Masallıda dindarlar Araz Quliyev, Ziya Tahirov və Rza Ağalıya xuliqanlıq ittihamı ilə cinayət işi açılıb. Məlumat sentyabrın 10-da yayılıb. "Media forum” saytının sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə xəbəri təsdiqləyib.
Şöbə rəisinin sözlərinə görə, sentyabrın 8-i axşam radələrində Araz Quliyevlə bərabər bir neçə şəxs Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərib: "Nəticədə rayonun iki sakini və polis əməkdaşı xəsarət alıb, bir xidməti avtomobilin şüşələri sındırılıb. İctimai asayişi pozan Araz Quliyev, Ziya Tahirov və Rza Ağalı saxlanılaraq polis şöbəsinə gətirilib. Faktla bağlı Cin
... Читать дальше »
Bu dərəcədə qorxursunuz ki, salamın cavabını da almırsınız? "Salam” Alahın Adəm övladlarına buyurduğu ünsiyyət vasitəsidir. Nədən Allahın qəzəbindən qorxmayıb, bu murdar, öz xalqının qanına susamış rejimdən qorxursunuz? Onsuz da Adəm övladının Allaha bir can borcu olması hər kəsin alın yazısıdır.
Bu gəlimli-gedimli dünyada baş alıb gedən fəlakətləri görmürsünüzmü? Dünyada tək Allahdan başqa, elə bir varlıq varmı ki, gözlərimizin şahidi olduğu təbii fəlakətlərin qarşısını ala bilsin?
- Əlbəttə ki, yox!
Gözəl peyqəmbərimiz biz müsəlmanlara buyurub ki, "Zülmə baş əyən, zülümkara bərabərdir”. Düşündürücü məsələ budur ki, bəzi hakimiyyət yönlü dindarlarınız və müəllimləriniz, yeri
... Читать дальше »
Bakı Apellyasiya Məhkəməsi "Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovu ev dustaqlığına buraxmaqdan imtina edib. Məlumatı "Media forum” saytına vəkil Cavad Cavadov verib.
Cavad Cavadov bildirib ki, sentyabrın 1-də Nəsimi Rayon Məhkəməsi Hilal Məmmədovun ev dustaqlığına buraxılması müraciətini təmin etmədiyindən apellyasiya şikayəti veriblər: "Şikayətə sentyabrın 10-da hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxıldı. Mən və digər vəkil Ramiz Məmmədov ittihamların qanunsuz olduğunu vurğuladıq, eyni zamanda Hilal Məmmədovun həbsdən buraxılmasının istintaqın gedişinə mane olmayacağını bildirdik. İstintaq nümayəndələri isə ümumi sözlərlə fikirlərini əsaslandırmağa çalışdılar, Hilal Məmmədovun həbsdə saxlanmasında israr etdilər. Sonda hakim S
... Читать дальше »