Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Январь » 8 » Hilal Məmmədov məhkəməqabağı bəyanat verdi
20:18
Hilal Məmmədov məhkəməqabağı bəyanat verdi
Yanvarın 9-da "Tolişi Sədo” qəzetinin təsisçisi və baş redaktoru Hilal Məmmədovun məhkəməsi başlayacaq. H.Məmmədov məhkəmə qabağı bəyanatla çıxış edib. "Azadlıq”a göndərilən bəyanatda deyilir:

Məlum olduğu kimi, 21 iyun 2012-ci tarixdə saat 12:00 – 13:00 radələrində yaşadığım binanın qarşısında 6-7 nəfər idmançı görkəmli (sonralar DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşları olduğu bəlli olan) şəxslərin vəhşicəsinə hücumuna məruz qalıb, əllərim qandallanaraq, zorla bir avtomobilə mindirilmiş və digər bir avtomobilin müşaiyəti ilə BNMİ-nə aparılmışam. Orada və sonra evimizdə (18:00-19:00) aparılan qeyri-qanuni axtarışlar zamanı, guya ciblərimdən, ümumlikdə çəkisi təxminən 35 q. olan narkotik (geroin) vasitə aşkarlanaraq götürülmüş və barəmdə AR CM 234.4.3 maddəsiylə cinayət işinin istintaqına başlanılmışdır. 3 iyul 2012-ci il tarixində isə ünvanıma daha iki ağır maddə - 274 (dövlətə xəyanət) və 283.2.2 (milli-dini ayrıseçkilik salma) ilə ittiham elan edilərək, iş Nizami rayon Pİ-dən AR Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilmişdir.

İstintaqın yenicə başlanmasına baxmayaraq, 4 iyul 2012-ci il tarixində Azərbaycan Respuplikası DİN və Azərbaycan Respuplikası Baş Prokurorluğu birgə bəyanat yayaraq, orada məni artıq cinayəti sübut olunmuş şəxs kimi təqdim edib, əvvəlcədən istintaqın istiqaməti və məzmunu barədə öz mövqelərini ortaya qoymaqla təqsirsizlik prezumpsiyası hüququmu kobud şəkildə pozmuşdur.

Bu barədə Səbail rayon məhkəməsinə, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə DİN və Baş Prokurorluğa qarşı iddia ərizəsiylə müraciət etsək də müvafiq qərarlarla rədd cavabını alıb, Bakı Apellyasiya Məhkəməsinə müraciət etdik. Oradan da müsbət nəticə almayıb, Avropa Məhkəməsinə şikayətimizi hazırlamışıq.

İlkin həbsim zamanı aldığım işgəncə ilə bağlı digər şikayətimə də müvafiq məhkəmələrdə müsbət cavab verilmədiyindən, Avropa Məhkəməsinə müraciət etməli olmuşam.

Barəmdə qaldırılan bu saxta cinayət işi ilə bağlı Baş Prokurorluğun, DİN və MTN-nin 8 nəfər əməkdaşından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb, 6 ay ərzində 8 cilddən ibarət qondarma bir iş qurulub-yekunlaşdırılaraq, nəhayət ki, 20 dekabr 2012-də Bakı Ağır Cinayət İşləri üzrə Məhkəməyə göndərildi. Əgər Əlikram Hümbətov, Səid Dadaşbəyli, Novruzəli Məmmədovla bağlı köhnə "iş”lərin sürətlərini istisna etsək, barəmdə toplana biləcək 2 cildlik material narkotiklə bağlı "əməliyyatlar”, məqalə və çıxışlarım, barəmdəki xoş müraciət və tələblər və əsas olaraq Elman Quliyev adlı, 6 ilə yaxın müddətdə 7 saylı CCM-də cəza çəkən, əvvəllər KQB-MTN sistemində işləyən və sonralar ruhi-xəstə olan bir zavallının "zon”dan barəmdəki "zəhmətkeş şikayət ərizələrindən” ibarətdir.

Əslində, bu qondarma cinayət işi və yuxarıda qeyd olunan – DİN və Respublika Prokurorluğunun birgə bəyanatı bu xəstənin həbsimdən 2 gün öncə hazırladığı şikayət ərizəsi və professor Novruzəli Məmmədova qarşı irəli sürülən bəzi iddiaların əlavəsi əsasında qurulmuşdur. Beləliklə, həbsimlə bağlı DİN və Baş Prokurorluğa verilən "sifariş” 6 ilə yaxın məhkum həyatını yaşayan bir xəstə və "üzdəniraq” kimi tanınan bədbəxtin "əliylə” həyata keçirilmişdir. Ən yüksək hakimiyyət orqanları səviyyəsində mənə qarşı təşkil olunmuş bu qərəzli prosesin bəzi motivlərini bildirməyi vacib sayiram: Rusiyada "BUM” yaradan "Ты кто такой, давай, до свидания” video-rolikimizin youtube saytında yayımlanmasından sonra, Bakıya gələn NTV cəkiliş qrupu ilə 12 iyunda Bakıda, 13 iyunda Astarada, 14 iyunda NTV jurnalistiylə birgə ATV kanalinda çıxışım və 17 iyinda isə NTV-dəki müsahibəmiz hakimiyyətdə kimlərinsə qısqanclıq və qəzəb hisslərinə səbəb olduğundan, DİN və Prokurorluğa həbsim barədə sifariş verilmişdir. 19 iyunda hüquq-mühafizə orqanlarının nümayəndələri (bu barədə məhkəmədə bildiriləcək) 7 saylı CCM-nə gedib həmin xəstəyə DİN-nə (Ramil Usubova) ünvanlanmış ərizə yazdırıb ki, guya, biz 2006-cı ildə bir cayxanada (hərçənd ki, 2008-ci ildə mənlə heç vaxt görüşmədiyini məhkəmədə bildirib), bir neçə nəfərin yanında ona etiraf etmişəm ki, "İran Xüsusi Xidmət Orqanları bizə pul və narkotika verir ki, bunu talış probleminin həllinə sərf etməklə dövlətə zərbə vuraq və i.a.”

Bu ərizə dərhal 7 saylı CCM-min rəisinin müsayiətedici məktubuyla elə həmin gün də təcili olaraq DİN-ə daxil olur, nazir Ramil Usubov dərhal bunu BNMİ-nə göndərir, 21 iyunda BNMİ rəisi dərhal "Hilal” adlı şəxsin tapılıb ifşa edilməsi barədə sərəncam verir, 21 iyunda da həmin Elman Quliyevin 6 il əvvəlki informasiyası "təsdiq”olunur və "Hilal” adlı şəxs "ifşa” olunaraq həbs edilir.

25 iyunda yenə həmin "şəxslər” Elman Quliyevə baş çəkərək, bu dəfə Prokurorluğa onun ("Hilal” adlı şəxsin) İran Xüsusi Xidmət Orqanlarına xidməti barədə daha ətraflı ərizə yazmağı "xahiş” edirlər. 26 iyunda artıq müstəntiq (işimi aparan) ona baş çəkir, geniş ifadə alır, 30 iyunda çəkiliş aparırlar. Elə həmin gün də baş prokuror (DİN naziri kimi) barəmdə ciddi istintaq işinin aparılması məqsədiylə istintaq qrupunun yaradılmasını elan edir və s.

Doğrudur, bu "oyunda” MTN demək olar ki, iştirak etməsə də, vaxtı ilə (2007-də) mənim bir şahid kimi (prof.N.Məmmədovun işiylə bağlı) dindirilmə materiallarını və yuxarıda qeyd edilən S.Dadaşbəyli və N.Məmmədovun işinə aid olan surətlərini prokurorluğa təqdim edir.

Əslində həbsimin elə ilk iki ayında da bu cildlər hazırlanır, Lənkərandan gələn 8-ci cilddə isə bir neçə şahidin dindirilməsi heç bir mahiyyət kəsb etmir...

Beləliklə, bu gün məhkəməyə göndərilən "cinayət” işində əsas şahidlər həmin Elman Quliyev və cibimə narkotika atan polislər və elə özlərinin də "hal şahidləridir”...

Yalnız ilkin həbsim zamanı, "ictimai-siyasi fəaliyyətimizlə bağlı olaraq cibimə narkotika atılmışdır” kimi və işgəncə ilə bağlı ifadələrimdən başqa, sonralar istintaqa ifadə verməkdən qətiyyətlə imtina etdim. 23 noyabr 2012-ci ildə son dindirilmə protokolunda rəsmən aşağıdakı qeydləri etmişəm: "İttiham AR dövlətçilik əleyhinə olan şəxslər tərəfindən, tam yalan, cəfəng iddialarla tərtib edildiyindən, bu kimi xalq və dövlət düşmənlərinə hər hansı formada ifadə verməkdən imtina edirəm. Başqa əlavəm yoxdur! İmza.”

Beləliklə, bir daha bəyan edirəm ki, DİN və Respublika Prokurorluğu onlara himəyadarlıq edən mənbənin sifarişini yerinə yetirməklə yeni cinayətlərə birgə qol qoymuşlar.

Əgər bu mənbə Bakı Ağır Cinayətlər Məhkəməsinə də təsir edəcəksə, demək, məhkəmə prosesi tam ya qismən qapalı keçililəcək və bununla da hüquq-mühafizə orqanlarının yuxarıda qeyd olunan və digər "analoqsuz” cinayətlərinin ört-basdır edilməsinə cəhd ediləcək, nəticədə isə, mənim uzunmüddətli azadlıqdan məhrum edilməyim barədə son cinayətkar qərar veriləcəkdir. Lakin, hüquq-mühafizə orqanlarından bütün bu kimi azğın özbaşınalıqlarına baxmayaraq, mən qətiyyən geri çəkilmək niyyətində deyiləm: belə ki, ölkəmizi bürümüş bu kimi amansız cinayətkarlığa qarşı mübarizəmi – Haqq və Ədalətin bərpası naminə bir vətəndaşlıq və vicdani borcum hesab edirəm. Əmin olmaq istərdim ki, istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə bütün digər haqqsevər qardaş və bacılarımız da bu missiyamda mənə bir daha böyük mənəvi dəstək olacaqlar...

Azadlıq Qəzeti

Категория: İnsan hüquqları | Просмотров: 1655 | Добавил: admin | Рейтинг: 3.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus