"Kim olduğunu unutma"; Ölkə başçısı "neft demarşı"na elə cavab aldı ki...
"BP Azərbaycanda iflasa uğraya bilər, amma Əliyev ondan qabaq süqut edər”
Dünyanın ən məşhur biznes jurnalı olan "Forbes” ölkə başçısı İlham Əliyevin BP şirkətinə qarşı məlum ittihamları ilə bağlı geniş məqalə dərc edib. Məqalədə qeyd olunur ki, BP indi çox narahat dövrünü yaşayır. Meksika Körfəzindəki neft sızıntısı bəlasından tam qurtara bilməyən və Rusiyadakı uzunmüddətli mövqelərini qoruyub saxlamağa çalışan şirkət indi də Bakıda, Azəri-Çıraq-Günəşli (ACG) yataqlarında hasilatın azalmasına görə "öldürücü tənqidlə” üzləşib. Əliyevin özünə vermədiyi sual
«Burada BP üçün narahatedici məqam o deyil ki, hücum birbaşa prezident
... Читать дальше »
"Yanvarda Azərbaycanla bağlı hesabatımı dərc etdirəndən sonra, maraqlı hadisələr olacaq"
"Bəzi ölkələrdən olan nümayəndələr səsvermədə iştirak etmədi, çünki onları Azərbaycan nümayəndə heyəti şantaj etmişdi"
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquqi Məsələlər və Insan Haqları Komitəsinin (Komitə) üzvü Elxan Süleymanov oktyabrın əvvəlində keçirilən müzakirələrlə bağlı bəyanat dərc edib. O, Avropa Şurası rəhbərliyinə və üzvlərinə məktub göndərib. Süleymanov iddia edir ki, AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin hazırladığı sənədə tərəfdar toplamaq üçün AŞ PA avropalı deputatlara təzyiq olunur. Kristof Ştrasser "BBC Azərbaycanca”ya müsahibəsində bu iddiaları rədd edib: ... Читать дальше »
Salamın cavabın da almırsız, olmaya məndən küsmüsünüz? Məndən niyə küsürsünüz, xeyli vaxtdır siz tərəflərə gəlmirəm ki, Masallı rayonuna yeni təyin olunan İHB-sı Rafil Hüseynovun Kolatanlılara verdiyi vədin nəticəsini gözləyirdim.
Məlumunuz olduğu kimi, bir tikə çörək dalınca Rusiya Federasiyasının soyuq Sibirinə öz ayaqları ilə "sürgün”ə gedən Kolatanlı gənclərin, burda ölümlərinin yolunu gözləyən valideynlərinin evinə təbii qaz xəttinin çəkilməsi məqsədi ilə, 2009-cu ildə 87 min ABŞ-dollar pul göndərmişdilər. Bu puldan da əlavə, hər təsərrüfat başçısından 100 (yüz) manat yığmaqla, təxminən 280 min ABŞ-dolları məbləğində nəğd pul yığılıb verilmişdi kənd ərazi nümayəndəsi Vale Mikayılova.