Əziz Əvəz bəy! Məskunlaşdığımız Bakı İstintaq Təcridxanasının qonşu korpusundan səni salamlayıram!
Bu günlərdə təcridxanaya gələn ATƏT nümayəndələri ilə görüş zamanı zahirində açıq-aşkar nəzərə çarpan xəstə halını görüb xeyli narahat oldum. Axı hər təsadüfi görüşlərimizdə səni həmişə ruhən və cismən gümrah görmüşdüm. "Biz lap yaxın vaxtlarda haqqın qələbəsinə nail olacağıq” kimi mesajların mübarizə əzmimizi daha da möhkəmləndirirdi...
Əziz qardaşım! İnan ki, öz dərdi-sərimi və mənə yüklədikləri, biri-birini təkzib edən o 3 ağır qondarma ittihamı belə unudub bu pərişan halına acıyır və sənə Allahdan tezliklə şəfa diləyirəm... Bilirəm ki, bu cismani xəstəliyində, üzləşdiyin saysız-hesabsız haqsızlıqların mənəvi sarsıntıları da
... Читать дальше »
Bu gün səhər saatlarında Masallı rayon Mahmudavar kəndi üzrə sahə müvəkkili Allhverdi Bayramiyə yaxınlaşaraq, ondan Lənkəran rayon prokurorunun muavini Taleh Osmanova gedib dəyməsini tələb edib. Bu zaman sahə müvəkkili tərəfindən Allahverdi Bayramiyə heç bir çağırış vərəqəsi təqdim edilməyib.
Allahverdi Bayrami (Bayramov Allahverdi Ağarza oğlu) Respublika Talış Mədəniyyət Mərkəszinin İdarə Heyətinin üzvüdür. Yaradıçı adamdır. Ömrünün ağsaqqal çağlarını yaşayır, təqaüddədir və şəkər xəstəsidir. O, hüquq müdafəçisi və şərlənərək həbs edilən Hilal Məmmədovun baş redaktoru olduğu "Tolışi Sədo" qəzetində mütəmadi olaraq yazıları ilə şıxış etmişdir.
Məlumdur ki, Hilal Məmmədovun işi ilə bağlı istintaq orqanları saxta sübutlar
... Читать дальше »