Azərbaycanın dövlətçilik tarixi qısadır. 1918-1920-ci illərdə iki il və 1991-ci ildən bəri 21 il. Dövlətçiliyin üst-üstə 23 illik tarixi vardır. Bu 23 illik müddətdə Azərbaycan yalnız və yalnız 2 il (1918-1920) demokratik şəraitdə yaşamışdır. 21 illik yeni müstəqillik dövründə demokratiya sözü hər fürsətdə və hər hakimiyyət tərəfindən hallandırılsa da, Azərbaycan xalqına heç bir hakimiyyət demokratiya bəxş etməmişdir. Keçən 21 ilin 2 ili kənardan və daxildən məkrli təxribatlar nəticəsində xaos və hərcmərclik şəraitində keçmişdir. Qalan 19 ili isə Azərbaycanda dövlətçiliyin inkişafına yox, güclü dövlət quruluşuna yox, avtoritar ailə hakimiyyətinin yaradılmasına və gücləndirilməsinə, habelə ölkənin bütün yeraltı və yerüstü sərvətlərinin mənimsən
... Читать дальше »
Avropalı diplomatlar «gizli nömrə» vasitəsilə Prezident Administrasiyasının işçilərini ifşa etdi
Ryan Heath: «Bu, gizlətməyə heç nəyi olmadığını iddia edən hökumətin məyusedici davranışıdır»
"Əli Həsənovun dedikləri doğru deyil və bu məsələ həbsxanada yatan insanlar üçün ”kiçik məsələ" hesab olunmamalıdır". Bunu Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroesin sözçüsü Ryan Heath "BBC Azərbaycanca”ya açıqlamasında deyib.
Internet Idarəçiliyi Forumunda iştirak etmək üçün Bakıya səfəri çərçivəsində xanım Kroes cəzaçəkmə müəssisələrinə baş çəkərək, siyasi məhbuslarla da görüşmək istəmişdi. Lakin onu cəzaçəkmə müəssisəsinə buraxmamışdılar. Bu olaydan sonr
... Читать дальше »