Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2014 » Июнь » 25 » Talışda vəzifə satınalmaları
17:01
Talışda vəzifə satınalmaları

Lənkəran rayon icra hakimiyyətinin başçısı, hazırda xəstə olduğu bildirilən Taleh Qaraşovun adı 150 min manatlıq rüşvət qalmaqalında hallanır.

 Maraqlı budur ki, həmin ittihamlarda Lənkəranın icra başçısı, polis rəisi və prokurorunun adı çəkilir.

 Cumhuriyyet.az xəbər verir ki, 2014-cü il fevral ayının 24-də Lənkəranın icra başçısı Taleh Qaraşovun əmri ilə Lənkəran sakini, həkim Qurbanov Nurəddin Ələkbər oqlu həbs edilib. 

 Hadisəyə səbəb isə biabırçı qalmaqallar olub. Belə ki, 2012-ci ilin avqust ayında Nurəddin Qurbanov Lənkəran İcra hakimiyyətində işləyən Məmməd Səfərovdan icra başçısının müavini olmaq üçün əvvəl 120, sonra isə 150 min manat pul alınıb: 

 "Həmin pulu Nurəddin Qurbanov Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının baş həkimi işləmiş Sədatxan həkimin vasitəsi  ilə icra başçısına (Taleh Qaraşova) verib. Bu pul M.Səfərovu İcra Başçısının müavini vəzifəsinə təyin etdirmək üçun verilib. Hətta bundan sonra T.Qaraşov M. Səfərovu qəbul edib və onu bu vəzifəyə təyin edəcəyini deyib. Ancaq bu məqsədlə o, Bakı şəhərinə gedib qayıdandan sonra həmin vəzifəyə başqa adamın veriləcəyini bildirib və pulu yenə də Sədatxan həkimin vasitəsi ilə N.Qurbanova qaytarıb, o da bu pulu 22 mart 2013-cü il tarixində M.Səfərova geri verib. 

 27 mart 2013-cü il tarixində isə M.Səfərovdan Rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə keçmək üçün 150.000 min manat istənilib və bu məbləğ yenidən N.Qurbanova verilib. Həkim Nurəddin Qurbanov bu pulu  Cəllilabadlı sahibkar və Taleh Qaraşovun biznes ortağı olan Zaur Arif oğlu Rəhmanova verib. Zaur da bu pulu Taleh Qaraşova çatdıracağını deyib. Ancaq Məmməd Səfərov heç bir vəzifəyə təyinat almayıb və pulunu həkimdən tələb etməyə başlayıb. Həkim dəfələrlə Zaura zəng edib, yanına gedib ki, pulu qaytar. Lakin Zaur pulu qaytarmayıb və həkimi ona böhtan atmaqda günahlandırıb. Məmməd Səfərov bu iş haqda ərizə ilə polisə müraciət edib. 2013-cü il dekabrın 25-də həkim N.Qurbanov evdə xəstə yatarkən (yüksək dərəcədə şəkər və böyürəklərində kreatinin çoxalması)  Lənkəranın polis rəisi Möhübbət Hüseynov onu çağıraraq, psixi təsir göstərməklə (dəyənək gətirib, etikaya sıqmayan hərəkət edəcəyi ilə onu hədələyib, əllərini qandallatdıracağını, yerli televizyada çəkiliş aparacağını, heç bir etikaya və kişiliyə sığışmayan sözlərlə - həyat yoldaşını və uşaqlarını şöbəyə gətirəcəyi ilə) hədələyib. 61 yaşlı ağsaqqal və xəstə halda polisə çağırılan həkimə bu böyük təzyiqlər altında izahat yazdıraraq pulu mənimsədiyini onun boynuna qoyub və sonra oz mobil telefonu ilə kiməsə zəng edərək, şaqqanaq çəkib, günahı həkimin üzərinə qoyduğunu söyləyib. Və elə həmin gün həkim ayaq ustə infarkt keçirib. 2013-cü il dekabrın 26-da polis rəisi özü həkimin kiçik oğlunu yanına çağıraraq, onun, yəni Qurbanov Yalçın Nurəddin oğlunun adına olan (Bankdan kredit götürərək alınıb) evini Məmməd Səfərovun adına keçirməyi tələb edib. Hansı ki həkim Nurəddin öz yaşadığı evi banka girov qoyaraq oğluna ev alıb. Rəis isə Yalçına təzyiq göstərərək deyib ki, saat 3-ə qədər evi Məmmədin adına keçirməsən, atanı buradan birbaşa həbsə göndərirəm. Xəstə atasının pis vəziyyətdə olduğunu görən Yalçın atasına xatir bu işə razı olub. İmkansızlıqdan təmir etdirə bilmədiyi evi Məmmədin qaynı Ağayev Vüqar Balağa oğluna «bağışlamaq» məcburiyyətində qalıb. Hətta Lənkəranın prokuroru Natiq Abdullayev notariusa zəng edərək, bu işi 10 dəqiqə ərzində həll elətdirib. Halbuki, evi birinin adından başqasının adına keçirmək üçün günlərlə notariusa və Reyestr idarəsinə getmək lazım gəlir. Sabahı gün isə həkimin böyük oğlu Qurbanov Nuran Nurəddin oğlu, atası və qardaşı birlikdə çağırılıb, onun sürdüyü VAZ 21015 markalı maşını Məmmədə verməyi tələb ediblər. Polis rəisi deyib ki, bununla da işi bağlayacağıq. Həkim və oğlanları bütün bu işlərin tələ olduğunu və polis rəisinin hər gün bir şey tələb edəcəyini başa düşərək, maşını verməyiblər. Polis rəisi Nuranı maşınına həbs qoyacağı ilə hədələyib, lakin Nuran yenə maşını verməkdən imtina edib. Həkim polis rəisi və prokurora dəfələrlə pulu Zaurun mənimsədiyini desə də, polis rəisi və prokuror həkimə Zaurun adını çəkməməyi tapşırıblaar. Həkimin səhhəti nisbətən düzələndən sonra, uzun maneələrdən sonra 1-ci izhatının təzyiq altında alındıqını deyərək, 2-ci dəfə doğru izahatını verib. Lakin bu günə qədər əvvəlki izahata əsaslanaraq həkimin istintaqını onun əleyhinə aparıblar. 2-ci izahat isə işə daxil olunmadan yoxa çıxarılıb. Ona görə də, polis rəisi  və prokuror icra başçısı Taleh Qaraşovun göstərişi ilə Zauru müdafiə edərək günahsız həkimi həbs ediblər. 27 dekabır 2013 cü il tarixində həkimin həyat yoldaşı Daxili İşlər Nazirliyinə şikayətə gedib. Lakin orada ona heç kim qulaq asmayib. Həmin günü oradan Milli Təhlükəsizlik Nazirliyinə gedib və orada həkimə böhtan atıldığı ilə əlaqədar rəsmi ərizə ilə müraciət edib. 28 dekabr Prezident Aparatında mətbuat katibi Azər müəllimin qəbulunda olub və bu hadisə haqqinda ona məlumat verib. Azər məllim onu Baş Prokurorda Yadigar müəllimin yanına göndərib. Ancaq qəbulda oturan bir qadın işçi Yadigar müəllimin onu qəbul edə bilməyəcəyini söyləyib. Bütün bu distansiyalara gedərkən həkimin yoldaşı N.Qurbanovun cənab prezidentlə olan şəkilini də göstərib. Lakin yenə də onu heç bir yerdə qəbul etməyib və dərdinə qulaq asmayıblar. Yazdıqı ərizəyə də bu günə qədər cavab gəlməyib. 

 1997-ci ildən 2006-cı ilə qədər Qurbanov Nurəddin Lənkəran Mərkəzi xəstəxanasının baş həkimi işləyib. İşlədiyi müddət ərzində həmişə imkansız xəstələrə yardıb göstərib, onların ehtiyaclarını ödəyib. 2004-cü ildə Lənkəranda yaşayış binası çökəndə həkim Nurəddin Qurbanovun həmin xəstələrə göstərdiyi qayğı yəqin ki, o insanların yadından çıxmayıb. Səhəri gün çökmüş binanın zərərçəkən sakinlərinə baş çəkməyə gələn Cənab Prezident İlham Əliyev xəstələrə diqqətlə qulaq asıb və onlardan soruşub ki, həkim sizə necə baxır ? Xəstələr də prezidentə həkimdən razılıqlarını bildiriblər. Yəqin ki, bu hadisə cənab Prezidentin yaxşı yadındadır. Amma Lənkəranın yerli məmurları belə bir insanı etmədiyi günaha görə məhv edirlər. Nurəddin Qurbanov bu yaşına qədər işlədiyi vəzifələrdə dövlət pulunu və ya kiminsə şəxsi pulunu mənimsəsəydi, yəqin indi özü hökumət evində yaşamazdı. Və yaxud yaşadığı evi girov qoyub oğluna ev almaq məcburiyyətində qalmazdı.

 Maraqlıdır polis rəisi, prokuror, icra başçısı sahibkar Zauru nə səbəbə bu qədər müdafiə edib, günahsiz ağsaqqal bir həkimi həbsə atdırıblar? Təzyiqlər nəticəsində infarkt keçirən, şəkər xəstəsi və böyürəkləri xəstə olan 61 yaşlı insanın başına bir iş gəlsə, bunun cavabını kimlər verəcək?

 Həkimin xəstəliyini nəzərə alaraq, bütün qohumlar borc taparaq M. Səfərovun pulunu ödəyiblər. M.Səfərov da polis şöbəsində ərizə yazaraq pulunun ödənildiyini və həkimin azadlığa buraxılmasını xahiş edib. Bunu məhkəmələrdə də dəfələrlə söyləyib. Halbuki, 150.000 manat pul T.Qaraşovla Z.Rəhmanovun arasındadır və bu məbləğin kimdə nə qədər olmasını bir onlar ikisi, bir də Allah bilir. Lakin bütün bunlara baxmayaraq, həkim Lənkəran və Bakı təcridxanaları arasında qalıb. 

14 aprel 2014-cü il tarixində hakim Elşad Əliyevin sədirliyi ilə məhkəmə oldu. 21 aprel 2014-cü il tarixində M.Səfərov məhkəmədə çıxış edib, yuxarıda yazılanları olduğu kimi deyib. Rəhmanov Zaur da dindirilib. Zaur əvvəl həkimi tanımadığını, 1-ci dəfə gördüyünü deyib, lakin hakimin və köməkçilərinin verdiyi suallardan və şahid Məmmədov Dadaşın çıxışından sonra Zaurun yalan danışdığı üzə çıxıb. Bundan sonra o, həkimi tanıdığını etiraf edib. 12 may 2014-cü il tarixində növbəti məhkəmədə N.Qurbanov M.Səfərovun dediklərini olduğu kimi təsdiq etdi.

 20 may 2014-cü ildə növbəti məhkəmə təxirə salındı. 2 iyun 2014 cü il tarixində məhkəmədə prokuror həkimə 7 il iş istədi. Növbəti məhkəmə 12 iyun 2014-cü il tarixdə olacaq.

 Maraqlıdır Z. Rəhmanov nə 12-si, nə 20-si, nə də 2 iyun iclaslarında iştirak etməyib. Bundan əlavə, Sədatxan həkim ümumiyyətlə məhkəməyə dəvət olunmayib. T.Qaraşov da həmçinin  məhkəməyə dəvət olunmayıb və izahatı da alınmayıb. M.Səfərov T.Qaraşovdan bütün ditansiyalara şikayət məktubları, teleqramlar yazdığı üçün onu Lənkəran rayon Kərğalan kənd orta məktəbinə direktor təyin etdirib. Günahsız həkimə isə iş tələb olunur. Bu, necə ədalətdir? Belə bir haqsızlıq sabah hər bir insanın başına gələ bilər".

TALISH.ORG

Категория: Талыш xəbərləri | Просмотров: 2218 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus