Yaxud, "QAZEL" maşını ilə yolu kəsib alma satan, nədən kameramı alıb sındırmaq istədi?
Kütləvi İnformasiya Vasitələrinin, internet sosial şəbəkələrində uzun illərin aktual mövzularından olan Masallının "Köhnə bazar”ın mətbəxində "bişirilən bozbaş” siyasətinin aşbazları İH-də işləyən yerli kadrların olması heç kimə sirr deyil.
Bu bazarda baş alıb gedən özbaşınalıqlar, antisanitariya vəziyyəti, bəzi satıcıların hədsiz qudurğanlığı, maşın və piyada yolunu dükan sahibləri tərəfindən inhisara alınmasını hamı görür, heç kim səsini çıxartmır.
Ötən illər bu bazardakı dükanların sabiq İHB-sı Q.Ağayevin göstərişi ilə üç dəfə sökülüb, təkrarən həmin dükan sahiblərinə baha qiymətə satması barədə mütəmadi olaraq,
... Читать дальше »
Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi bəyanat yayıb. Bəyanatda deyilir: "19 dekabr 2012-ci il tarixdə Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi (ADN DTB) dövlət qeydiyyatından keçmək məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edib.
Lakin nazirlik birliyin dövlət qeydiyyatından keçirilməməsi ilə bağlı imtina məktubu göndərib. Bununla əlaqədar olaraq, 30 yanvar 2013-cü il tarixdə ADN DTB-nin təsisçiləri yığ
... Читать дальше »
Xalid Bağırov: "Proses bundan sonra da qapalı keçsə, məhkəmə iclaslarına getməsəm də, bunun əvəzində mətbuat konfransları keçirəcəyəm"
"Tolışi sədo” qəzetinin redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədovun vəkilləri çətin vəziyyətə düşüblər. Bir tərəfdən Məmmədov işi üzrə qapalı proses keçirilməsinə qarşı etiraz əlaməti olaraq onlardan iclasda iştirak etməməyi tələb edib.
Digər tərəfdən, hakim vəkillərin sonuncu iclasda iştirak etməməsi ilə əlaqədar Vəkillər Kollegiyasına şikayət yazıb.
Bugünki mətbuat konfransında vəkil Anar Qasımlı bildirib ki, bu vəziyyətdə Vəkillər Kollegiyadan nə etməli olduqları barədə izahat istəmək niyyətindədirlər. Adətən belə hallarda təqsirləndirilən şəxsin istəyi əsas götürülür.