Bir gün bir qalayçı gəlir bir kəndə ki, mis qabları qalaylayıb evinə çörəkpulu aparsın. Kəndin girəcəyində bir pezəvəng olurmuş, bu pezəvəng qalayçını görən kimi evinə dəvət edib, 6-7 taxta qabı qoyur qabağına ki, qalayla. Qalayçı "taxta qabı da qalaylayarlar?” deyən kimi pezəvəng onun boynunu salır qoltuğunun dibinə ki, "ya qalaylıyacaqsan, yada səni boğub, öldürərəm”. Canını qurtarmaq üçün qalayçı razılığını bildirir və oturur taxta qabları qalaylamağa. Yoldan keçən bir nəfər qalayçının taxta qab qalayladığını görüb, təəcübünü gizlətməyib, soruşur: -Ay qardaş, taxta qabı da qalaylayarlar? Qalayçı başını qaldırıb yoldan keçənə baxıb, deyir. -Qardaş, başın qoltuq dibi görməyib belə danışırsan, başın qoltuq dibi görsə taxta qab nədir, la
... Читать дальше »
"Tolışon Sədo” qəzetinin növbəti, 07 iyul tarixli 24 (36)-cı sayı işıq üzü görüb. Qəzetdəki bəzi məqalələrin qısa xülasəsini veririk.
Belə ki, qəzetin üz səhifəsində görkəmli talış ziyalısı, "Tolışi Sədo” qəzetinin mərhum baş redaktoru Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədovanın "Qorxu xəstəlikdirsə” yazısı və Rusiya muftilər şurasının sədrinin QMİ-nin sədrinə müraciəti, 2-ci səhifədə Talış xanlığının tarixini əxz edən "Əxbərnamə” əsərindən növbəti bir hissə, 3-cü səhifədə baş redaktor R.Cəlilovun "Yalan ayaq tutar” adlı araşdırma-müəllif yazısı, 4-cü səhifədə Bağır Coşğunun Mirkazım Aslanlının xatirəsinə həsr etdiyi yazısının birinci hissəsi, 5-ci səhifədə İradə Məlikovanın tərcümə etdiyi "Ofəyəmon” kitabından növbəti bir hissə və A
... Читать дальше »