Yanvarın 9-da "Tolişi Sədo” qəzetinin təsisçisi və baş redaktoru Hilal Məmmədovun məhkəməsi başlayacaq. H.Məmmədov məhkəmə qabağı bəyanatla çıxış edib. "Azadlıq”a göndərilən bəyanatda deyilir:
Məlum olduğu kimi, 21 iyun 2012-ci tarixdə saat 12:00 – 13:00 radələrində yaşadığım binanın qarşısında 6-7 nəfər idmançı görkəmli (sonralar DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşları olduğu bəlli olan) şəxslərin vəhşicəsinə hücumuna məruz qalıb, əllərim qandallanaraq, zorla bir avtomobilə mindirilmiş və digər bir avtomobilin müşaiyəti ilə BNMİ-nə aparılmışam. Orada və sonra evimizdə (18:00-19:00) aparılan qeyri-qanuni axtarışlar zamanı, guya ciblərimdən, ümumlikdə çəkisi təxminən 35 q. olan narkotik (geroin) vasitə aşkarlana
... Читать дальше »
Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi (ADN DTB) Gənclət Təşkilatının 8 yanvar 2013-cü il tarixdə Bakı şəhərində ilk təsis yığıncağı keçirilmişdir.
Yığıncaqda təşkilati məsələlər üzrə qərar qəbul olunmuş və strukturun fəaliyyət proqramı müzakirə edilmişdir.
ADN DTB-nin Gənclər Təşkilatının sədri Birliyin İdarə Heyətinin üzvu Mirfayaz Vahabov seçilmişdir.
ADN DTB-nin Gənclər Təşkilatının fəaliyyət proqramı ilə bağlı bəyanat müzakirə edilmiş və səsvermə nəticəsində qəbul olunmuşdur. Bəyanatın mətnini Azərbaycan Respublikası İctimayətinə çatdırılması üçün mətbuatda dərc olunması məqsədəuyğun hesab olunmuşdur.
Redaksiyamıza daxil olan Bəyanatın mətnini oxucularımızın nəzərinə çatdırırıq.