Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Ноябрь » 13 » Hilal Məmmədovla bağlı prezidentə müraciət edildi
21:10
Hilal Məmmədovla bağlı prezidentə müraciət edildi
Noyabrın 12-də Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin ofisində hüquq müdafiəçisi, "Tolışi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovun Hüquqlarının Müdafiə Komitəsinin növbəti iclası keçirilib. İclasda H.Məmmədovun vəkili Xalid Bağırov çıxış edərək bildirib ki, təxminən 2 aya yaxındır ki, H.Məmmədovun işi ilə bağlı istintaqda heç bir irəlləyiş yoxdur. Vəkil deyib ki, H.Məmmədovun işində baş verən qanun pozuntuları haqda məhkəmələrə şikayətlər etsələr də, şikayətləri ya təmin olunmur, ya da ki, rədd edilir. O, əlavə edib ki, məhkəmələrin həmin qərarlarından apeliyasiya şikayəti versələr də, Apeliyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayır: "Tutulan zaman Hilal Məmmədova xəsarət yetirilməsi ilə bağlı Baş prokurorun birinci müavini Rüstəm Usubovun nəzarətində araşdırma aparıldı və cinayət işinin başlanılması rədd edildi. Amma ekspertiza xəsarət haqda rəy vermişdi. Həmin qərarı qanunsuz hesab edərək məhkəməyə müraciət etdik. Məhkəmə iddiamızı qəbul etmədi. Məhkəmənin bu qərarından apeliyasiya şikayəti verəcəyik”, - deyə vəkil qeyd edib.

H.Məmmədovun istintaqa ifadə vermədiyini xatırladan X.Bağırov bildirdi ki, son 2 ayda istintaq H.Məmmədovdan ifadə almaq üçün ona müraciət etməyib: "İstintaqın hansı iş aparması haqda heç bir məlumatımız yoxdur”.

H.Məmmədova qarşı irəli sürülən ittiham haqqında söz açan vəkil əlavə etdi ki, ittihamda H.Məmmədovun İranın "Səhər-2” telekanalına, İranda çap olunan jurnala verdiyi müsahibələr, hüquq müdafiəçisi kimi beynəlxalq təşkilatlara göndərdiyi hesabatlar, tələbələrinə etdiyi müraciət yer alıb. Bundan əlavə ittihamda H.Məmmədovun tərcümə etdiyi kitab və mətbuat konfranslarında etdiyi çıxışlar da əks olunub. Vəkil qeyd etdi ki, H.Məmmədov heç bir kitabı tərcümə etməyib.

Komitə üzvü, politoloq Zərdüşt Əlizadə bildirdi ki, H.Məmmədovu ictimai-siyasi və aktiv hüquq müdafiəçiliyi ilə məşğul olduğu üçün həbs ediblər. Komitə üzvü, Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Hüquq Təşkilatının sədri Mətləb Mütəllimli təklif etdi ki, istintaq zamanı baş verən qanun pozuntuları sənəd şəkilində hüquq müdafiəçilərinə təqdim edilsin və hüquq müdafiəçiləri də həmin pozuntularla bağlı prezidentə, baş prokurora müraciət etsinlər.

Komitə üzvü, Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu əlavə etdi ki, istintaqdakı həmin pozuntularla bağlı Avropa Şurasına da məlumat göndərmək lazımdır. Komitənin həmsədri, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva isə dedi ki, H.Məmmədovun həbsinin arxasında hələ ki başa düşünülməyən siyasi məqsəd durub.

Komitə üzvü, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin rəhbəri Mehdibəy Səfərov hesab edir ki, H.Məmmədovu həbs etməkdə kimlərinsə böyük bir təhlükə yaratmaq məqsədi var: "Buna görə də Hilal Məmmədovun həbsdən tez azad edilməsinə çalışmaq lazımdır”.

X.Bağırov onu da bildirdi ki, H.Məmmədovun işində İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasın maddələri üzrə baş verən qanun pozuntuları haqda Avropa İnsan Haqları Məhkəməsinə, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristof Ştrasserə, Amnesty İnternational təşkilatına məlumatlar göndərilib.

A.Abdullayeva dedi ki, Bakıda səfərdə olan Avropa Komissiyasının vitse-prezidenti Nilie Kroes görüş zamanı H.Məmmədovun işi ilə maraqlanıb və onun həbsi haqda xanım Kroesə ətraflı məlumat verilib.

Sonda komitə üzvləri H.Məmmədovla bağlı prezident İlham Əliyevə, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, ədliyyə naziri Fikrət Məmmədova, Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət etmək qərarına gəldilər.

Müraciətdə deyilir: "Hilal Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi Sizə müraciət edərək bildirir ki, hazırda həbsdə olan və istintaqı davam edən Hilal Məmmədov ağır astma xəstəliyindən əziyyət çəkir. Həbsxana şəraitində onun xəstəliyi daha da kəskinləşmiş və təhlükəli həddə çatmışdır. Həbsxanada ona müalicə aparılsa da belə, qapalı, havasız şəraitdə xəstəliyi tüğyan edir və onun ciddi müalicəyə ehtiyacı var. Hilal Məmmədovun həbsxanada ağır fəsadlarla nəticələnə bilən taleyi bizi narahat etməyə bilər.

Biz Sizə müraciət edərək xahish edirik, Hilal Məmmədovun ağır xəstəlik durumunu nəzərə alaraq, qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün yardım edəsiniz”.

Müraciəti Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva, Respublika Talış Mədəniyyət Mərkəzinin rəhbəri Əli Nəsirov, Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin rəhbəri Mehdibəy Səfərov, İnsan Haqları Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin rəhbəri Səadət Bənənyarlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, Respublika Talış Mədəniyyət Mərkəzinin rəhbərinin müavini Rafiq Cəlilov, vəkil Xalid Bağırov, politoloq Zərdüşt Əlizadə, Avropa Dəyərlərinə İnteqrasiya İctimai Birliyinin rəhbəri Elnur Məlikov, Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Hüquq Təşkilatının sədri Mətləb Mütəllimli, Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru Samir Kazımlı, jurnalist İlham Rəsulzadə, fəal Təvəkkül Şərifov imzalayıblar.

Gozetci.az

Категория: İnsan hüquqları | Просмотров: 1840 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus