Главная » 2013»Май»8 » Hilal Məmmədovun məhkəməsi davam edir (video)
20:49
Hilal Məmmədovun məhkəməsi davam edir (video)
"Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun məhkəməsi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə bu günki məhkəmə iclası yenə qapalı keçirilib.
Baş redaktorun vəkili Ramiz Məmmədov prosesdə vəsatətlərə baxıldığını bildirib.
Xatırladaq ki, "Tolışı sədo” qəzetinin baş redaktoru, sosial şəbəkələrdə geniş yayılmış "Tı kto takoy, davay, do svidaniya” videoçarxının müəllifi Hilal Məmmədov ötən ilin iyununda həbs edilib.
Baş redaktor Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur (Obyektiv TV).