Azərbaycan mənimdir! Daha doğrusu həm də mənimdi. Mən bir vətəndaşam! HƏM DƏ TALIŞAM! Bu nəyisə dəyişirmi?
Mən Azərbaycan istiqlalı uğrunda mübarizə aparmışam, on minlərlə talış qardaşlarımla birgə! Müstəqil, heç kimdən asılı olmayan bir Azərbaycan uğrunda! Və Allaha çox şükür ki, ona nail olmuşam. Bu gün hansısa Yaqub Mahmudov məni görmür. Daha doğrusu özünü görməməzliyə vurur. Qoy olsun! Bu nəisə dəyişirmi?