"Tolışi Sədo” qəzetinə məxsus "ToloshiSado” niki ilə yayımlanmış "Tı kto takoy, davay do svidaniya!” video-roliki Rusiya, Ukrayna və digər MDB məkanlarını fəth etdikdən sonra Rusiyanın bir sıra mərkəzi telekanalları da bu roliki ərsəyə gətirən müəlliflə və orada iştirak edən meyxanaçılarla reportaj hazırlamışlar.
Bu ayın 12-də Bakıya gələn Rusiyanın NTV çəkiliş qrupu da 3 gün Azərbaycanda olmuş və rolikin qəhrəmanları ilə görüşmüşlər. İyunun 13-də axşam 3 saat ərzində Astaranın Ərçivan kəndində bu hadisə ilə bağlı olaraq Talışların möhtəşəm folklor və mədəniyyət gecəsi keçirilmişdir.
Tədbirdə NTV-nin çəkiliş qrupu iştirak etmişdir. Gecəni "Tolışi Sədo”("Talışın Səsi”) qəzetinin baş redaktoru Hilal
... Читать дальше »
Allergiyası və nevroloji problemi olan uşağa peyvənd olmaz!
Yenicə ana olan xanımlar körpənin ilk peyvəndinin vurulmamasına çalışır. Hələ doğum evində yenidoğulmuşa vurulacaq ilk peyvəndi istəmir. Uşaq poliklinikasında qeydiyyatda olan azyaşlılar peyvəndə çağırılır. Bir qisim valideynlərsə, öz əlləri ilə yazdıqları ərizə ilə könüllü olaraq peyvənddən imtina etdiklərini bəyan edirlər. Bu günümüzün valideynlərinin bir hissəsi niyə peyvəndi təhlükəlü hesab edərək vaksinasiyadan qaçırlar? Uşaqlar peyvənd olunmadan həyatına davam edə bilərmi? Ya da bu peyvənd xofunun əsası varmı? Milləti son illər çəkindirən səbəblərin mənbəyi haradan gəlir?
Fransalı filosof Roje Qarodi dünyasını dəyişib. Holokost haqda yəhudilərin iddiasını şübhə altına alan 98 yaşlı məşhur fransalı filosof Paris şəhərinin yaxınlığında həyatını dəyişib.
Roje Qarodi (17 iyul 1913) Fransanın tanınmış filosofu və yazıçısıdır. Qarodi Marsel şəhərində dünyaya gəlir. Valideynlərindən biri ateist, digəri isə katolik olur. O, 14 yaşında ikən protestantlığı qəbul edir. 1933-cü ildə, 20 yaşında Fransa Kommunist Partiyasına üzv olur.
1945-ci ildə Partiyanın Mərkəzi Komitəsinə qoşulur, beləliklə onun aktiv siyasi fəaliyyəti başlayır. Qarodi 1945-51-ci illərdə Tarn bölgəsindən, 1956-58-ci illərdə Seyn bölgəsdən, 1959-62-ci illərdə isə Parisdən seçilən millətvəki
... Читать дальше »
Xarici işlər nazirinin müavini şahzadə Xalid bin Səud bin Xalid: "Biz İranın qonşu ölkələrin işlərinə müdaxiləsinin qarşısını almaq üçün uğurlu əməkdaşlıq edə bilərik”
ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqi olan Səudiyyə Ərəbistanı Azərbaycana İrana qarşı əməkdaşlıq təklif edib. Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini şahzadə Xalid bin Səud bin Xalid "Trend”ə müsahibəsində bildirib ki, region ölkələri İranın qonşu ölkələrin işinə müdaxilə etməsinin qarşısını almaq üçün öz səylərini birləşdirməlidirlər".
"Azərbaycan regionun digər ölkələri kimi, İranın onun daxili işlərinə müdaxilə etməsindən əziyyət çəkib. Bu müdaxilənin qarşısının alınması üçün region ölkələri birgə fəaliyyət göstərməlidirlər” deyə, bin Səud bildirib. Onu
... Читать дальше »
ABŞ-ın bu günə qədər Azərbaycana təyin etdiyi 8 səfirdən 5-i rəsmi Vaşinqtonun enerji və iqtisadi məsələlər üzrə yüksək çinli məmurları olub. Eyni halda ABŞ Azərbaycan müstəqil olandan bu günə qədər ölkəmizə qarşı daima enerji maraqlarından çıxış edib. Lakin demokratiya və insan haqları sahəsində ölkəmizdə bu günə kimi kifayət qədər problemlərin olmasına baxmayaraq, rəsmi Vaşinqton islahatların həyata keçirilməsi ilə bağlı hər hansı bir addım atmayıb.
FaktXeber.com-un verdiyi "baş verənlərə görə demək olarmı ki, ABŞ Azərbaycana yanacaqdoldurma məntəqəsi kimi baxır”,-sualını cavablandıran Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev maraqlı fikirlər səsləndirdi. Ekspert qeyd etdi ki, ABŞ A
... Читать дальше »