Главная » 2012»Июнь»18 » Holokostu inkar edən tanınmış fransız filosofu vəfat edib
01:13
Holokostu inkar edən tanınmış fransız filosofu vəfat edib
Fransalı filosof Roje Qarodi dünyasını dəyişib. Holokost haqda yəhudilərin iddiasını şübhə altına alan 98 yaşlı məşhur fransalı filosof Paris şəhərinin yaxınlığında həyatını dəyişib.
Roje Qarodi (17 iyul 1913) Fransanın tanınmış filosofu və yazıçısıdır. Qarodi Marsel şəhərində dünyaya gəlir. Valideynlərindən biri ateist, digəri isə katolik olur. O, 14 yaşında ikən protestantlığı qəbul edir. 1933-cü ildə, 20 yaşında Fransa Kommunist Partiyasına üzv olur.
1945-ci ildə Partiyanın Mərkəzi Komitəsinə qoşulur, beləliklə onun aktiv siyasi fəaliyyəti başlayır. Qarodi 1945-51-ci illərdə Tarn bölgəsindən, 1956-58-ci illərdə Seyn bölgəsdən, 1959-62-ci illərdə isə Parisdən seçilən millətvəkili kimi Parlamentdə vəzifəsini icra edir.
Roje Qarodi uzun araşdırmalar və tədqiqatlardan sonra 1982-ci ildə, 69 yaşında İslamı ən müqəddəs din və ən doğru yol olaraq qəbul edir. Müsəlman olduqdan sonra Qarodi yaradıcılığına davam edir və əsas mövzularında biri İslam dini haqqında olur. Roje Qarodi deyir: "Mən inancımdan və intelektual dünyagörüşümdən imtina etmədən İslama gəldim". Filosof bildirir ki, İslamı seçməklə o, nəinki intelektual dünyagörüşündən ayrılıb, əksinə İslam onun dünyagörüşünü daha da zənginləşdirib.
Qeyd etdiyimiz kimi, Qarodi həm də güclü yazıçıdır. Uzun illər siyasətlə məşğul olması onun yaradıcılığıa böyük təsir edir. Belə ki, Qarodinin müəllifi olduğu 50-dən çox kitabın əksəriyyəti siyasətdən bəhs edir.
Roje Qarodi anti-sionist mövqeyi ilə tanınan filosofdur. O, 1995-cı ildə özünün ən ixtilaflı kitabı olan "Müasir İsrail mifinin yaranması” əsərini fransızca çap etdirir. Kitab sonradan ingilis dilinə tərcümə edilir. Kitabın ixtilaflı olmasına səbəb isə, orada əsas mövzunun "Holokostun inkarı” olmasıdır. Buna görə fransız hökuməti 27 fevral 1998-ci il tarixindən etibarən kitabın çapını qadağan edib, Qarodiyə 240 000 fransız frankı cərimə və bir neçə il həbs təyin edir.
Qarodi 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda baş verən terror hadisəsində birbaşa ABŞ-ı günahlandırıb, bunun ABŞ-ın işi olduğunu bildirib.
Qarodi İslam dünyasında kifayət qədər hörmətə və məşhurluğa malikdir. Belə ki, 1999-cu ilin iyun ayında İordaniyanın intelektual simaları Qarodini "20-ci əsrdə mədəniyyət sahəsində dünyanın ən mühüm şəxsiyyəti" adlandırmışlar. Qarodi həmçinin İslama xidmətlərinə görə "Kral Faysal" Mükafatına layiq görülüb. 2006-cı ilin fevralında isə "Hizbullah" lideri Həsən Nəsrullah çıxışı zamanı Qarodini nəhəng fransız filosofu adlandırmışdır.