« 1 2 ... 11 12 13 14 15 ... 25 26 »
Hüquq müdafiəçisi, Avropa Dəyərlərinə İnteqrasiya İctimai Birliyinin sədri, Elnur Məlikovun yaşadığı mənzilin kommunikasiya xətlərinin borularının kimlərsə tərəfindən bilərəkdən, dağıdılmasını aşkar edib. Elnur Məlikovun xahişi ilə noyabrın 30-da hadisə yerinə, həmin ünvanın sahə müvəkkili, polis mayoru Famil Vəliyev tərəfindən baxış keçirilib. Polis mayoru ilə təmas zamanı hüquq müdafiəçisi sahə müvəkkilinin nəzərinə çatdırıb ki, zirzəminin qapısının qıfılda saxlanılması və qıfılın sındırılmadan bu hadisənin baş verməsi təsadüfi deyil və bunu birbaşa ictimai fəaliyyəti ilə əlaqəlidir.
Elə həmin gün hüquq müdafiəçisi Nizami RPİ-nin rəisi, polis polkovniki Nofəl Məhərrəmova, elektron poçt vasitəsiləaçağıdakı məzmunda müraciət ünvanlayıb: "Bu ha
...
Читать дальше »
|
"Tolışi sədo” qəzetinin həbsdə olan redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi cümə günü iclas keçirib.
Contact.az saytının məlumatına görə, komitənin həmsədri Rafiq Cəlilov H.Məmmədovla bir kamerada saxlanılan məhkumun durumunun və H.Məmmədovun vəziyyətinin narahatlıq doğurduğunu deyib. Belə ki, H.Məmmədovla eyni kamerada saxlanılan məhkum bir tərəfdən kəskin nevroz, digər tərəfdən ürəktutmaları keçirir. Komitə belə sağlıq durumu yaşayan insanın davranışına nəzarəti itirməsi üzündən H.Məmmədova qarşı istənilən addımı ata bilməsindən narahatlıq ifadə edib. Penitensiar Xidmətin nümayəndələri həmin şəxsin H.Məmmədovun olduğu kameradan cümə günü aparılacağını desələr də, bu vədin yerinə yetirilib-yetirilmədiyini bilmirlər.
...
Читать дальше »
|
"Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov bəyanat yayaraq saxlandığı Bakı İstintaq Təcridxanasında problemlər yaşadığını və səhhətinin pisləşdiyini deyib.
Bəyanatda qeyd olunur ki, iki ay öncə saxlandığı ikinəfərlik kameraya Abuzərov Cəbrayıl Adil oğlu adlı şəxs göndərilib: "Elə ilk təmasdan onun xəstə olduğunu, müəyyən ruhi-psixi çatışmazlığını hiss etdim. Özü də real vəziyyəti – dərmanlarla yaşadığını məndən gizlətmədi. O, əvvəlki 2 ayı (4 aydır təcridxanadadır) 4 nəfərlik kamerada keçirib, məhbus yoldaşlarına artıq mənəvi əziyyət verməməkdən ötrü ikinəfərlik kameraya köçürülməsini xahiş edib. Bütün vasitələrlə ona yardım etməyə çalışıram. Hərçənd elə özüm də astma xəstəliyindən əziyyət çəkirəm və dərdimə bir çarə qılan yoxdur. Bu
...
Читать дальше »
|
19 noyabr 2012-ci il tarixdə hakim Əflatun Qasımovun sədrliyilə, hakimlər Mirzəli Abbasov, Əmir Bayramovla, baş prokrorun köməkçisi, kiçik ədliyyə müşaviri Səmədov Vəli Əhəd oğlu və vəkil Məmmədov Ramiz Cəlal oğlunun iştirakı ilə Hilal Məmmədova işgəncə verilməsiylə bağlı cinayət işinin başlanmasın rədd edilməsi haqqında Səbail Rayon Məhkəməsinin 08.11.2012-ci il tarixli qərarından verilən şikayətinə baxaraq əvvəlki qərarı qüvvədə saxlamışdır. Məhkəmədən hazırlanan reportajı oxucuların nəzərinə çatdırırıq. Məhkəmə iclasını açan sədr Ə.Qasımov H.Məmmədovun şikayət ərizəsinin əsas məğzini şərh edib vaxtlarının xeyli məhdud olduğunu
...
Читать дальше »
|
BİSMİLLAH!!! Kommunist rejiminin süqutunadək, keçmiş SSRİ və digər sosialist məmləkətlərinin təlim- tərbiyə və təhsil ocaqlarında tədris edilən ictimai fənlərdə DİN-nin tərifi marksizm-leninizm nəzəriyyəsinə əsaslanaraq, çox sadə bir formula üzərində qurulmuşdu: DİN - tiryəkdir. Müasir hüquqi terminlərdə, bir qədər obrazlı şəkildə desək, DİN - narkotik vasitə və psixotrop maddə olub. Məsələn: Azərbaycan Cinayət Məcəlləsinin 26-cı fəsli tamamən bu "cinayətin” təsnifatına həsr edilmişdir: belə ki, narkotik (yəni "DİN” ətsəğfurullah) qanunsuz olaraq, məqsədli və məqsədsiz, külli miqdarda, mütəşəkkil dəstə tərəfindən və i.a. şəkildə istifadə edildikdə və ya yayımlandıqda "canilər” (yəni, dindarlar (əstəğfurullah)) əmlakları müsadi
...
Читать дальше »
|
Hadı Rəcəbli MM-in digər deputatları kimi xalq tərəfindən seçilmədiyinə, Prezident Adminstrasiyasinin siyahısı ilə təyin olunduğuna görə xalqın adından danışmaq səlahiyyətinə malik deyil
Həyə gorə AR-da türk adında təşkilat yaratmaq "səhv, yanlış addım” deyil, talış adında yaratmaq səhvdir?
Heç kimə sirr deyil ki, Azərbaycan Respublikası H.Əliyev hakimiyyətə qayıtdığı gündən bolşeviklərin icad etdikləri partokratiya üsulu ilə idarə olunur. Bu idarə üsulunun əsas əlamətləri a) aşağıların yuxarılar qarşısında sözsüz mütiliyi, b)cəmiyyətin bütün sahələrində rəhbərin mədh edilib təriflənməsi, c) yalan və demaqogiyanın dövlət siyasəti səviyyəsinə qaldırılması, d) ictimai-siyasi həyatın bir klanın nəzarətində olması və
...
Читать дальше »
|
Xəbər verildiyi kimi Avropa İttifaqı hüquq müdafiəçi, "Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovla həmrəylik nümayiş etdirmək üçün onun ailə üzvlərilə görüşməyi planlaşdırmışdır. Bu günlərdə belə görüş baş tutmuşdur.
Noyabrın 15-də Avropa İttifaqının Bakı ofisinin Siyasət, iqtisadiyyat və informasiya şöbəsinin rəhbəri cənab Toralf Pilzin başçılıq etdiyi diplomat heyəti Hilal Məmmədovun evinə gələrək, onun ailə üzvlərilə görüşmüşdür. İki saata qədər davam edən görüşdə qonaqlar Hilal Məmmədovun həbs olunduğu gündən bu günə qədər baş verənlər barədə, habelə qondarma iş üzrə istintaq və məhkəmələrin gedişilə maraqlanmışlar.
Cənab Toralf Pilz bildirmişdir ki, Avropa İttifaqının mərkəzi qərərgahının göstərişilə baş tutan bu görüş
...
Читать дальше »
|
Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının qrup rəhbəri Con Kyayer Talış Mədəniyyət Mərkəzinin həbsdə olan rəhbəri Hilal Məmmədovun hüquqlarını müdafiə ictimai komitəsinin rəhbəri Ataxan Əbilova cavab məktubu göndərib.
Məktubda deyilir ki, məktub Komissar Fülenin tapşırığı ilə Əbilovun 24 oktyabr tarixli məktubuna cavab olaraq hazırlanıb.
Hilal Məmmədovun işi təmsil etdiyim departamentin və Avropa İttifaqının Bakı ofisinin daimi nəzarəti altındadır. Məmmədovun işi həmçinin Aİ Nümayəndə Heyəti tərəfindən rəsmi sorğu şəklində Azərbaycan ombudsmanının diqqətinə çatdırılıb. Gələcəkdə Aİ-nin dəstəyini ifadə etmək üçün Məmmədovun ailəsi ilə görüş planlaşdırılır.
Məmmədovun işi ədalət, daxili işlər və insan hüquqları üzrə Aİ-Azərb
...
Читать дальше »
|
Noyabrın 12-də Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin ofisində hüquq müdafiəçisi, "Tolışi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovun Hüquqlarının Müdafiə Komitəsinin növbəti iclası keçirilib. İclasda H.Məmmədovun vəkili Xalid Bağırov çıxış edərək bildirib ki, təxminən 2 aya yaxındır ki, H.Məmmədovun işi ilə bağlı istintaqda heç bir irəlləyiş yoxdur. Vəkil deyib ki, H.Məmmədovun işində baş verən qanun pozuntuları haqda məhkəmələrə şikayətlər etsələr də, şikayətləri ya təmin olunmur, ya da ki, rədd edilir. O, əlavə edib ki, məhkəmələrin həmin qərarlarından apeliyasiya şikayəti versələr də, Apeliyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayır: "Tutulan zaman Hilal Məmmədova xəsarət yetirilməsi ilə bağ
...
Читать дальше »
|
Bakıda işgüzar səfərdə olan Avropa Şurasının İnsan haqları üzrə komissarı cənab Nils Muiznieks və ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi xanım Dünya Miyatoviç həbsxanada hüquq müdafiəçisi, "Tolışi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədova baş çəkmişlər. Avropanın yüksək çinli diplomatlarının Azərbaycan hakimiyyəti tərəfindən şərlənərək həbs edilən jurnalist-alimlə görüşü bir saata qədər davam etmişdir
...
Читать дальше »
| |