Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bəyanat yayaraq, martın 7-də iki əməkdaşının saxlanılmasını mətbuat azadlığına təzyiq kimi qiymətləndirib.
RATİ-nin bəyanatında deyilir ki, təşkilatın əməkdaşları faktiki olaraq oğurlanıblar ki, bu da cinayətdir. Belə ki, martın 7-də fotoreportyor Mehman Hüseynov və sürücü Əbülfət Namazov təşkilatın xidməti avtomobilindən düşürərək, qollarını burub və zorla müxtəlif maşınlara oturdaraq DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər və rəisin kabinetində sorğu-sual ediblər.
Hüseynovu Facebook saytındakı yazıları və Youtube-da yerləşdirdiyi videoroliklərlə bağlı sorğu-sual ediblər. Onun gənclər tərəfindən martın 11-də keçirilməsi planlaşdırılan etiraz aksiyalarında
... Читать дальше »
Azərbaycanda Xalq Hərəkatına dəstək və əsas insan hüquq və azadlıqların müdafiəsi məqsədilə Qərbi Avropada fəaliyyət göstərən Azərbaycanda Demokratiya uğrunda Komitə (CODA) və Demokratik Azərbaycan Cəbhəsi (DAC) təşkilatları mart ayının 10-da saat 12-də Haaqa şəhərində Azərbaycan Resbublikası səfirliyi binasının önündə aksiya keçirməyi planlaşdırıb.
Aksiyada aşağıdakı şuarlar səsləndiriləcək:
1. Azərbaycanda sərbəst toplaşmaq azadlığına təminat verilsin; 2. İlham Əliyev, Bakı küçələrində dinc aksiya iştirakçılarına qarşı zor tətbiq etməkdən çəkin; 3. Gənc siyasi fəallar dərhal azadlığa buraxılsın.
Aksiyada son dövrdə siyasi represiyaya məruz qalmış gənc fəallar: Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, Dəyanət Baba
... Читать дальше »