Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Сентябрь » 25 » Əvəz Zeynallıya məktub
16:08
Əvəz Zeynallıya məktub
Əziz Əvəz bəy! Məskunlaşdığımız Bakı İstintaq Təcridxanasının qonşu korpusundan səni salamlayıram!

Bu günlərdə təcridxanaya gələn ATƏT nümayəndələri ilə görüş zamanı zahirində açıq-aşkar nəzərə çarpan xəstə halını görüb xeyli narahat oldum. Axı hər təsadüfi görüşlərimizdə səni həmişə ruhən və cismən gümrah görmüşdüm. "Biz lap yaxın vaxtlarda haqqın qələbəsinə nail olacağıq” kimi mesajların mübarizə əzmimizi daha da möhkəmləndirirdi...

Əziz qardaşım! İnan ki, öz dərdi-sərimi və mənə yüklədikləri, biri-birini təkzib edən o 3 ağır qondarma ittihamı belə unudub bu pərişan halına acıyır və sənə Allahdan tezliklə şəfa diləyirəm... Bilirəm ki, bu cismani xəstəliyində, üzləşdiyin saysız-hesabsız haqsızlıqların mənəvi sarsıntıları da az rol oynamır... Doğrudan da bu gün biz digər vicdan məhbusları və siyasi dustaqlarla birgə çox çətin sınaq imtahanı qarşısındayıq: ölkədə baş alıb gedən haqsızlıqlar, istintaq və məhkəmə proseslərinin sifarişli qərarları; seçkili orqanların, o cümlədən Milli Məclisin sifarişçilərin barmaqları (pultu) ilə seçilməsi və idarə olunması; insanların böyük bir qisminin bu haqsızlıqlara boyun əyməsi; azlıqda qalan digər fədai qisminin isə hədsiz təqib və təzyiqlər şəraitində fəaliyyət göstərməsi; azad mətbuatın (o cümlədən sizin rəhbərlik etdiyin "Xural”ın) boğulması; ailələrimizin, qohum-əqrəbamızın və müdafiəçilərimizin bizə görə min bir əzab-əziyyətə qatlaşması bizi narahat etməyə bilməz! Amma özümüzü ələ almağa cəhd etməli və Xaliqin bu sınaq imtahanından da şərəf və ləyaqətlə çıxmağa borcluyuq.

Əziz qardaşım! Sənə nəql edəcəklərimdən sonra özün qərara gələrsən: xəstələnməyə haqqımız varmı?!

Bir neçə gün öncə növbəti məhkəmə prosesinə gedərkən boksda – çarpayıda uzanmış Fərid Əliyev adlı bir əlillə rastlaşdım. "Sançast”da yatır. Onu "55”ə (Zığdaki narkoloji dispanserə analizə) göndərdilər. İki çəliklə belə hərəkət edə bilmirdi – yalnız xüsusi çarpayıda daşına bilərdi. Amma məhbuslar onu əllərində Penitensiar Xidmətin maşınına apardılar. Yəni bu vəziyyətdə onun "55”ə zorla aparmaq vacib idimi?!

Fəridlə iki-üç dəqiqəlik ünsiyyət zamanı öyrəndim ki, Qarabağ əlilidir, döyüşdə hər iki ayağı şikəst olub, kontuziya alıb və hələ də bədənində bir neçə güllə qalığı durur, ona hədsiz əziyyət verir. Əfsus ki, adı yadımda qalmadı, onda müəyyən sümük xəstəliyi də varmış – hər hansı kiçik bir zədədən sonra həmin yer də sağalmaz vəziyyətə düşürmüş... Azadlıqda 40-50 manat pensiya aldığını, amma müalicəsinə ayda 200-300 manatlıq dərman sərf etdiyini (qohumlarının dəstəyi ilə) bildirdi. Heç bir xəstəxanada pulsuz müalicə edilmədiyini görən Fərid bu ağrılarını azalmaq naminə cüzi miqdarda narkotikdən istifadə etməyi qərara alır və qısa müddət ərzində də 234.1-ci maddə ilə təqsirli bilinərək həbs edilir...

Əvəz bəy, Şüvəlandan Kürdəxanıya köçdüyüm gün də boksda belə bir əlillə rastlaşmışdım: o, mənimlə yaşıd olardı, Əfqanıstanda xidmət etmiş, sonra isə könüllü olaraq Qarabağ müharibəsinə getmiş, orada bir ayağını itirmiş və kontuziya almışdı... O da Fərid kimi ağrılarını azaltmaqdan ötrü cüzi miqdarda narkotik istifadəsinə qərar vermiş və 234.1-lə gəlmişdi zindana... Əfsus ki, adı yadımda qalmayıb, amma Masallının Mahmudavar kəndindən idi. Fərid kimi o da eyni dərddə idi – cüzi pensiya aldığını, pulunun isə dərmanlara belə çatmadığını bildirdi...

Əziz qardaşım, demə, bu 234 bizim zindanların "bəzəyi” imiş, bəlkə də hər kamerada ən azı bir-iki nəfər bu maddə ilə həbs edilib. Hətta "ümummilli maddə” statusunu alıb... Azadlıqda ikən mən narkotikin yaxın gələcəkdə millətimizi, xüsusən gənclərimizi necə məhv edəcəyini yazmış, bu barədə təcili dövlət proqramının hazırlanması, narkobiznesin arxasında duranların ifşa edilməsi tələbi ilə çıxış etmişdim. Güman edirəm ki, 21 iyun 2012-də ciblərimə küllü miqdarda narkotik atılıb, 234.4.3-lə "mükafatlanmağım” təsadüfi olmayıb, bu cinayətin arxasında duranların məndən bir qisası idi...

Əvəz bəy, bu yaxınlarda vəkilxanaya gələrkən yolda bir yaraşıqlı gənc qızla (17-18 yaşlı) rastlaşdım. Nəzarətçimdən onun nə üçün tutulduğunu soruşanda "nə olar ki, 234.1-dir də...” eşidəndə dəhşətə gəldim... Mənim "hardandır” sualıma "Sənin yerlindir, Astaradan...” eşidəndə lap ayaqlarım qurudu... O qızın, hətta yaxın bir kənddən olduğunu bilib az qala hönkürəcəkdim ki, özümü zorla saxladım... Sən demə, hələ neçə digər xanım və qızlarımız da varmış burada...

Ölkədə dəhşətli yanğındır Əvəz bəy, dəhşətli yanğın: ölkə, millət əldən gedir... Sağal dostum, sağal... Bizim xəstələnməyə mənəvi haqqımız yoxdur...


mediaforum.az

Категория: Azərbaycan | Просмотров: 1658 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus