Bu gün "EL" Hərəkatının sədri Eldar Namazov Azərbaycan Respublikasının azsaylı xalqlarının nümayəndələri ilə görüş keçirtmişdir. Görüşdə Talış, Tat, Ləzgi, Avar, Kürd, Lahıc və Yəhudi xalqlarının mədəniyyət mərkəzlərinin, qəzetlərinin, ictimai təşkilatlarının üzvləri və həmin xalqların tanınmış nüfuzlu ziyalıları iştirak etmişlər. Görüşdə "EL" hərəkatının Milli məsələlər üzrə müavini Mehdibəy Səfərov giriş nitqi ilə çıxış etmişdir. O, Azərbaycanda yaşayan azsaylı xalqların, etnik qrupların və milli azlıqların hüquq və azadlıqlarının qorunmasında mövcud olan problemlərdən və "EL" Hərəkatının bu məsələyə xüsusi diqqət və yer ayıraraq, fəaliyyətinin əsas preoritetlərindən biri kimi saymağından söhbət açdı.
Sonra söz "EL" Hərəkatının sədri Eldar Namaziova verildi. O, azsaylı xalqların problemlərindən və onların həlli yollarından geniş söhbət açdı. Çıxışının bir hissəsini də o, qarşıda gələn Prezident seçkilərində iştirak edərək səmərəli nəticələr əldə etmək naminə Rüstəm İbrahimbəyovun muxalifəti birliyə səsləyən Milli Şura ideyasına həsr etdi. Çıxışını yekunlaşdırandan sonra Eldar Namazov görüşdə iştirak edən fəalların bu sahədə mövcud iqtidarın buraxdığı ciddi səhvlərlə bağlı ortaya çıxan və insanların milli-mənəvi dəyərlərinin qorunmasına əngəl törədən problemlər barəsində sullara cavab verdi. Etiraf etmək lazımdır ki, həm çıxışında, həm də verilən sualların cavablandırarkən Eldar Namazov bir daha sübut etdi ki, o bu problemlərə yaxından bələddir və onları ortaya çıxma səbəbləri, eləcə də onların həlli yollarını əla bilir.
Biz də öz növbəmizdə ana vətənimiz doğma Azərbaycanımızda vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində dünyanın ən sivil və demokratik ölkələrinə qoşulması naminə fədakar siyasətçi, "EL" Hərəkatının sədri Eldar Namazova bu çətin, lakin şərəfli yolda uğurlar diləyirik!
Seyran Rəfiyev,
Azərbaycan Ziyalı Hərəkatı sədrinin müşaviri
Azəri - Talış İctimai Birliyinin İH üzvü