Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Октябрь » 13 » Ştrasser hakimiyyətin AŞPA-dakı "satınalma" əməllərini ifşa etdi
18:01
Ştrasser hakimiyyətin AŞPA-dakı "satınalma" əməllərini ifşa etdi
"Yanvarda Azərbaycanla bağlı hesabatımı dərc etdirəndən sonra, maraqlı hadisələr olacaq"

"Bəzi ölkələrdən olan nümayəndələr səsvermədə iştirak etmədi, çünki onları Azərbaycan nümayəndə heyəti şantaj etmişdi"


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquqi Məsələlər və Insan Haqları Komitəsinin (Komitə) üzvü Elxan Süleymanov oktyabrın əvvəlində keçirilən müzakirələrlə bağlı bəyanat dərc edib. O, Avropa Şurası rəhbərliyinə və üzvlərinə məktub göndərib. Süleymanov iddia edir ki, AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin hazırladığı sənədə tərəfdar toplamaq üçün AŞ PA avropalı deputatlara təzyiq olunur.
Kristof Ştrasser "BBC Azərbaycanca”ya müsahibəsində bu iddiaları rədd edib:


- Bəzi məlumatlara görə, müzakirələr zamanı deputatlara "siyasi məhbuslar” terminini rədd edən düzəlişin əleyhinə səs vermələri və sizin hesabatınızı dəstəkləmələri üçün təzyiqlər edilib...

- Bu, mənim hesabatımın tam əksi olmalı idi. Mənim Avropa Şurası Parlament Assambleyasında siyasi məhbuslar haqda termini müəyyənləşdirmək mandatım vardı. Düzəlişdə isə deyilirdi ki, AŞ PA bu məsələ ilə məşğul olmamalıdır və kimin siyasi məhbus olmasını Avropa Insan Haqları Məhkəməsi müəyyənləşdirməlidir. Buna görə də, çox mübahisəli bir müzakirə keçdi. Mən heç kəsə təzyiq göstərməmişəm.
Komitənin 30 üzvü düzəlişin lehinə idi. Onlardan çoxunu mən əvvəllər heç görməmişəm və əminəm ki, onları Azərbaycan nümayəndə heyəti gətirmişdi. Çünki onların bu hesabatın qarşısını almaq marağı vardı, ancaq onlar buna nail olmadılar.
Indi isə onlar bu məsələni əvvəllər siyasi həyatımda heç zaman görmədiyim tam əks istiqamətə gətirməyə çalışırlar.

- Elxan Süleymanov deyir ki, cənubi Avropa ölkələrindən olan nümayəndələr şantaj edilmiş, düzəlişin əleyhinə səs verməsələr yardım almayacaqları bildirilmişdi...


- Bəzən deməyə sözüm də qalmır. Cənubi Avropa ölkələrinin nümayəndə heyətlərinin şantaj olunması barədə deyilənlər təhlükəli yalandır. Məsələn, Italiyadan olan spikerlərdən biri dedi ki, siyasi qorxulara görə həbsdə olan insanların naminə bizə bu hesabat və termin lazımdır.
Bəzi ölkələrdən olan nümayəndələr səsvermədə iştirak etmədi, çünki onlar qorxurdular və Azərbaycan nümayəndə heyəti tərəfindən şantaj olunmuşdular. Onlara demişdilər ki, enerji məsələlərində heç bir siyasi, maliyyə yardımı almayacaqlar. Həqiqət budur. Və bu hesabatla məşğul olduğum üç il ərzində mənim gördüyüm budur.

- Cənab Süleymanov deyir ki, AŞPA katibliyi də sizin xeyrinizə hərəkət edib...

- Əgər biz bu məsələ ilə yalnız Avropa Məhkəməsinin məşğul olmalı olduğunu təsdiqləyən sənəd qəbul etsək, bu, AŞ PA-nın siyasi işinin sonu olar.
Əgər bir şəxs məsələn, hökumətə qarşı nümayişdə iştirak etdiyi üçün həbsə alınırsa, onun işinə Avropa Məhkəməsində 5-6 il sonra baxılmaq şansı var. Avropa Şurasında isə siyasətçilər oturub gözləyirlər və heç nə edə bilmirlər.

- Əgər düzəliş qəbul olunsaydı, istefa verəcəkdinizmi? Bu düzəliş sizin hesabatınızın sonu demək olardımı?


- Bəli, əlbəttə. Çünki düzəlişdə deyilirdi ki, Avropa Şurasının siyasi məhbuslar məsələsilə məşğul olmaq icazəsi yoxdur. Belə olan halda, mən Azərbaycanda siyasi məhbusların vəziyyətilə bağlı hesabat təqdim etsəydim, bu, ziddiyyətli olardı, belə bir hesabat təqdim etmək mümkün olmazdı. Əgər biz deyiriksə ki, AŞ PA bu məsələlərlə məşğul olmur, onda mən yalnız Azərbaycanda deyil, heç bir ölkədə siyasi məhbuslar barədə hesabat təqdim edə bilmərəm.

- Səsvermənin nəticələri 89/89 oldu. Siz bu nəticələrdən qürur duyursunuzmu?


- Qürur duymuram. Çünki görürəm ki, Avropa Şurasında böyük parçalanma var və bu, yaxşı hal deyil. Ancaq düşünürəm ki, Avropa Şurasının kriteriya və prinsipləri bəzi ölkələrin, təşkilatın həmin ölkələrdə vəziyyətlə məşğul olmasının qarşısını almağa çalışan təsirlərinə qarşı müdafiə olunmalıdır. Ona görə də, mən qürur duymuram... Bu vəziyyətin başa çatmasına isə şadam. Çünki, son 3 ildə Azərbaycan tərəfindən çoxlu təzyiqə məruz qalmışam. Yanvarda hesabatımı dərc etdirəndən sonra, düşünürəm ki, maraqlı hadisələr olacaq.

- Avropa Şurasında belə böyük parçalanmanın səbəbi nədir?


- Bəzi ölkələrdən olan və AŞ PA-nın yeni üzvü olan ölkələrlə aşkar əlaqələri olan nümayəndələrə digər ölkələrdən çox böyük təzyiqlər var. Amma biz hamımız bir araya gəlməliyik və bu institutun gələcəyi haqqında sənəd imzalamalıyıq. Düşünürəm ki, Avropa Şurası üçün böyük təhlükə var.

- Yanvarda Azərbaycanda siyasi məhbusların vəziyyətinə dair hesabatınız müzakirə olunacaq. Sizcə müzakirələr yenə dramatik keçəcəkmi?


- Cənab Süleymanovun məktublarını oxuduqca görürəm ki, heç bir kompromisə yer yoxdur. Həmişə Azərbaycan hakimiyyətinə təklif etmişəm ki, məni ölkəyə dəvət etsinlər. Mənə demirdilər ki, sən bu məsələ ilə məşğul olmalı deyilsən. Səbəb kimi göstərirdilər ki, siyasi məhbuslarla bağlı ümumi kriteriya yoxdur. Indi isə var. Bəlkə məni fakt toplama missiyası üçün dəvət edəcəklər... Amma inanmıram. Çünki onlar bu hesabatı istəmirlər və onun qəbul olunmaması üçün hər şey edəcəklər. Ancaq mən bu hesabatı təqdim etməliyəm. Və yanvarda keçiriləcək müzakirələri gözləyirəm.


bbc

Категория: Beynəlxalq hüquq | Просмотров: 1859 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus