Dövlət Neft Fondunun valyuta ehtiyatı artıq 33 milyardı ötüb və bu vəsait Avropa və ABŞ banklarında saxlanılır - illik 1-2 faiz gəlirlə. Azərbaycan vətəndaşı isə bankdan ildə 20-25 faizdən aşağı kredit götürmək imkanına malik deyil.
Xalqın sərvətini xarici banklarda 1-2 faizə yatırdan, vətəndaşlarına illik 20-25 faizə kredit verən bir dövlət təsəvvür edirsinizmi?
Möhtərəm Ilham Əliyevin göstərişi ilə, Bakı-Axalkalaki-Qars dəmir yolunun çəkilişi üçün Gürcüstana 25 il müddətinə 1 faizlə kredit verdi. Azərbaycan vətəndaşı 25 il müddətinə kredit ala bilirmi?
Yalnız "ipoteka krediti” istisnadır. Amma bu kreditin ölçüsü və dəyəri nə boydadır? Ipoteka kreditinin həcmi 14 milyonu aşmır və min bir əziyyətdən, 1700 manatlıq dövlət rüsumundan sonra
... Читать дальше »
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın İstambuldakı keçmiş konsulu hakim Azərbaycan partiyası olan YAP-ın tanınmış simalarından biri Xeyrəddin Qoca ANS ÇM radiosunun canlı efirində şok açıqlamaların müəllifi olub.
İki gün əvvəl yayımlanan verilişdə X.Qoca Türkiyədə baş verən terror aktları barədə danışıb. O baş verənlərdən məyusluğunu ifadə etməklə yanaşı kürdlərin dövlət qurmalı olduğunu deyib.
Yazıçı bildirib ki, kürdlər də bir xalqdır və onların gec-tez dövləti olacaq: «Dövlət qurulmalıdır və qurulacaq. Amman nə zaman bilmirəm. Bəlkə də bu proses 100 il çəkəcək».
Xatırladaq ki, Türkiyədə baş verən terror aktı nəticəsində 26 türk əsgərini öldürüldükdən sonra Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı geniş miqyaslı əməliyy
... Читать дальше »
Azərbaycan Milli Məclisi Talışın mərkəzi bölgəsi Lankon rayonun inzibati ərazi bölgüsündə dəyişikliklər edib. Sözü gedən dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq təsdiqlənib.
Dəyişikliklərə əsasən, Lankon rayonun inzibati ərazi bölgüsündə aşagıdakı inzibati ərazi dairələri: Balıqçılar qəsəbəsi, Ləj, Kənarmeşə, Kosalar, Şıxakəran, Şovu,
... Читать дальше »
Yaxud, Masallı rayonundaki özbaşınalıqlar fonunda lalların da dili açılsa, necə deyərlər: "Kərəmi onda ağlamaq tutar”
Masallıda çoxlu sayda lallar varmış, bizim heç xəbərimiz yox imiş. Lallar çayxanası rayonda tanınan bir istirahət yeridir. Fikirləşməyin ki, rayon əhalisi işləməkdən taqətdən düşüb, bu çayxanada lazımınca istirahət edir. Əsla belə deyil!
Sözümün məğzi bundan ibarətdir ki, bu çayxananın sahibini tanımaq olmur. Bizim bu qardaşlarımız dildən-qulaqdan qüsurlu olsalar da, çox işguzardırlar. Əhali ilə yaxşı davranmaları müştərilərinin artmasına səbəb olur. Bu zəhmətsevər insanların bütün lallarla əlaqələri vardır. Hər gün səhər çağı onlar görüşürlər, bir-birinə kömək edir, iş axtarıb tapırlar.