Məlum olduğu kimi, Allah yolunda QURBAN-ın əsas mahiyyətini – insanların Allah qarşısındaki əhdinə nə dərəcədə sadiqliyini və nə dərəcədə İMAN gətirdiyini (Allaha yaxınlığını) İbrahim xəlilullahın (ə.s.) oğlu İsmayılı (ə.s.) Onun yolunda Qurban kəsməyə necə hazır olması səhnəsində görürük. Burada maraqlı bir məqam da – o məsum övladın özünün də bu Qurbanlığa cismən və mənəvi necə hazırlığı idi: belə ki, onun başını kəsmək istərkən, atasının bir anlıq tərəddüdünü müşahidə edib, ondan Allah qarşısındaki Əhdinə sadiq qalması rica etməsiydi. Əlbəttə ki, o mübarək ata və o məsum oğlunun bu qədər yüksək İMAN dərəcələrinə qalxmaları mükafatsız qala bilməzdi: Allah İsmayılı mübarək bir qoçla əvəz etdi...
Oktyabrın 26-da islam dünyasında Qurban bayramı qeyd olunur. Bayram Məkkəyə Həcc ziyarətinin başa çatması ilə üst-üstə düşür.
Qurani-Kərimə görə, məlaikə Cəbrayıl yuxuda İbrahim Peyğəmbərin yanına gələrək Allahın onun yeganə oğlu İsmayılı qurban verməsini istədiyini bildirir.
İbrahim hazırda Məkkənin yerləşdiyi Mina vadisinə yols düşür. Bunu bilən oğlu müqavimət göstərmir, çünki atasına və Allaha itaət edirdi. Lakin bu, bir sınaq idi. Allah İbrahimi mükafatlandırır və ona qurban kimi heyvan kəsməyə izn verir. ... Читать дальше »