Yaxud, hər abonentdən on manatdan yığılan pullar doğrudanmı Əli Abbasovun cibinə gedir?
Əsəblərimə hakim ola bilmədim. Əziz həmvətənlər, istəkli oxucular! Guman edirəm ki, bu yazıda işlətdiyim bəzi senzurasız ifadələrə görə məni bağışlayarsınız. Bildiyiniz kimi, mən tənqidçi olsam da heç vaxt yazılarımda, çəkdiyim karikaturalarda, tənqid hədəfinə tutduğum şəxsin şərəf və ləyaqətinə toxunmamışam. Çalışıram ki, Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri haqqında qanunun maddələrini rəhbər tutaraq qanun pozuntuluğuna yol verməyim. Düşünürəm ki, tənqid hədəfinə tutduğum şəxs, hər şeydən öncə insandır. Digər tərəfdən isə Allah da yaratdığı insanı sevir. Bəzi insanlar isə etdikləri naqis hərəkətlərinə görə heç olmasa vicdanı qarş
... Читать дальше »
"Guya xalq tərəfindən seçilmiş prezident, xalqa söykənən bir rejim, amma...”
"Bir qisim ərəb ölkələrində despotik rejimlər necə parıltı içində yaşayırsa, o da eyni cür yaşayır”
Türkiyənin tanınmış yazarlarından biri Cahit Kılıç bu ölkənin "haberx.com” xəbər portalında Fransa prezidenti Nikola Sarkozinin Cənubi Qafqaza səfəri kontekstində Azərbaycan rəhbərliyini sərt şəkildə tənqid edib.
Sarkozinin İrəvanda uydurma "erməni soyqırımı”nı Türkiyənin tanımalı olduğu haqda bəyanat verdiyini xatırladaraq, əslində Ankaranın belə "ağcaqanad vızıltılarına” öyrəncəli olduğunu yazan müəllif, bu mənada diqqəti Fransa prezidentinin Bakıdakı görüşünə yönəldir.
"Məni maraqlandıran İrəvandan sonra Bakıya keçən Sarkoziyə İlham Əliyevin nə de
... Читать дальше »
Azərbaycan hökuməti İranın Ərdəbil ostanı ilə sərhəddə keçid məntəqəsi açmaq istəyərsə, İran hökuməti buna hazırdır.
Bunu İranın Ərdəbil ostandarı Hüseyn Sabiri deyib.
Bu barədə «Trend» İranın IRNA xəbər agentliyinə istinadən məlumat verir.
H.Sabiri bildirib ki, o, yeni məntəqənin açılması üçün danışıqlar aparmaq məqsədi ilə İranın Azərbaycandakı səfiri ilə məktublaşıb.
Onun fikrincə, İran və Azərbaycan arasında yeni sərhəd keçid məntəqəsi hər iki ölkənin sərhədyanı zonalarında yaşayan əhalinin rifahını təmin olunmasına və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına kömək edə bilər.
H.Sabiri qeyd edib ki, İran Biləsuvar sərhəd keçid məntəqəsində yanacağı Azərbaycandan təhvil alıb Culfa sərhəd keçid məntəqəsində Naxçıva
... Читать дальше »