"Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır". Bu sözləri Azərbaycan Talışların İctimai Şurasının (ATİŞ) həmsədri, hüquqşünas Ataxan Əbilov Milli azlıqlarla bağlı Avropa Şurasının Nazirlər Komitəsinin fevralın 3-də Azərbaycana verdiyi tövsiyələri Meydan TV-yə şərh edərkən deyib.
ATİŞ həmsədri deyib ki, Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasındakı müddəalar Azərbaycanda gerçəkləşməyib: “Məsələ belə qoyulur ki, milli azlıqlarla bağlı hansı problemlər var? Əslində "hansı problemləri yoxdur" deyilməlidir. "Avropa Şurasının Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasını&
... Читать дальше »
Avropa Şurasının Nazirlər Komitəsi fevralın 3-də Azərbaycanın Milli Azlıqların Qorunması haqqında Çərçivə Sazişinin icra etməsinə dair qətnamə (tövsiyə) qəbul edib.
Qətnamə adı çəkilən Çərçivə Sazişinin məşvərət komitəsinin 2019-cu ildə hazırladığı hesabatın əsasında tərtib edilib.
Sənəddə Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana “dərhal” tədbir görülməsi üçün tövsiyələr verilib.... Читать дальше »