Главная » 2013»Июль»12 » Rusiya Talış Diasporu təşkilatından Milli Şuraya dəstək
21:48
Rusiya Talış Diasporu təşkilatından Milli Şuraya dəstək
İyulun 12-də Rusiyada yaşayan azərbaycanlıların böyük toplantısı keçirilib. Moskvada baş tutan toplantı Avropa Azərbaycanlıları Milli Birlik Şurasının Rusiya nümayəndəliyinin təsis edilməsinə həsr olunub.
Moskvadan aldığımız məlumatda deyilir ki, nümayəndəliyin təsis yığıncağında təxminən 150 nəfər iştirak edib. Toplantıya Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayev, keçmiş Bakı prokuroru Məmməd Quliyev, Talış diasporunun təmsilçisi İsmayıl Şabanov və başqa tanınmış isimlər qatılıb.
Avropa Azərbaycanlıları Milli Birlik Şurasının Rusiya nümayəndəliyi Azərbaycanda yaradılan Demokratik Qüvvələrin Milli Şurasına dəstək vermək qərarına gəlib. Toplantıda Azərbaycan iqtidarının Milli Şuraya və onun ayrı-ayrı üzvlərinə, o cümlədən Rüstəm İbrahimbəyova və Gültəkin Hacıbəyliyə qarşı hücumları qınanıb.
Təsis yığıncağında Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun təbrik məktubu da oxunub.
Toplantıdan geniş məlumat və fotolar təqdim edəcəyik.