Главная » 2011»Март»9 » Haaqada Azərbaycan səfirliyi qarşısında aksiya keçiriləcək
19:30
Haaqada Azərbaycan səfirliyi qarşısında aksiya keçiriləcək
Azərbaycanda Xalq Hərəkatına dəstək və əsas insan hüquq və azadlıqların müdafiəsi məqsədilə Qərbi Avropada fəaliyyət göstərən Azərbaycanda Demokratiya uğrunda Komitə (CODA) və Demokratik Azərbaycan Cəbhəsi (DAC) təşkilatları mart ayının 10-da saat 12-də Haaqa şəhərində Azərbaycan Resbublikası səfirliyi binasının önündə aksiya keçirməyi planlaşdırıb.
Aksiyada aşağıdakı şuarlar səsləndiriləcək:
1. Azərbaycanda sərbəst toplaşmaq azadlığına təminat verilsin; 2. İlham Əliyev, Bakı küçələrində dinc aksiya iştirakçılarına qarşı zor tətbiq etməkdən çəkin; 3. Gənc siyasi fəallar dərhal azadlığa buraxılsın.
Aksiyada son dövrdə siyasi represiyaya məruz qalmış gənc fəallar: Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, Dəyanət Babayev, Səxavət Soltanlının, habelə ilahiyyatçı alim Hacı Zülfüqar Mikayılzadənin və jurnalist Eynulla Fətullayevin portretləri qaldırılacaq.
Aksiyaya Azərbaycandan olan siyasi mühacirlər və tələbələr dəvətlidir. Aksiyaya Nederland ictimaiyyətinin nümayəndələrinin də qoşulması gözlənilir.