Oktyabrın 26-da islam dünyasında Qurban bayramı qeyd olunur. Bayram Məkkəyə Həcc ziyarətinin başa çatması ilə üst-üstə düşür.
Qurani-Kərimə görə, məlaikə Cəbrayıl yuxuda İbrahim Peyğəmbərin yanına gələrək Allahın onun yeganə oğlu İsmayılı qurban verməsini istədiyini bildirir.
İbrahim hazırda Məkkənin yerləşdiyi Mina vadisinə yols düşür. Bunu bilən oğlu müqavimət göstərmir, çünki atasına və Allaha itaət edirdi. Lakin bu, bir sınaq idi. Allah İbrahimi mükafatlandırır və ona qurban kimi heyvan kəsməyə izn verir.
Bayram günü müsəlmanlar məscidlərə gedir, yaxınlarının, doğmalarının məzarını ziyarət edir, qurbanlıq hervan kəsirlər. Qurban əti yoxsullara və ehtiyacı olanlara paylanılır.
Oktyabrın 26-da Azərbaycanın məscidlərində bayram ibadətləri keçiriləcək. Ən çox qurbanın kəsildiyi yerlərdən biri Şüvəlan qəsəbəsində Mirmövsüm ağanın ziyarətgahıdır. Orada kəsilən heyvanın əti qocalar evlərinə, internat və uşaq evlərinə paylanılır.