Azərbaycan mənimdir! Daha doğrusu həm də mənimdi. Mən bir vətəndaşam! HƏM DƏ TALIŞAM! Bu nəyisə dəyişirmi?
Mən Azərbaycan istiqlalı uğrunda mübarizə aparmışam, on minlərlə talış qardaşlarımla birgə! Müstəqil, heç kimdən asılı olmayan bir Azərbaycan uğrunda! Və Allaha çox şükür ki, ona nail olmuşam. Bu gün hansısa Yaqub Mahmudov məni görmür. Daha doğrusu özünü görməməzliyə vurur. Qoy olsun! Bu nəisə dəyişirmi?
MƏN Kİ, VARAM! Və... nə qədər AZƏRBAYCAN var həmişə olacağam. Yaqub Mahmudovlar gəld- gedərdi. Tarix isə əbədidir. ÇÜNKİ TARİXİ YAQUBLAR yazmır. Yaqubkimilərin yazdıqları cildlərlə tarix kitabları sonda... hardadır?
Tarixi xalqlar yazır. Bu şərəfli xalqların içində digər xalqlarla yanaşı Talışlar da var. Öz qanları ilə, igidləri ilə, ağılları ilə Azərbaycan adlı böyük bir tarix yazdılar. Heç kimin poza bilmədikləri bir tarixi. Kim görmək istəmirsə, qoy görməsin! Məni ki, VARAM! Azərbaycanla yanaşı, Azərbaycan içində həmişə olacağam!
Öz tariximlə, öz igidlərimlə, öz imzamla, öz türk, ləzgi, avar və digər qardaşlarımla!! Görmək istəməyən qoy görməsin. Bu nəyisə dəyişəcəkmi?
ƏSLA YOX!!! MƏN VARAM!!!
İltifat RƏHİMZADƏ