Azərbaycan Milli Məclisi Talışın mərkəzi bölgəsi Lankon rayonun inzibati ərazi bölgüsündə dəyişikliklər edib. Sözü gedən dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq təsdiqlənib.
Dəyişikliklərə əsasən, Lankon rayonun inzibati ərazi bölgüsündə aşagıdakı inzibati ərazi dairələri: Balıqçılar qəsəbəsi, Ləj, Kənarmeşə, Kosalar, Şıxakəran, Şovu, Qurumba, Bəliton və Tuado kənd inzibati ərazi dairələri yaradılıb.
Adıçəkilən ərazi dairələrinin Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi barədə qərar qəbul edilib.