Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Октябрь » 20 » Hüquq müdafiəçiləri Uilyam Börnslə nədən danışıblar?
12:35
Hüquq müdafiəçiləri Uilyam Börnslə nədən danışıblar?
Oktyabrın 18-də Bakıda olan ABŞ Dövlət katibinin birinci müavini Uilyam Börns (William Burns) vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb.

Görüşdə həbsdə olan fəallar, toplaşma və ifadə azadlığı hüququnun məhdudlaşdırılması, korrupsiya məsələləri müzakirə olunub.

BÖRNS LEYLA YUNUSUN OFİSİNDƏN XƏBƏRDAR İMİŞ

Həmin görüşdə iştirak etmiş Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus AzadlıqRadiosuna deyir ki, U. Börns onun ofisinin dağıdılması ilə bağlı məsələni də prezidentə çatdırıb:

«Cənab Börns dedi ki, o, vəziyyətdən xəbərdardır. Hətta mənə üz tutaraq dedi ki, bilirik ki, sizin ofisinizi qanunsuz dağıdıblar və biz bunu prezidentinə dedik, narahatlığımızı bildirdik. Mən də dedim, yəqin siz bilirsiniz ki, bu əmr ən yuxarıdan verilib. Bu da avqustun 10-da «New York Times» qəzetinə verdiyim müsahibəylə bağlıdır. Orda demişəm ki, Azərbaycanda vətəndaşların evlərindən qovulması ilə bağlı böyük bir korrupsiya mexanizmi var».

Leyla Yunus deyir ki, U. Börnslə 2010-cu ildə görüşdüklərini, həmin vaxt iki bloqqerin həbsdə olduğunu da xatırlayıblar:

HƏBSDƏ OLANLARIN MƏSƏLƏSİ DƏ QALDIRILIB

«Dedim ki, ancaq mən heç şad deyiləm ki, 2 nəfər çıxdı, 20 nəfər isə həbs edildi. Bu da onu göstərir ki, Azərbaycan iqtidarı, prezident ancaq bir üsul görür – zorakılıq, zorakılıq, bir də zorakılıq.

​​Onu da dedim ki, Azərbaycandakı bugünkü vəziyyət onu göstərir ki, bizdə nəinki avtoritar polis rejimi, bizdə kriminal korrupsiya rejimi var. Vətəndaşlar söz azadlığı, toplaşma azadlığı tələb edəndə, məhkəmələr onları həbsə göndərir».

Leyla Yunus ABŞ Dövlət katibinin birinci müavini ilə görüşdə gənc fəallar Bəxtiyar Hacıyevin, Cabbar Savalanın, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin, 2 aprel aksiyaçılarının, islamçıların həbsinin də müzakirə olunduğunu bildirib:

«Dedim ki, Mövsüm Səmədov söz azadlığına görə tutulub, İlham Əliyev haqqında fikrini bildirdiyi üçün 12 il cəza alıb. ​Arif Hacılı və 2 aprelə görə tutulan başqaları toplaşma azadlığı, demokratiya uğrunda mübarizə apardığı üçün qanunsuz həbsə atılıblar».

«DİALOQ ÇOX AÇIQ GEDİR»

«Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov isə AzadlıqRadiosuna bildirib ki, U. Börnslə görüş planlaşdırıldığından uzun çəkib:

«Əvvəllər Azərbaycan cəmiyyətində belə bir fikir formalaşmışdı ki, ola bilsin Avropadan, Amerikadan gələn diplomatlar Azərbaycan hakimiyyəti ilə aparılan danışıqlarda insan haqları, demokratiya məsələlərinə o qədər də diqqət yetirmirlər. Ancaq «Wikileaks» saytında yayılmış teleqramlardan bəlli oldu ki, bu, belə deyil. Bu dialoq çox açıq gedir. Baş verən proseslər də, hadisələr də bizim xarici partnyorlarımızın, Azərbaycanla münasibətdə maraqlı olan ölkələrin və təşkilatların həmişə diqqət mərkəzində olur. Bütün məsələlər konkret faktlarla müzakirə olunur. Konkret insanlarla bağlı problemlər də ​​müzakirə olunur».

MƏMURLARA SANKSİYA TƏKLİFİ

Eldar Namazov deyir ki, belə bir dialoq davam etdirilsə, bu, həm Azərbaycan - ABŞ münasibətlərinə, həm də Azərbaycanda demokratiyanın inkişafına böyük dəstək olar.

Müsahiblərim həmin görüşdə insan hüquq və azadlıqlarını kobud şəkildə pozan dövlət məmurlarına qarşı sanksiyanın tətbiq olunması ilə bağlı təklif səsləndirdiklərini deyirlər.

Oktyabrın 18-də Bakıda səfərdə olan ABŞ Dövlət katibinin birinci müavini U. Börns jurnalistlərə deyib ki, prezident Əliyevlə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi yolları barəsində fikir mübadiləsi aparıb. O, həmçinin əlavə edib ki, Azərbaycanda demokratiya, söz azadlığı, müxalifət fəallarının həbsə atılması ilə bağlı məsələlərdə ABŞ öz narahatlığını ifadə etməkdə davam edir.


AzadlıqRadiosu

Категория: Azərbaycan | Просмотров: 1475 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus