Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Февраль » 11 » Məhkəmədə üzümü və qulaqlarımı niyə qapadım?
00:55
Məhkəmədə üzümü və qulaqlarımı niyə qapadım?
Barəmdəki "cinayət” işiylə bağlı olaraq 9, 10 yanvar 2013-cü il tarixindəki Məhkəmə proseslərində qəbul olunmuş qərara əsasən, mənə elan olunmuş 234.4.3. ("narkotik maddələrin satışı”) maddəsiylə bağlı məhkəmə iclasları açıq, 274 ("dövlətə xəyanət”) və 283.2.2. (milli-dini ayrıseçkilik salma”) maddələriylə bağlı iclaslar isə qapalı keçiriləcəkdir.
     
Həmin qərarda Məhkəmə proseslərinin qismən qapalı keçirilməsi – guya, "cinayət” işində "dövlət sirrlərinin” mövcudluğu ilə izah olunmuşdur. Məhkəmənin bu əsassız qərarı ilə bağlı yayımladığım bəyanatlarda dəfələrlə bildirdiyim kimi, bir daha deyirəm ki, bu qeyd olunan "dövlət sirri” əslində həbsimi sifariş vermiş, onu icra edən və heç bir hüquqi, etik və əxlaqi normalara belə sığışmayan iyrənc metod və uydurmalarla qondarma bir "cinayət işini” "düz – qoş” edənlər, bu kimi çirkab əməllərini ört-basdır etmək və ictimaiyyətdən gizlətməkdən ibarətdir.
     
Öncəki bəyanatımda bildirdiyim kimi, barəmdəki (bir-birini təkzib edən) hər üç maddə - 2007-ci ilin fevralında "Tolışi Sədo” qəzetinin mərhum redaktoru prof. Novruzəli Məmmədovla birgə, 274 ("dövlətə xəyanət”) maddəsiylə həbs edilərək, 6 il azadlıqdan mərhum edilmiş, 7 saylı CCM-də cəza çəkən (1973-cü ildən KGB – MTN sistenində agent olmuş və sonralar ruhi-psixi xəstəliyə düçar olmuuş) Elman Quliyev adlı şəxsin həbsimdən 2 gün öncə (19 iyun 2012-ci il) DİN-ə, həbsimdən 4 gün sonra (25 iyun 2012-ci il) Respublika Prokurorluğuna və 30 iyun 2012-ci ildə prokurorluğun çəkiliş qrupuna verdiyi xəstə təxəyyüllü uydurmalarına əsasən tərtib edilmişdir (Həmin ərizələr yayımlanacaqdır). İlkin "zəhmətkeş şikayət məktubu”na əsasən, mən guya 2006-cı ildə EA metrosunun yaxınlığında  bir çayxanada, bir neçə digər şəxsin də iştirak etdiyi görüşdə, talış millətindən olan şəxsləri Müdafiə Nazirliyinə, Xarici İşlər Nazirliyinə, MTN-ə və digər yerlərdə işə düzəltmək məqsədiylə, İran Xüsusi Xidmət Orqanlarının (İXXO) əməkdaşlarından pul və narkotik maddələr aldığımı guya etiraf etmişəm. Həmin "zəhmətkeş məktubu” bu sətirlərlə bitir: "Hilalın eyni zamanda İrandan gətirilən külli miqdarda narkotik vasitəni müəyyən adamların köməyi ilə Azərbaycanda və Rusiyada satdırması, özünün də narkotik maddədən istifadə etməsini hamı bilir”.
     
Bu "zəhmətkeş” məktubuna (qanunun tələb etdiyi kimi!) heç bir dərkənar və qeydiyyat aparmadan, CCM-in rəisi Tahir Yusifov qoşma məktubuyla birgə dərhal DİN naziri Ramil Usubova çatdırır. Nazir də Respublika Baş Narkotika İdarəsinin rəisi Həzi Aslanova "Hilal” adlı şəxsin müəyyən edilib ifşa edilməsi barədə sərəncam verir. Öz növbəsində H.Aslanov da müvafiq orqanlara bu barədə sərəncam verərək, 21 iyun 2012-ci il tarixində, mən 6-7 nəfər mülki geyimli şəxslər tərəfindən vəhşicəsinə döyülüb-söyülüb, zorla maşınlarına otuzdurulub Baş Narkotika İdarəsinə gətirilir və orada "cibimdən 5 qram narkotik maddə çıxardılaraq” "ifşa” edilir və barəmdə 234.4.3. ("narkotik maddələrin satışı”) maddəsiylə "cinayət” işi açılır.


Yuxarıda qeyd olunduğu kimi, E.Quliyevin Respublika Prokurorluğuna  ünvanladığı 25 iyun 2012-ci il tarixli növbəti "zəhmətkeş” məktubuna  və 30 iyun 2012-ci il tarixində Respublika Prokurorluğunun çəkiliş qrupuna verdiyi ifadələrə əsasən, barəmdə daha  2 maddə (274 və 283.2) ilə ittiham qaldırılır.   

Prof. N.Məmmədov barədə 2008-də çıxarılan məhkəmə hökmündəki ifadələrin nöqtə-vergülünə belə toxunmadan, 4 iyul 2012-ci il tarixində DİN və Respublika Prokurorluğu birgə bəyanat yayaraq bu maddələrlə "günahlarımın” guya artıq sübut olunduğunu bildirməklə, nəinki təqsirsizlik prezumpsiya hüquqlarımı kobud şəkildə pozmuş, eyni zamanda bu sifarişli həbsimdə bilavasitə iştirakçı olduqlarını da əslində gizlətməmişlər. Odur ki, hər iki dövlət orqanına qarşı Səbayel rayon məhkəməsinə, 1 saylı Bakı İnzibati Məhkəməsinə və Bakı Apellyasiya məhkəmələrinə müvafiq şikayət ərizələriylə müraciət etdikdən sonra, son şikayəti də Avropa məhkəməsinə göndərməli olduq.
     
İstintaq orqanları həbsimdən sonrakı 6 ay müddət ərzində əslində heç bir yeni əlavə əməliyyat-tədqiqat işləri aparmamışdır. Qeyd olunan ittihamların sübutunda heç bir rolu olmayan digər şahid ifadələri; KİV-də, o cümlədən redaktorluq etdiyim "Tolışi Sədo” qəzetindəki məqalələrimin; İranın "Səhər-2” TV-dəki çıxışlarımın mətnləri (elə özüm tərəfindən youtube saytında yerləşdirdiyim); işə qətiyyən dəxli olmayan 1993-cü illərdəki hadisələrin təsviri və i.a. bu kimi əlavələrdə 8 cildin "düz – qoş” edilməsi – guya ciddi bir istintaq-əməliyyat işinin aparıldığını ifadə edən görüntü xarakterini daşıyır.
     
Bu qondarma "cinayət” işinin "düz-qoş”unda ruhi xəstə olan Elman Quliyevin uğursuz bir oyuncaq kimi istifadə olunması, həm də aşağıdakı faktlardan aşkara çıxır: Mən 02.06.2008-ci il tarixində prof. N.Məmmədovun və E.Quliyevin məhkəməsində (şəxsən öz tələbimlə) şahid qismində dindirilən zaman qeydə alınmış stenoqramdan (arxiv yazısı da var) ilkin sətirlərə nəzər yetirək (bax: novoye vremya qəzeti: 03,04,12.2008, http://penrussia.org və i.a. KİV-də dərc edilib)

"Vəkil(mənə müraciətlə):  
- Siz Elman Quliyevi tanıyırsınızmı və nə vaxtdan?
Hilal Məmmədov:
- Onunla tanış deyiləm, amma 1 ya 2 dəfə təsadüfi rastlaşmalarımız olub.
Vəkil (Elmana müraciətlə):
- Bu doğrudurmu?
Elman Quliyev:
- Doğrudur, doğrudur... O, mənə bir neçə dəfə evə də zəng vurub görüşmək istəyib, amma mən ondan həmişə qaçmışam...
Novruzəli Məmmədov (replika):
- Allaha min şükür et, ay Hilal, bəxtin gətirib, yoxsa, indi özün barədə elə ağlasığmaz uydurmaları eşidəcəkdin ki, heç yuxuna da gurməzdi...

Göründüyü kimi, bu xəstə hətta bir neçə saniyəlik təsadüfi rastlaşmağımızı da inkar edir və məndən həmişə "qaçdığını” bildirir. Amma, 5 il həbsdə yatdıqdan sonra, mənimlə bir çayxanada, bir neçə nəfər digərləri ilə birgə 5-6 saat söhbət etdiyini və o söhbətlərdə mənim guya yuxarıda qeyd olunan etirafları etdiyimi bəyan edir. Əlbəttə ki, istintaq tərəfi də ona belə bir sualla müraciət edir ki, "bəs o vaxtlar bu barədə niyə məlumat bildirməyib”?  Cavabında isə E.Quliyev deyir: "...O vaxtlar istintaq orqanını Hilal Məmmədov az maraqlandırırdı, onları Novruzəli Məmmədov maraqlandırırdı. Ona görə də mən istintaqa Hilal barədə çox ifadə vermədim”.

Yeri gəlmişkən elə buradaca, həmin oyuncağın 16-17 fevral 2007-ci ildə MTN-də verdiyi ifadələrə diqqət yetirək: "Mən 1973-cü ildən başlayaraq Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi ilə əməkdaşlıq etmişəm, tələbələr haqqında konkret materialları Sizlərə vermişəm...

Mən gələcəkdə də Sizə işləməyə hazıram, mən indi də Sizinlə işləmək istəyirəm, indi də Sizinlə əməkdaşlıq etməyə hazıram. Məndən istifadə edin, nə istəyirsiz düzün-qoşun. Məndən faydalanın, bəhərlənin”.

Beləliklə də təxminən 6 il sonra, həbsimi sifariş vermiş mənbənin əlaltıları bu xəstə oyuncağı həbsimdən 2 gün öncə 7 saylı CCM-də taparaq, bu dəfə ondan mənə qarşı "faydalanmağa” qərar verir... Və onun xəstə təxəyyülü əsasında məlum "cinayət” işini düz-qoş edirlər.    

Artıq buradan bir daha tam şəkildə  aşkar olur ki, vaxtıyla hüquqlarını müdafiə etdiyim prof. Novruzəli Məmmədova qarşı 6 il öncə təşkil olunmuş "cinayət” işi də bilavasitə bu oyuncağın əli ilə "düz-qoş” edilmiş, sonra o həbsxanada qətlə yetirilmiş, ailəsi isə məhv edilmişdir. Dəhşət deyilmi???

6 ay ərzində işimi aparan 8 nəfərdən ibarət istintaq qrupundan yalnız ikisini cəmi bir neçə dəfə görə bildim. Gənc müstəntiqdən soruşdum: Sən özün bu 8 cildlik cəfəngiyyatlarla tanış oldunmu? Cavabında: "Yox, müəllim, Allah qapınızı açsın!” Digərindən soruşdum: "Bu "düz-qoş”a görə heç xəcalət çəkmirsiniz?” Cavab verdi: "Kaş səni "aç-burax” etməyə hünərim çataydı... Allah qapını açsın!” Bir dəfə istintaq otağından çıxarkən, qəfildən biri məni bir anlıq saxlayıb dedi: "Hilal Məmmədov, kaş Biz də sənin tək bu qədər azad və xoşbəxt ola bilərdik!” Soruşdum: "Kimsən?” Cavabında: "Sənin işini aparan Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqiyəm. İnan ki, bu cəfəng "iş” hamımızı sarsıdıb... Allah qapını açsın!” Mən də onların hamısına:  "Allah  Sizin də qapınızı açsın!” demişdim. CCM-də E.Quliyevin yanında olan biri isə belə etiraf etmişdi: "Müəllim, inan ki, o bədbəxt o qədər murdar qoxu verirdi ki, çəkiliş zamanı Allaha yalvarırdıq ki, kaş o ... səsini tez kəsəydi, biz də bu çirkabdan bir təhər qurtara biləydik...”

Sonralar öyrəndim ki, bu xəstə CCM-in "sanitarlar” üçün nəzərdə tutulan xüsusi küncündə saxlanılır və 16 fevral 2013-cü ildə azadlıqdan məhrum qaldığı 6 ili tamam olur...

İstintaq zamanı yalnız "narkotik” ilə bağlı olaraq həbsimin ilk günlərindən verdiyim ifadədən başqa hər hansı ifadə verməkdən imtina etdim. Fikrimi isə son dindirilmə protokolunda (23 noyabr 2012-ci il) belə əsaslandırdım: "İttiham Azərbaycan Respublikasının dövlətçilik əleyhinə olan şəxslər tərəfindən, tam yalan və cəfəng iddialarla tərtib edildiyindən, bu kimi xalq və dövlət düşmənlərinə hər hansı formada ifadə verməkdən imtina edirəm. Başqa əlavəm yoxdur. İmza”.

Bütün bu yuxarıda deyilənlərdən sonra, belə bir məntiqi fikir-sual ortaya çıxır: Həyata göz açdığı gündən bu yaşınacən, ədəb, əxlaq, elm, mərifət, din, mədəniyyət kimi dəyərlərlə köklənmiş, sağlam bir aura mühitində təlim-tərbiyə almış; qəlbindəki kin, küdurət, qərəz, riyakarlıq, təkəbbür və i.a. mənfi amilləri boğaraq, söz, fikir və əməllərində yalnız və yalnız xeyirxahlıq missiyasını formalaşdıran; zülm və cəhalət çirkabından uzaq; haqq və ədalət aşiqi; tələbə və gəncləri də bu kimi ruhda tərbiyə etməyə  çalışan bir alim və pedaqoq çirkab qoxulu aura mühiti ilə köklənmiş məhkəmə proseslərində (məxsusən də qapalı iclaslarda) necə qorunmalıdır??? Əgər bir qarışqanın belə haqqını tapdalamaqdan qorxan bu müəllimi günün günorta çağı vəhşicəsinə döyüb, söyüb, ciblərinə nümayişkarənə şəkildə narkotika atdırıb və sabah həmin məhkəmə prosesində bozarmış murdar sifətləri ilə üzümə duracaqlarsa; onlarla və yüzlərcə insanların haqsız həbslərində bir oyuncaq kimi istifadə edilmiş və bir qarın çörəyə mənliyini satan hal şahidlərinin və elman quliyev kimi murdar qoxulu xəstələrin; istintaq tərəfinin hazırladığı cəgəngiyyatları utanıb-qızarmadan, boz üzləriylə tutuquşu kimi təkrarlayan dövlət ittihamçılarının; gözlərini bircə an belə qırpmadan haqqı tapdalamağa hazır olan o  "xalq” hakimlərinin aurasından necə qorunmalı???

Əlbəttə ki, qulaqlarımıza pambıq, üzümüzə isə tənzir nəfəslik taxıb məhkəməyə arxamızı çevirmək, simvolik bir aksiya olub, yuxarıda qeyd olunan zülmə və qəflət çirkabına qarşı barışmaz mövqeyimizi əks etdirir... Təbii ki, açıq məhkəmə proseslərində iştirak edəcək haqsevər və azadfikirli qardaş və bacılarımıza hörmət və ehtiram əlaməti olaraq bu aksiyadan imtina etməli olacağıq. Hərçənd ki, bu açıq məhkəmə iclaslarında da ədalətli qərarların qəbulundan söhbət belə gedə bilməz... Bununla belə o çirkab auranı yarmaqdan ötrü sağlam ruhlu insanların zalda iştirakı xeyli vacibdir.

İstənilən halda, biz pessimist də deyilik: tam qətiyyətlə əminik ki, Cənabi Həqq şər qüvvələr tərəfindən bizə və cəmi haqsevərlərə qarşı yönəldilmiş bu qədər zülmü əsla cavabsız qoymayacaqdır! İnşallah, elə həmin məhkəmə prosesində də Haqqın qələbəsini o cəmi haqsevərlərlə birgə qeyd edəcəyik! Bu qələbə naminə mübarizədə hamınıza Allahdan min-bir xeyir-dua diləyirik! Lütfən , bizim üçün də dua edin,əziz dostlar! Allah amanında!

Hörmətlə,

Hilal Məmmədov  (vicdan məhbusu)   
8 Fevral 2013-ci il
                              
  


Категория: İnsan hüquqları | Просмотров: 1945 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus