Главная » 2013»Январь»14 » "Əsgər ölümü" aksiyası ilə bağlı Azər Kərimzadə də cərimələnib
18:54
"Əsgər ölümü" aksiyası ilə bağlı Azər Kərimzadə də cərimələnib
12 yanvar 2013-cü il tarixdə "Fəvvarələr Meydanında” keçirilmiş aksiyada iştirak etmiş fəallardan bir qismi bu gün Səbail Rayon Məhkəməsi tərfindən cərimələndilər.
Cərimə olunan gənclər arasında Talış xalqının fəal gənclərindən biri Azər Azad oğlu Kazımzadə da var.
Səbail Rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə keçirilən məhkəmədə Azər Azad oğlu Kazımzadə 400 manat cərimələnib.
Məhkəmədən dərhal sonra Kazımzadə Azər ilə əlaqə saxladıq. Onun fikrincə qanunsuzluyun korrupsiya və rüşvətxorluğun hökm surdüyü Azərbaycanda bizim kimi neçə belə azadlıq sevərlərə, demokratiya tərəfdarlarına və Əliyev rejiminə qarşı çıxanlara qarşı bu cərimələr bizim bu mübarizəmizə qətiyyən mənfi təsir görsətmir, əksinə bizlər dahada ruhlanırıq. "Bütün gəncləri Azərbaycanın demokratikləşməsi uğrunda mübarizəyə dəvət edirəm" - deyə Azər Kərimzadə qeyd etmişdir.