Yazın gəlişi, təbiətin canlanması dünyanın bütün xalqları üçün fərəhləndirici hadisədir və onlar bunu bayram kimi qeyd edirlər. Lakin baharın gəlişini “NOVRUZ “adı ilə bayram etmək tam istisna bir haldır, çünki bu halda bayramın keçirilməsı olduqca qədim tarixi əsaslara,adətlərə, ənənələrə və ciddi astronomik hadısələrə söykənir.
Fars dilində “Yeni gün” mənasını ifadə edən Novruz astronomik günəş təqviminin birinci gününün təntənə ilə qeyd olunmasıdır. Günəşin zahiri hərəkət
... Читать дальше »
Təqvimlər müxtəlifdir, sıradan çıxanı, bu gün də işləyəni var, hərəsi bir mədəniyyət, etnik və dini sistemin yaratdığıdır. Amma günəş təqvimini Yaradan yaradıb – yaradılış və dirçəliş möcüzəsinin oyanan təbiətdə və təzələnən kosmosda əksi kimi. Odur ki, elmi-astronomik baxımdan da yeganə düzgün təqvim sayılır. Azərbaycan xalqı min illərdir o təqvimlə yeni günəş ilinin gəlişini bayram edir. Nə miladdan başlanan beynəlxalq təqvimin, nə hicrətdən hesablanan ay təqviminin yenilənməsi yaşı insanlığın yaşı qədər bilinməz olan Novruzun yerini tuta bilməyib, xalq arasında onun kimi coşquyla qarşılanmayıb.
... Читать дальше »