Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Ноябрь » 22 » Yersiz "öyüd-nəsihət"
12:02
Yersiz "öyüd-nəsihət"
Hadı Rəcəbli MM-in digər deputatları kimi xalq tərəfindən seçilmədiyinə, Prezident Adminstrasiyasinin siyahısı ilə təyin olunduğuna görə xalqın adından danışmaq səlahiyyətinə malik deyil

Həyə gorə AR-da türk adında təşkilat yaratmaq "səhv, yanlış addım” deyil, talış adında yaratmaq səhvdir?

Heç kimə sirr deyil ki, Azərbaycan Respublikası H.Əliyev hakimiyyətə qayıtdığı gündən bolşeviklərin icad etdikləri partokratiya üsulu ilə idarə olunur. Bu idarə üsulunun əsas əlamətləri a) aşağıların yuxarılar qarşısında sözsüz mütiliyi, b)cəmiyyətin bütün sahələrində rəhbərin mədh edilib təriflənməsi, c) yalan və demaqogiyanın dövlət siyasəti səviyyəsinə qaldırılması, d) ictimai-siyasi həyatın bir klanın nəzarətində olması və sairədir.

Tamamilə aydındır ki, müasir qlobal dünyada digər rejimlər kimi Əliyev rejimin də omrü sona yetməkdədir. Bunu hiss edən klan üzvləri bu rejimin ömrüni uzatmaq üçün bütün vasitələrdən istifadə edirlər. Əslində onlar öz əməlləri ilə özlərini o qədər çirkaba batırıblar ki, xalq arasında kiçik bir siyasi hərəkət onları təşvişə salır, muxtəlif yalan və böhtanlar yaymaqla bu cür hərəkətləri gözdən salmağa cəhd edirlər. Bu da məlumdur ki, əsas ideologiyası qatı türk millətçiliyi olan Azərbaycan dövləti ölkənin qeyri-türk xalqlarına qarşı zorakı assimilyasiya siyasəti yeridir və bu, təbii olaraq, nəinki bu xalqların ziyalılarının, həm də dünya ictimaiyətinin haqlı narazılığına səbəb olur. Bir neçə gün əvvəl yaradılan Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi iqtidarda olan millətçi güruhun hərəkətinə səbəb oldu. Bu Birliyin yaranmasının əlamətdarlıği, millətçi iqtidar və onun tərəfdarları üçün isə faciəsi ondadır ki, bu fakt uzun illərdən bəri ölkədə yeridilən pantürkist siyasətin nəinki talışlar, hətta Azərbaycan türklərinin sağlam fikirli ziyalıları tərəfindən qəbul edilmədiyini sübut edir.

Yuxarıda qeyd etdiyimiz bolşevik nomenklaturasının sadiq üzvü H.Rəcəbli Birliyin yaranmasına münasibətini bildirib. Təbii ki köhnə kommunist vərdişinə uyğun olaraq demaqogiya onun ritorikasının əsasini təşkil etmişdir. Bundan əlavə Açıq Cəmityyət Partiyasınin sədri Sülhəddin Əkbər də bunu şərh etmişdir.

Sözün düzü, rejimin bu cür şivən qoparacağını gözləmirdik. Onun vüsətini görüb bəzi məsələləri təşvişkarların nəzərinə çatdırmağı lazım bildik. H.Rəcəbli bildirib: "Belə bir təşkilatın yaradılması səhv, yanlış addımdır. Bunu edənlər düz mövqedə deyillər”. İndi gəlin aydınlaşdıraq, görək, Hadı bəyin talış ziyalılarına öyüd-nəsihət, göstəriş verməyə, ağsaqqallıq etməyə mənəvi haqqı varmı? Əvvəla, o talış deyil, milli məsubiyyəti sırf konyuktura xarakteri daşıyır. Bir neşə ay əvvəl müsahibələrinin birində bunu açıq büruzə vermişdi. Sonrası, MM-in digər deputatları kimi xalq tərəfindən seçilmədiyinə, Prezident Adminstrasiyasinin siyahısı ilə təyin olunduğuna görə də xalqın adından danışmaq səlahiyyətinə malik deyil. Rəcəblinin dediyindən belə çıxır ki, bu təşkilatın adında talış sözqnün olması "səhv, yanlış addımdır, düz mövqe deyildir”. Soruşuruq: əgər türk yazılsaydı, doğru addımmı olardı? Məsələn, AR-da rəsmi qaydada fəaliyyət göstərən "Türk gənclər təşkilatı” və ya "türk qadınlar təşkilatı” kimi (Hələ "Boz qurd" partiyasını demirik). Həyə gorə AR-da türk adında təşkilat yaratmaq "səhv, yanlış addım” deyil, talış adında yaratmaq səhvdir? Hadı bəy bunun cababını bilmirsə, izah edə bilərik: çünki, AR türk dövləti elan edilib. Bu dövlətdə hamı özünü türk hesab etməlidir. H.Rəcəbli və digərləri kimi. Kim bunu etməsə, onu pis aqibət gözləyir. Novruzəli Məmmədov, Hilal Məmmədov və digərləri kimi. Bu cür rasizm və diskriminasiya şəraitinin yaranmasında cib parlamentin və onun Rəcəbli kimi üzvlərinin günahı heç də az deyildir. Məhz bu cür elitanın xalga mənəviyyat dərsi keçməsi öikədə dərin mənəvi və siyasi böhran yaratmışdır.

Hadı Rəcəbli bir az da irəli gedərək: ”Cibində Azərbaycan pasportu daşıyan, amma fəaliyyətində etnik amili əsas götürən, bu istiqamətdə çalışan hər kəs bütövlükdə dövlətçiliyə ziyan vurur” - deyir. Sizcə, Hadi bəy, türk etnik amilini əsas götürən dövlətçiliyə ziyan vurur, ya yox? Əgər vurursa, onda bəs hanı sizin və digər millət vəkillərinin vicdan səsi? Yox əgər vurmursa, onda talış etnik amili nəyə görə dövlətçiliyə ziyan vurmalıdır? Sağlam məntiqə görə bir etnik amilin qabardılması, digər etnoslara münasibətdə isə qadağaların goyulması dövlətçiliyi təhdid edən bir təhlükədir. Ola bilsin kimsə güman etsin ki, hədə-qorxu, şantaj və həbs etməklə və ya Rəcəbli kimi ağsaqqalların məsləhəti ilə bu xaiqları nəinki ölkənin siyasi həyatından, hətta yer üzündən silmək mümkün olacaqdır. Əsla yox. Nümunə üçün uzağa getməyin. Özüzə böyük qardaş seçdiyiniz Türkiyəyə baxın, bizə guya düz yol göstərməkdənsə , özünüzçün nəticə çıxarın.

" Bu gün Azərbaycanda bütün etnik qruplara hörmət, xoş münasibət var. Etnik qrupların hüquqları qorunur, onlara hər cür şərait yaradılıb, nümayəndələri hakimiyyətdə təmsil olunurlar, normal fəaliyyət göstərirlər” - deyir Hadı Rəcəbli. Milyon yarımlıq xalqı etnik qrup adlandırmağın özü həmin "hörmət, xoş münasibət”i çox gözəl əks etdirir. Hadı bəy etnik qrupla xalqin fərqini, zənnimizcə, çox gozəl bilir və onun talış xalqına münasibətdə bu ifadəni işlətməsi heç də təsadüfi deyil. Bəlkə onun uzun müddət oturduğu MM "etnik qrupların hüquqlarini qorumaq, onlara hər cür şərait yaratmaq” üçün bir qanun qəbul edib, və ya Rəcəbli özü bu cür bir qanunun qəbul edilməsi təşəbbüsündə olub, bizim xəbərimiz yoxdur? Bəlkə AR-nın da üzv olduğu Avropa Şurasının bu barədə tövsiyə etdiyi konvensiyalar MM tərəfindən təsdiq olunaraq həyata keçirilib?

"Mən camaatın içindəyəm. İnsanlar hamısı razıdır. Talışlara heç bir təzyiq yoxdur. Mən buna bariz nümunəyəm, Milli Məclisdə oturmuşam… Mənim dediklərim ağsaqqal sözüdür, siyasətçi fikridir, bu məsələləri, problemləri bilən insanın mövqeyidi” - bu sözlər Hadı Rəcəblinin şəxsi fikridir. Talış xaiqının hüquqları uğrunda mübarizə aparan ziyalılar üçün heç bir əhəmiyyəti yoxdur. Bütün demokratik cəmiyyətlərdə olduğu kimi AR –da da hamı üçün öz fikrini azad şəkildə ifadə etmə şəraiti olmalıdır. Biz tam məsuliyyətlə bəyan edirik ki, bu ölkədə talışların qanunvericilik səviyyəsində hec bir hüququ yoxdur. Talışlar ölkənin ictimai-siyasi həyatında hər cür təzyiqlərə məruz qalırlar. N.Məmmədovun və ailəsinin, H.Məmmədovun başına gətirilənlər bunu açıq sübut edir.

O ki qaldı Rəcəblinin milli mənsubiyyətinə, yuxarıda qeyd etdiyimiz kimi, o konyuktura xarakteri daşıyır. Əslən talış deyil, bu səbəbdən də talış xalgını təmsil etməyə heç bir haqqı yoxdur. Onu da qeyd etmək yerinə düşərdi ki, məhz Talış ziyalılarının özlərinin haqq səsini ucaltması sayəsində Talış zonasından olan H.Pəcəbli və onunla yanaşi bir neçə nəfər MM-də yer ala biliblər. Əks halda onların yerində indi çoxdan ziyafətəsgərovların timsalında başqa bir traybalist otuzdurulmuşdu.

Və sonda biz - Talış xalqının hüquqlarını müdafiə komitəsinin üzvləri bir daha iqtidarın Talış xalqını ölkənin siyasi həyatından kənarlaçdırma cəhdlərini pisləyir, və onu bu cür əməllərə son qoymağa çağırırıq.

Zahirəddin İbrahimi,
Talış xalqının hüquqlarını müdafiə Komitəsinın sədri
22.11.2012


Категория: İnsan hüquqları | Просмотров: 2285 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 2
2 ERAZ  
2
СПАСИБО автору!!!
Буржуй Азерб.-на настолько самодовольный как будто, народ им дан от АЛЛАХа для эксплуатации!!
А сам перед главным буржуем без стыда и совести готовы на все!!! crazy

1 Gilavo  
2
Талыши должны знать своих врагов в лицо и х. раджабли один из них.Не имея ни чести, ни совести они давно продали свою душу дьяволу. Иначе он не являлся Членом йапа и не выбирался по списку президентской администрации.
onlara hər cür şərait yaradılıb, nümayəndələri hakimiyyətdə təmsil olunurlar, normal fəaliyyət göstərirlər”-откройте глаза по шире и имеете совесть,хотя я понимаю такое невозможно.Азербайджан сегодня не государство, а бандитское образование и раджабли тому яркий пример.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus