Almaniyada səfərdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus mayın 3-də Esslingen am Neckar şəhər şurasının üzvləri ilə görüşüb. Mayın 5-də burada ona beynəlxalq mükafat təqdim ediləcək.
Leyla Yunusun Turan-a verdiyi məlumata görə, müzakirələrin əsas mövzusu Azərbaycan vətəndaşlarının mülkiyyətinin qanunsuz olaraq əllərindən alınması və Azərbaycanda yeganə Qadın Krizis Mərkəzinin ofisinin vəhşicəsinə məhv edilməsi problemi olub.
Azərbaycanın paytaxtında fəaliyyət göstərən polis və məhkəmə hakimiyyəti orqanlarının (AR Ali Məhkəməsi daxil olmaqla)
... Читать дальше »
Əvəz Zeynallı: "Mən sizdən özümə bəraət istəyirəm və haqqımda qaldırılan cinayət işini saxta və qondarma olduğunu məhkəmə qərarı ilə təsdiqləməniz üçün sizdən cəsarət gözləyirəm”.
Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə "Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının apellyasiya şikayəti əsasında məhkəmənin hazırlıq iclası davam edib. Xatırladaq ki, ötən hazırlıq iclasında müdafiə tərəfi hakim tərkibinə etirazla bağlı vəsatət verib. Qeyd edək ki, Ə.Qasımovu sədrliyilə olan bu məhkəmə tərkibi həm də ba. Redaktorun həbsindən sonra onun avtomobilində, evində və ofisində
... Читать дальше »
Mehdibəy Səfərov: "Zənnimcə, Rüstəm müəllimin MŞ-ya sədrlik etməsilə bağlı fors-major vəziyyət yaranarsa, onun yerinə və ya onu müvəqqəti əvəz eləyən ən real namizəd Eldəniz Quliyev ola bilər”
"EL” Hərəkatının Milli məsələlər üzrə sədr müavini Mehdibəy Səfərovun Elitar.Az saytına müsahibəsini təqdim edirik:
- "EL” Hərəkatı cəmi 2 aydır ki, fəaliyyətə başlayıb və bu az müddət ərzində kifayət qədər təzyiqlərlə üzləşib. Sizcə bu nədən qaynaqlanır?
Ümumdünya Mətbuat Azadlığını Müdafiə Günündə Vaşinqtonun Newseum adlanan mətbuat muzeyində yeni stendlər yaranıb. Onlar arasında vəzifəsini həyata keçirərkən qətlə yetirilmiş yeddi Azərbaycan jurnalistinin adları və fotoşəkilləri də var.
Qeyd edək ki, bu muzey ABŞ paytaxtında Kapitolinin yaxınlığında yerləşir və Amerikanın ən çox ziyarətçisi olan muzeyləri arasındadır.
Muzey öz-özlüyündə söz azadlığının rəmzidir. Ziyarətçi girişdə din, söz, mətbuat, toplaşmaq və birləşmək azadlıqlarına zəmanət verən ABŞ Konstitusiyasına birinci düzəlişlə qarşıla
... Читать дальше »