« 1 2 ... 9 10 11 12 13 ... 25 26 »
Barəmdəki "cinayət” işiylə bağlı olaraq 9, 10 yanvar 2013-cü il tarixindəki Məhkəmə proseslərində qəbul olunmuş qərara əsasən, mənə elan olunmuş 234.4.3. ("narkotik maddələrin satışı”) maddəsiylə bağlı məhkəmə iclasları açıq, 274 ("dövlətə xəyanət”) və 283.2.2. (milli-dini ayrıseçkilik salma”) maddələriylə bağlı iclaslar isə qapalı keçiriləcəkdir. Həmin qərarda Məhkəmə proseslərinin qismən qapalı keçirilməsi – guya, "cinayət” işində "dövlət sirrlərinin” mövcudluğu ilə izah olunmuşdur. Məhkəmənin bu əsassız qərarı ilə bağlı yayımladığım bəyanatlarda dəfələrlə bildirdiyim kimi, bir daha deyirəm ki, bu qeyd olunan "dövlət sirri” əslində həbsimi sifariş vermiş, onu icra edən və heç bir hüquqi, etik və əxlaqi normalara belə sığışm
...
Читать дальше »
|
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə "Tolişi Sədo” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Hilal Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı yenidən təxirə salınıb.
H.Məmmədovun qardaşı Səbahəddin Məmmədovun Turan-a verdiyi məlumata görə, vəkillər vəsatətlə çıxış edərək bildiriblər ki, müdafiə etdikləri şəxslə birlikdə müdafiə mövqeyini dəqiqləşdirmək üçün məsləhətləşməyə ehtiyac var. Onlar bunun üçün məhkəmədən şərait yaradılmasını istəyiblər. Hakim onların vəsatətini təmin edib. Proses fevralın 13-dək təxirə salınıb.
Hilal Məmmədov bugünki prosesə gətirilib. Lakin o, məhkəmənin qapalı keçirilməsinə etiraz əlaməti olaraq prosesdə üzünə maska taxıb, qulaqlarına pambıq tıxayıb və üzünü div
...
Читать дальше »
|
Xalid Bağırov: "Proses bundan sonra da qapalı keçsə, məhkəmə iclaslarına getməsəm də, bunun əvəzində mətbuat konfransları keçirəcəyəm"
"Tolışi sədo” qəzetinin redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədovun vəkilləri çətin vəziyyətə düşüblər. Bir tərəfdən Məmmədov işi üzrə qapalı proses keçirilməsinə qarşı etiraz əlaməti olaraq onlardan iclasda iştirak etməməyi tələb edib.
Digər tərəfdən, hakim vəkillərin sonuncu iclasda iştirak etməməsi ilə əlaqədar Vəkillər Kollegiyasına şikayət yazıb.
Bugünki mətbuat konfransında vəkil Anar Qasımlı bildirib ki, bu vəziyyətdə Vəkillər Kollegiyadan nə etməli olduqları barədə izahat istəmək niyyətindədirlər. Adətən belə hallarda təqsirləndirilən şəxsin istəyi əsas götürülür.
Qasımlı
...
Читать дальше »
|
Barəmdəki "cinayət” işi ilə əlaqədar olaraq, 9, 10 yanvar 2013-ci il tarixli məhkəmə-açılışı proseslərində qəbul olunmuş qərara əsasən, mənə elan olunmuş 234.4.3 (narkotik vasitələrinin satışı) maddəsində nəzərdə tutulmuş ittihamla bağlı məhkəmə iclasları açıq, 274 (dövlətə xəyanət) və 283.2.2. (milli-dini ayrıseçkilik salma) maddələrində nəzərdə tutulan ittihamlarla bağlı məhkəmə iclasları isə qapalı keçiriləcəkdir. Həmin qərarda Məhkəmə proseslərinin qismən qapalı kecirilməsi – guya "cinayət” işində "dövlət sirrlərinin” mövcudluğu ilə izah olunmuşdur. Halbuki, işdə iki vəkilimdən alınmış iltizamdan başqa, olmayan "dövlət sirrinin” yayımlanmaması barədə nə istintaq qrupunun üzvlərindən, nə prosessual rəhbərliyi həyata keçirdən prokur
...
Читать дальше »
|
Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Azər Orucovun sədrliyi ilə "Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun bu günə təyin olunan işi üzrə məhkəmə baxışı keçirilib.
Baş redaktorun qardaşı Səbahəddin Məmmədov Turan-a bildirib ki, H.Məmmədov bu gün prosesə gətirilib. O, prosesdə vəsatətlə çıxış edərək məhkəmə istintaqının açıq keçirilməsini istəyib.
H. Məmmədov prosesin açıq keçirilməyəcəyi təqdirdə özünün gətirilməməsini və hüquqlarini müdafiə etdiyi vəkillərin prosesə gəlməməsini tələb edib. Hakim vəsatəti təmin etməyərək prosesin qapalı keçiriləcəyini elan edib. Bundan sonra zaldan hamı çıxıb.
S. Məmmədov saat 14:00-a təyin olunmuş prosesə vəkillərin gəlməyəcəyini vurğulayıb.
...
Читать дальше »
|
Azərbaycan elitasının görkəmli nümayəndəsi Rüstəm İbrahimbəyova qarşı səngimək bilməyən təqib və təzyiqlərlə bağlı olaraq, siyasi məhbus Hilal Məmmədovun dünya ictimaiyyətinə Müraciət ünvanlayıb. Müraciətdə deyilir:
Möhtərəm cənablar və xanımlar!
Dünyanın cəmi haqqsevər və tərəqqipərvər qüvvələri və nümayəndələri kimi, mənəvi dəstəyinizə böyük ehtiyac duyaraq, hədsiz həyacan hissi ilə hamınıza aşağıdaki müraciəti etməli oluruq:
Artıq böyük bir qisminizə bəlli olduğu kimi, bu gün vətənimiz Azərbaycanda İnsan haqqlarının bilavasitə hakimiyyət orqanları tərəfindən ən kobud və hətta kriminal metodlarla tapdalanması adi bir hal almışdır: ölkədə fərqli düşünə bilən, haqqını tələb edən, söz və fikir azadlığı naminə müba
...
Читать дальше »
|
Contact.az saytının məlumatına görə, 2004-cü ildən etibarən Sülh və Demokratiya İnstitutu Azərbaycanda məhkəmə sisteminin monitorinqini həyata keçirir, müxtəlif məhkəmə proseslərinin təhlilini prosesin və çıxarılmış hökmün ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına, xüsusən İnsan Hüquqları üzrə Avropa Konvensiyasına uyğunluğu haqqında ekspert şərhləri ilə birlikdə KİV-də dərc edir.
"Çoxillik monitorinq məhkəmə hakimiyyətinin icra hakimiyyətindən ümumi, mütləq asılılığını göstərir. Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti yoxdur, bu mübahisəolunmaz fakt ölkədə bərqərar olmuş kriminal-korrupsioner rejimin əsasında durur”, deyə SDİ-nin press-relizində bildirilir.
2007-ci ildən etibarən SDİ xüsusilə kobud qanun və hüquq pozuntuları
...
Читать дальше »
|
Müsavat Partiyasının rəhbərliyinə qarşı Lənkərənda təşkil olunmuş vəhşiliklə bağlı "Tolışi Sədo” qəzetinin baş redaktoru, vicdan məhbusu Hilal Məmmədovun bəyanat verib. Bəyanatda deyilir:
"Yanvarın 13-də Lənkəran şəhərində,Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimi, Müsavat Partiyasının başqanı İsa Qənbərə, partiya liderlərinə və aktivistlərə qarşı bilavasitə hakimiyyət orqanları tərəfindən təşkil olunmuş vəhşilik ölkənin bütün vicdanlı vətəndaşları kimi, bizi də - cəmi məhbusları, o cümlədən siyasi və vicdan məhbuslarını da xeyli narahat etmişdir.
İsa bəyin tamamilə haqlı olaraq bildirdiyi kimi, bu xoşagəlməz hadisənin Lənkəran əhalisinə və Talış xalqına heç bir aidiyyəti yoxdur. Belə ki, bu zonanın zəhmətkeş və ismətli
...
Читать дальше »
|
12 yanvar 2013-cü il tarixdə "Fəvvarələr Meydanında” keçirilmiş aksiyada iştirak etmiş fəallardan bir qismi bu gün Səbail Rayon Məhkəməsi tərfindən cərimələndilər. Cərimə olunan gənclər arasında Talış xalqının fəal gənclərindən biri Azər Azad oğlu Kazımzadə da var. Səbail Rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə keçirilən məhkəmədə Azər Azad oğlu Kazımzadə 400 manat cərimələnib.
Məhkəmədən dərhal sonra Kazımzadə Azər ilə ə
...
Читать дальше »
|
"Azərbaycanda bütün hüquq müdafiəçilərinin fiziki və psixoloji toxunulmazlığına zəmanət verin”
Beynəlxalq İnsan Haqları Federasiyası və İşgəncələr Əleyhinə Beynəlxalq Təşkilatın birgə layihəsi olan İnsan Haqları Müdafiəçilərinin Qorunması üzrə Müçahidə Qrupu "Tolişi Sado” qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsi və işgəncəyə məruz qalması ilə bağlı müraciət yayıb. Qurum müraciəti president İlham Əliyev, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, ədliyyə naziri Fikrət Məmmədov, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi və Azərbaycanın Brüseseldəki səfirliyinə ünvanlayıb.
"Bizimyolinfo.com" müraciətin tərcüməsini təqdim edir: "Müşahidə Qrupuna məlumat daxil olb ki, etnik azlığın hüquqlarının müdafiəçisi və "
...
Читать дальше »
| |