Bu gün "EL" Hərəkatının sədri Eldar Namazov Azərbaycan Respublikasının azsaylı xalqlarının nümayəndələri ilə görüş keçirtmişdir. Görüşdə Talış, Tat, Ləzgi, Avar, Kürd, Lahıc və Yəhudi xalqlarının mədəniyyət mərkəzlərinin, qəzetlərinin, ictimai təşkilatlarının üzvləri və həmin xalqların tanınmış nüfuzlu ziyalıları iştirak etmişlər. Görüşdə "EL" hərəkatının Milli məsələlər üzrə müavini Mehdibəy Səfərov giriş nitqi ilə çıxış etmişdir. O, Azərbaycanda yaşayan azsaylı xalqların, etnik qrupların və milli azlıqların hüquq və azadlıqlarının qorunmasında mövcud olan problemlərdən və "EL" Hərəkatının bu məsələyə xüsusi diqqət və yer ayıraraq, fəaliyyətinin əsas preoritetlərindən biri kimi saymağından söhbət açdı.
"Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun məhkəməsi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə bu günki məhkəmə iclası yenə qapalı keçirilib.
Baş redaktorun vəkili Ramiz Məmmədov prosesdə vəsatətlərə baxıldığını bildirib.