Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) oktyabrın 19-da Azərbaycan-İran sərhədinin Biləsuvar rayonu ərazisində baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.
AR DSX-nin mətbuat mərkəzindən verilən məlumatda bildirilir ki, oktyabrın 19-u, saat 14.00 radələrində Biləsuvar rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin pozulması müşahidə edilib.
Bunun qarşısının alınması məqsədi ilə əraziyə əlavə sərhəd naryadlar çıxarılıb və axtarış təşkil olunub. Nəticədə dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, xəbərdarlıq və qanuni tələblərə tabe olmaqdan imtina edərək
... Читать дальше »
Dünən Nərimanov rayon məhkəməsinin məhkəmə icraçıları Xural qəzetinin əmlakını siyahıya alıb və iş günü başa çatdıqdan sonra saat 19-da qəzetin əmlakını müsadirə edərək aparıblar.
Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı Turana bildirib ki, məhkəmə icraçıları redaksiyada olan 9 dəst kompüteri, skanerləri, printerləri, telefon aparatlarını, diktofonları, hətta flaş kartları belə müsadirə ediblər. "Məhkəmə icraçılarının hərəkətləri qanunsuzdur. Biz məhkəməyə müraciət edəcəyik. Çünki apardıqları avadanlıqların heç biri redaksiyanın mülkiyyəti deyil”, - deyə o qeyd edib.
Baş redaktor təzyiqlərə baxmayaraq, qəzetin çapının dayandırılmayacağını bildirib. "Biz müsadirədən sonra oxucuların, dostlarımızın notbuklarının köməyi ilə qəzetin çapını həyata keç
... Читать дальше »
Oktyabrın 18-də Bakıda olan ABŞ Dövlət katibinin birinci müavini Uilyam Börns (William Burns) vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb.
Görüşdə həbsdə olan fəallar, toplaşma və ifadə azadlığı hüququnun məhdudlaşdırılması, korrupsiya məsələləri müzakirə olunub.
BÖRNS LEYLA YUNUSUN OFİSİNDƏN XƏBƏRDAR İMİŞ
Həmin görüşdə iştirak etmiş Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus AzadlıqRadiosuna deyir ki, U. Börns onun ofisinin dağıdılması ilə bağlı məsələni də prezidentə çatdırıb:
«Cənab Börns dedi ki, o, vəziyyətdən xəbərdardır. Hətta mənə üz tutaraq dedi ki, bilirik ki, sizin ofisinizi qanunsuz dağıdıblar və biz bunu prezidentinə dedik, narahatlığımızı bildirdik. Mən də dedim, yəqin siz bilirsiniz ki, bu əmr ən y
... Читать дальше »