Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi bəyanat yayıb. Bəyanatda deyilir: "19 dekabr 2012-ci il tarixdə Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi (ADN DTB) dövlət qeydiyyatından keçmək məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edib.
Lakin nazirlik birliyin dövlət qeydiyyatından keçirilməməsi ilə bağlı imtina məktubu göndərib. Bununla əlaqədar olaraq, 30 yanvar 2013-cü il tarixdə ADN DTB-nin təsisçiləri yığıncaq keçirmişlər. Yığıncağda Ədliyyə Nazirliyinin Birliyin dövlət qeydiyyatına alınmaması ilə bağlı yazdığı məktub müzakirə olunaraq qərar qəbul edilib. Əsas qərar birliyin adının dəyişdirilməsi olub.
Birlik bundan sonar Azəri – Talış Milli-Mənəvi Dəyərlər İctimai Birliyi ("Azəri – Talış” İctimai Birliyi) adlandırılacaq.