"Tolışon Sədo” qəzetinin növbəti, 07 iyul tarixli 24 (36)-cı sayı işıq üzü görüb. Qəzetdəki bəzi məqalələrin qısa xülasəsini veririk.
Belə ki, qəzetin üz səhifəsində görkəmli talış ziyalısı, "Tolışi Sədo” qəzetinin mərhum baş redaktoru Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədovanın "Qorxu xəstəlikdirsə” yazısı və Rusiya muftilər şurasının sədrinin QMİ-nin sədrinə müraciəti, 2-ci səhifədə Talış xanlığının tarixini əxz edən "Əxbərnamə” əsərindən növbəti bir hissə, 3-cü səhifədə baş redaktor R.Cəlilovun "Yalan ayaq tutar” adlı araşdırma-müəllif yazısı, 4-cü səhifədə Bağır Coşğunun Mirkazım Aslanlının xatirəsinə həsr etdiyi yazısının birinci hissəsi, 5-ci səhifədə İradə Məlikovanın tərcümə etdiyi "Ofəyəmon” kitabından növbəti bir hissə və Allahverdi Bayraminin və Xanəli Tolışın yeni şerləri,6-cı səhifədə Mətləb Dadaşovun "Talış.org” saytında verilmiş "Borclu borclunun sağlığını istər” yazısı, 7-ci səhifədə Hilal Məmmədovun həbsini pisləyən və "Azadlıq” qəzetində dərc edilmiş köşə yazıları, 8-ci səhifədə "Turan” İA-nin rəhbəri Mehman Əliyevin Hilal Məmmədovun həbsini pisləyən müsahibəsi, Moskva şəhərində keçirilmiş etiraz aksiyasından qısa xəbər və şair Musa Rzayevin yeni şerləri dərc edilmişdir.
Qəzetin PDF formatını komputerinizə yukləmədən saytımızın sağ (3-ci) sutununda verilen "Tolışon Sədo" bölümündə və yaxud da kompüterinizə buradan yükləməklə oxuya bilərsiniz.