Lənkəran rayon icra hakimiyyətinin başçısı, hazırda xəstə olduğu bildirilən Taleh Qaraşovun adı 150 min manatlıq rüşvət qalmaqalında hallanır.
Maraqlı budur ki, həmin ittihamlarda Lənkəranın icra başçısı, polis rəisi və prokurorunun adı çəkilir.
Cumhuriyyet.az xəbər verir ki, 2014-cü il fevral ayının 24-də Lənkəranın icra başçısı Taleh Qaraşovun əmri ilə Lənkəran sakini, həkim Qurbanov Nurəd
... Читать дальше »
Möhtərəm Məhkəmə, hörmətli məhkəmə iştirakçıları. İlk öncə, məhkəmədə şəxsən iştirakımı təmin etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Bir neçə gün öncə məhkəmə sədrinə və hakim kolegiyasına ünvanladığım açıq müraciətdə bildirdiyim kimi, mən narkotika adlı çirkabın zahiri görüntülərini yalnız 1-2 bədii filmlərdə görmüş və bu yaşımacən bircə dəfə də olsa əllərim o zəhrimara toxunmamışdır. Belə ki, həm ilkin ailə tərbiyəm və həm də sonralar daha ciddi şəkildə formalaşmış mənəvi, dini, pedaqoji əxlaqım məni bu və hər hansı başqa haram şeydən uzaq olmağa vadar etmişdir.
İyunun 25-də Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə “Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun kassasiya şikayətinə baxılıb. Məhkəmə H. Məmmədovun kassasiya şikayətini təmin etməyərək Apellyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Belə ki, Apellyasiya Məhkəməsi onun azadlıqdan məhrum edilməsi barədə birinci instansiya məhkəmənin qərarının ləğvindən imtina edib.
Turan-ın müxbirinin məlumatına görə, bugünkü iclas qapalı keçirilib.