Azərbaycan Respublikası ilə İsrail rejimi arasındakı silah anlaşması ilə bağlı xəbərlər haqda izahat verməsi üçün İranın Xarici İşlər Nazirliyinə dəvət olunan Azərbaycan Respublikasının Tehrandakı səfiri (səfir son bir ayda 2-ci dəfədir ki, XİN-ə dəvət olunur) deyib: Bu təchizatlar Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması üçün alınıb.
Fars İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan Respublikası tərəfindən sionist rejimdən 1,5 milyard dollar dəyərində hərbi təchizatın satın alınması barəsində xəbərlərin yayımlanmasının ardınca, ötən gün çərşənbə axşamı 28 fevralda bu ölkənin Tehrandakı səfiri Cavanşir Axundov İranın xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini Seyid Abbas İraqçı tərəfindən Xarici İşlər Naz
... Читать дальше »
Bakı Apellyasiya Məhkəməsi Fevralın 29-da Ali Məhkəmədə Azərbaycan İslam Partiyasının sədri Dr.Möhsün Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiya sədrinin müavini Hacı Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə, ruhanilər Fəramiz Abbasov və Zülfüqar Mikayılzadənin kassasiya şıkayətlərinə "yox” deyib.
Vəkil Anar Qasımlı deyib: "Bakı Apellyasiya Məhkəməsində hazırlıq iclası keçirilərkən işə məhkəmə istintaqı qaydasında baxılmasını istəmişdik. Bu istəyimizə "yox” deyildiyindən Ali Məhkəməyə şikayət vermişdik. Şikayət təmin olunmadı”.
2011-ci il oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun 12 il, partiyanın Astara rayon təşkila
... Читать дальше »
Vicdan məhbusu Elşən Həsənovun azadlığa çıxmasından sonra Sülh və Demokratiya İnstitutunun siyasi məhbuslar siyahısındakı adların sayı 59 nəfərə düşüb. Belə təsəvvür yarana bilər ki, qanunsuz həbs olunmuşların azadlığa buraxılması kimi müsbət tendensiya var. Amma praktik olaraq hər gün yeni həbslər olur. Hazırda 4 jurnalist- Əvəz Zeynallı, Aydin Caniyev, Ramin Bayramov, Anar Bayramlı və 2 hüquq müdafiəçisi Taleh Xasməmmədov və Zeynal Bağırzadə istintaq altındadır. Jurnalistlər də, hüquq müdafiəçiləri də saxta ittihamlarla həbs olunub. Hakimlərin bu şəxslər haqqında seçdiyi həbs qəti-imkan tədbir
... Читать дальше »
Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı bu gün Bakıda vətəndaşların mülkiyyət hüququnun kütləvi şəkildə pozulması faktları haqqında hesabat yayıb.
"Azərbaycan hökuməti abadlıq işləri həyata keçirmək və infrastrukturu inkişaf etdirmək hüququna malikdir. Bu tədbirlər ölkə qanunları və beynəlxalq normalar əsasında həyata keçirilməlidir. Lakin son illər Bakıda vətəndaşların əmlakı qanunsuz olaraq əllərindən alınır. Bu zaman vətəndaşların bir sıra hüquqları, cümlədən mülkiyyət hüququ, mənzil hüququ, şəxsi toxunulmazlıq hüququ, ailə həyatına hörmət hüququ pozulur”, deyə Human Rights Watch-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə mütəxəssisi Ceyn Byukenen bildirib.
O, "Hər şeyimi əlimdən aldılar: Bakıda məcburi köçürmələr, vətəndaşla
... Читать дальше »