keçirilən debatda bir neçə dəfə talış məsələsini mənasız yerə gündəmə gətirməsinə münasibət bildirib.
İsmail Şabanov özünün face səhifəsində yazır: "Sərdar Cəlaloğlunun Azadlıq radiosuna verdiyi müsahibəni dinlədim. Bu adam ən azı 20 il əvvəlki səviyyəsindən bir addım
... Читать дальше »
Almaniyada səfərdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus mayın 3-də Esslingen am Neckar şəhər şurasının üzvləri ilə görüşüb. Mayın 5-də burada ona beynəlxalq mükafat təqdim ediləcək.
Leyla Yunusun Turan-a verdiyi məlumata görə, müzakirələrin əsas mövzusu Azərbaycan vətəndaşlarının mülkiyyətinin qanunsuz olaraq əllərindən alınması və Azərbaycanda yeganə Qadın Krizis Mərkəzinin ofisinin vəhşicəsinə məhv edilməsi problemi olub.
Azərbaycanın paytaxtında fəaliyyət göstərən polis və məhkəmə hakimiyyəti orqanlarının (AR Ali Məhkəməsi daxil olmaqla)
... Читать дальше »
Ümumdünya Mətbuat Azadlığını Müdafiə Günündə Vaşinqtonun Newseum adlanan mətbuat muzeyində yeni stendlər yaranıb. Onlar arasında vəzifəsini həyata keçirərkən qətlə yetirilmiş yeddi Azərbaycan jurnalistinin adları və fotoşəkilləri də var.
Qeyd edək ki, bu muzey ABŞ paytaxtında Kapitolinin yaxınlığında yerləşir və Amerikanın ən çox ziyarətçisi olan muzeyləri arasındadır.
Muzey öz-özlüyündə söz azadlığının rəmzidir. Ziyarətçi girişdə din, söz, mətbuat, toplaşmaq və birləşmək azadlıqlarına zəmanət verən ABŞ Konstitusiyasına birinci düzəlişlə qarşıla
... Читать дальше »
Rusiya Talış Diasporu Təşkilatı Azərbaycanda Milli Şuranın yaradılması ilə bağlı bəyanat yayıb Bəyanatda deyilir:
Rusiya Talış Diasporu Təşkilatı Vətəndə dünya şöhrətli ictimai xadim Rüstəm İbrahimbəyovun Milli Şura ilə bağlı layihəsini dəstəkləyir və buna Azərbaycanda son 40 il ərzində formalaşan avtoritar rejimdən xilas olmanın mühüm şərti kimi baxır.
Məlumdur ki, bu il Azərbaycanda prezident seçkiləridir. Biz Vətənimizdən kənarda yaşasaq da ürəyimiz daim Vətənlə döyünür və burada gedən ictimai-siyasi prosesləri diqqətlə i
... Читать дальше »