Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2017 » Сентябрь » 20 » Talış dilində ü/u səsi
12:32
Talış dilində ü/u səsi

İndiyə qədər talış dilinin fonetikası barədə kifayət qədər yazılsa da, hələ də mübahisə doğuran məsələlər az deyil. Buna səbəb isə, heç şübhəsiz, bu dilin fonetik sisteminin eksperimental tədqiqata cəlb edilməməsidir. Digər tərəfdən, talış dili səsləri çox vaxt Azərbaycan dili səsləri ilə eyniləşdirilir, bu isə öz növbəsində ciddi anlaşılmazlıqla nəticələnir. Nəzərə almaq lazımdır ki, müxtəlif dillərin səsləri oxşar olsa da, onların eyniliyindən danışmaq ən azından məlumatsızlıqdan doğan yanlış fikirlərdir. Yəni dünyanın demək olar ki, bütün dillərində “a” səsi var, amma hər bir dilin, loru dildə desək,  öz “a” səsi var. Yəni talış dilində işlənən “a” səsi ilə Azərbaycan dilində olan “a” səsi oxşar olsa da, onlarda məxrəc fərqinin olması sübuta ehtiyacı olmayan aksiomdur. Filoloji savadı olan istənilən adam Azərbaycan dilində danışan talışın nitqində bunu hiss edə bilir. Buna dilçilikdə interferensiya deyilir. Danışıq dilində isə bu aksent adlanır. Yəni talış Azərbaycan dilində danışanda sözləri Azərbaycan dilində desə də, səsləri öz ana dilində deyir və nəticədə özü də istəmədən talış aksentində (ləhcəsində) danışır. Əlbəttə, bunu yazıda ifadə etmək mümkünsüzdür, çünki yazı nitqin şərti işarələrlə ifədəsidir. Bu işarələr isə çox vaxt nitqi ifadə etməkdə acizdir. 

Əlifbanı iqtisadiyyatda pulla müqayisə etmək olar. Pul da əslində kağızdır və sadəcə müəyyən razılaşma əsasında insanların tələbatını ödəyir və istənilən zaman, məsələn, ölkə başçısının qərarı ilə bir anda yenidən dəyərsiz olaraq kağız ola bilər. Fikirləşək ki, Prezident axşam qərar verir ki, sabahdan manat ləğv olunur və yerində dəmir pullar işlənəcək. Nə olar? Bizim bu günə qədər verib çörək, maşın, ev və s. dəyərli əşyalar və xidmətlər aldığımız qiymətli bir vasitə bir anda dəyərsiz kağız olar. Eyni sözləri səsin yazıda işarəsi olan hərflər haqqında da demək olar. Əlifba əslində daha çox siyasi anlam daşıyır və onun dilin səsləri ilə heç bir üzvi bağlılığı yoxdur. Çünki o, şərti işarələr sistemidir. Sabah Prezident qərar versə ki, bizim yeni əlifbamız olacaq və orada + işarəsi “a” səsini bildirəcək o anda bizim “a” hərfimiz kağız pul kimi heç nə olacaq. Bütün bunları yazmaqda məqsədim budur ki, bəzən insanlar əlifbada hansısa hərf üstündə o qədər mübahisə edirlər ki, sanki bu hərf olmasa, həmin səs də dildə olmayacaq. Talış dilində belə mübahisə doğuran hərflərdən biri də Azərbaycan dilində təxminən “ü” səsinə uyğun gələn səslə bağlıdır. 

Artıq qeyd etdiyimiz kimi, hər bir dilin öz səs məxrəci var, yəni talış dilində olan bir səs məxrəci heç vaxt Azərbaycan dilində olan səs məxrəci ilə eyni ola bilməz. Məsələn, talış dilində olan “a” səsi haqqında oxuyuruq: “Talış dilində a saiti müstəqil samitdir. O, dilin arxasında yumşaq damaqda tələffüz edilir və tələffüz zamanı dilin kütləsi azacıq yuxarı qalxsa da, ağız boşluğu açıq olur. Bu baxımdan a foneminin talış dilindəki tələffüzü Azərbaycan dilindəkindən o qədər də fərqlənmir. Lakin bununla yanaşı talış dilində a foneminin özünəməxsus xüsusiyyətləri də vardır: a foneminin tələffüzündə azacıq dodaqlanma, dodaqlanan o foneminə meyletmə hiss edilir. Bu meyl Lənkəran dialektində zəif, Astara dialektində isə aşkar hiss edilir. a foneminin dodaqlanma çalarını təkcə milliyətcə talış olanların nitqində hiss etmək olur, talış olmayanların talışca nitqində isə hiss edilmir. Yeri gəlmişkən onu da qeyd edim ki, milliyətcə talış olanların azərbaycanca nitqində də a foneminin dodaqlanma çaları özünü aşkar hiss etdirir” (kursiv mənimdir: R.H.) (Ə.Rəcəbli. Talış dilinin fonetikası. B., Nurlan, 2009, 188 s.). Yəni talışlar azərbaycanca danışanda onların nitqində işlənən a səsi azərbaycanlıların a səsindən məxrəccə fərqlənir və bu özünü aydın hiss etdirir. 

Eyni fikirləri talış dilində ü səsi haqqında da demək olar. Amma digər səslərdən fərqli olaraq ü talış dilində daha mübahisəli səslərdən sayılır. Məsələn, talış dilinin tanınmış tədqiqatçılarından olan L.Pireyko bu səsi ü kimi işarə edir və yazır: Ü fonemi nəzərəçarpacaq sıra diapazonu ilə (arxa sıradan, demək olar ki, ön sıraya, Azərbaycan dilinin ü səsinə qədər) fərqlənir. Xətt həmin fonemin diapazonunu göstərir. (Л.Пирейко. Краткий грамматический очерк талышского языка // Талышско – русский словарь. М., Русский язык, 1976, с.322, с.321-352).

Talış dilində ü səsin nisbətən incə olması isə şübhəsizdir. Başqa məsələdir ki, talış dilində olan bəzi samit səslər vardır ki, onlardan sonra saitin incə olması mümkünsüzdür, yəni talış dilində olan “k”, “q”, “ğ” və “x” samitləri məxrəcə görə arxa sıra samitləri olduğundan onlardan sonra incə saitinin tələffüzü mümkünsüzdür. Bu səbəbdən də talış dilində çox vaxt bununla bağlı mübahisələr yaranır. Heç şübhəsiz, bu da fonetik biliklərin məhdudluğu ilə bağlıdır. O səbəbdən də, bu məsələlərə bir qədər də dərindən nəzər salmaq qərarına gəldik. Əsas məsələ isə, əlbəttə, “ü” hərfi ilə bağlıdır.  

Bu barədə bir neçə söz deməyi özümüzə borc bilirik. Bu, talış dilində olduqca mübahisəli məsələlərdən hesab olunur və demək olar ki, bütün talış dili mütəxəssisələri bu məsələyə toxunublar. Biz isə talış dili fonetikası ilə bağlı olan ən son fikirlərə əsaslanmaq istərdik. Belə ki, Ə.Rəcəbli 2009-cü ildə “Talış dilinin fonetikası” kitabını yazıb və özünə qədər olan bütün dilçilərin talış dilinin fonetikası ilə bağlı fikirlərini şərh etdikdən sonra belə bir qənaətə gəlir:

1.    Talış dilində yaxın məxrəcli iki sait fonemin – “ü” və “u” səslərinin olub olmaması nəinki dilçilik ədəbiyyatında, hətta real həyatın özündə, talışların özü üçün belə mübahisəlidir.
2.    Talış dilinin tədqiqatçıları B.Miller “ü” səsini fonem, “u”-nu onun variantı hesab edir.
3.    L.Pireyko belə hesab edir ki, talış dilində təkcə bir irəli çəkilmiş ü səsi vardır. 
 V.Sokolova isə “u” səsini, fonem “ü”-nü onun variantı sayır. 
4.    1932-ci ildə olan “Talış dili” dərsliklərində əsasən, “ü”, bəzən isə “u” işlənir.
5.    Mən bu fikirdəyəm ki, talış ümumxalq və ədəbi dilində bir fonem – “ü” saiti mövcuddur (Kursiv mənimdir R.H.) (Ə.Rəcəbli. s.89-91). 

Göründüyü kimi, müəllif özündən əvvəlki müəlliflərlə razılaşır və talış dilində “ü” saitinin fonem kimi reallaşdığını qeyd edir. 
Daha sonra isə müəllif yazır: “Bu fonem ön sıra (incə), dar (qapalı), dodaqlanan saitdir. Bu fonem müəyyən mövqelərdə əhatə olunduğu səslərin təsiri ilə geriyə doğru çəkilir və “u” səsinə yaxın məxrəcdə tələffüz edilir. (s.91)” 

Əlbəttə, biz talış dilində səs sistemindən danışarkən İran dilləri üzrə tanınmış fonetist olan V.Sokolovanı qeyd etməyə bilmərik. Məhz onun “İran dillərinin fonetikası barədə oçerklər” (Очерки по фонетике иранских языков. М., 1953, ы.104-121) kitabı həm də talış dilinin fonetikasının öyrənilməsi üçün əsas mənbələrdən biri rolunu oynayır. Kitabda talış dili ilə yanaşı kürd, tat, bəluc dillərinin də fonetik sistemi araşdırılmışdır. Alimin fikrincə, talış dilində u fonemi güclü dodaqlanan, qapalı (və ya bir az açıq) səsdir. Dilin hansı yerində səslənməsinə görə (yəni qalından incəyə doğru R.H) çox geniş diapazona malikdir: arxa sıradan qarışığa qədər önə çəkilmiş və ya hətta ön sıra, azərbaycan dilinin ü səsinə yaxın və ya ü ilə üst-üstə düşən səs (Очерки по фонетике иранских языков. М., 1953, s.109). 

Bunun bir sıra səbəblərini qeyd edən dilçi alim, dialekt fərqləri və fonetik səbəbləri qabardır. Alimin fikrincə, Lənkəran rayonu üçün hiss olunacaq dərəcədə irəli çəkilən “ü” xarakterikdir və bu o qədər qabarıqdır ki orada “ü” fonetik variantını götürmək olar, nəinki “u”. Astara rayonu üçün isə nisbətən irəli çəkilmiş “u” xarakterikdir. Zuvand rayonu (indiki Lerik R.H.) üçün isə arxa sıra irəli çəkilməyən “u” xarakterikdir. O hallarda ki, Zuvand u səsi irəli çəkilir, həmişə fonetik səbəblər görünür (yenə orda: s.109). 

Müəllif hər üç rayonda “kavu”, “loku”, “noxut”, “ovşum”, “avşum”, “xun”, “xumor”, “murad” “sobun” (Lənkəran, Zuvand), “subun” (Astara) sözlərində önə çəkilməyən arxa sıra “u” səsinin işləndiyini qeyd edir. Bunun səbəbini isə müəllif haqlı olaraq bu sözlərdə arxa sıra saitin və ya uvulyar (dilçək) samitlərinin işləndiyini və bu səslərin “u” səsinin öndə tələffüzünə mane olduğunu qeyd edir (yenə orda: s.110). 

Eyni fikirlərə biz Ə.Rəcəblidə də rast gəlirik: “Ü foneminin u çalarında tələffüz edilməsi onun dilarxası uvulyar q, ğ, x samitləri və qismən də qalın sait qoşulduqda işlənməsinin nəticəsidir. Bu səslərin tələffüzündə dilin kütləsi arxaya, yumşaq damağa doğru çəkilir və ön sıra saiti ü səsini tələffüz etmək üçün ağız boşluğunun önünə qayıda bilmir, ü saiti yarıyolda tələffüz edildiyi üçün arxaya çəkilmiş səs məxrəcində təzahür edir, bir qədər kobud alınır, u saitinin tələffüz çalarına malik olur. Ü foneminin u variantının təzahür etməsinin fizioloji əsası budur. Bu zaman dilçilikdə akkomodasiya adlanan hadisə baş verir” (Ə.Rəcəbli. s.91).

Daha sonra Ə.Rəcəbli gəldiyi nəticəni belə ümumiləşdirir: “Mən bu fikirdəyəm ki, talış dilinin özünə məxsus sözlərdə Lerik dialektində, qismən Astara dialektində işlənən u saiti ü foneminin arxaya çəkilmiş məxrəcdə tələffüz edilən variantlarından başqa bir şey deyildir” (kursiv mənimdir R.H.) (Ə.R.s.91). 

Talış dilindən danışarkən N.X.Məmmədovun tədqiqatına toxunmamaq düzgün olmazdı. Fikrimizcə, müəllifin “Talış dilinin Şüvi şivəsi” adlı dissertasiyası bu günə qədər talış dili ilə bağlı yazılan ən sanballı işlərdən biridir. Doğrudur, müəllif dissertasiyada talış dilinin fonetikasını geniş təhlil etmir, amma qeyd olunmalıdır ki, N.X.Məmmədov talış dilində birmənalı olaraq incə “ü” səsindən danışır və bu səsin talış dilində alınma olduğunu qeyd edən tədqiqatçıların fikrini əsassız sayır . “...talış dili vokalizmində Azərbaycan dilində mövcud olan u saiti yoxdur (kursiv mənimdir R.H.). Buna görə də şagirdlər (talış mənşəli şagirdlər nəzərdə tutulur R.H.) həmin səsi ya ü ilə, məs.: pul ˃ pül, vur ˃ vür, dur ˃ dür, duz ˃ düz, ulu baba ˃ ülü baba; ya da o ilə əvəz edirlər; məs.: qutu ˃ qoto, yumşaq ˃ yomşağ, qoyun ˃ qoyon, yoğun ˃ yoğon, toyuq ˃ toyoğ, buğda ˃ boğda və s. (Talış dilinin Şüvi şivəsi, B., 1972, s.4)”. Daha sonra müəllif yazır: Bəzi müəlliflər “ə”, “ü”, “ı” səslərinin talış dilində Azərbaycan dilinin təsiri nəticəsində yarandığını qeyd edirlər.

H.Zərinəzadə talış dilində “ə”, “ü”, “ı” saitlərinin talış dilinə məxsus olmayıb Azərbaycan dilinin təsiri nəticəsində yaranmış səslər olduğunu qeyd edir: “Çox ehtimal ki, bu səslər də Azərbaycan dilinin təsirə ilə talış dilinin vokalizminə artırılmışdır. Bu ehtimal məhz belə bir tarixi səbəbə görə düzgün görünür ki, “ə”, “ü”, “ı” səsləri İran ailəsinə daxil olan ancaq elə dillərdə (tacik, kürd, talış, tat) tapılır ki, o dillərdə danışan xalqlar türk dillərində danışan xalqlarla (Azərbaycan, özbək, türkmən və s.) bilavasitə və uzun müddət qonşuluqda, çox sıx əlaqədə yaşamış və yaşayırlar, halbuki İran ailəsinə daxil olan, lakin türk dillərinin təsir dairəsindən az-çox kənarda qalan dil və dialektlərdə bu fonetik ünsürlər görünmür” (N.X.Məmmədov s.6).
“ı”, “ü” fonemlərinin alınma olması fikri ilə də razılaşmaq olmaz. Bu fonemlər talış dilinin özünəməxsus (“özünəməxsus” sözlər deyərkən dissertasiyada İran mənşəli sözlər nəzərdə tutulur.) sözlərində istər söz əvvəlində, istər söz ortasında və istərsə də söz sonunda geniş surətdə işlənir və keyfiyyətcə Azərbaycan dilindəki “ı”, “ü” fonemlərindən çox fərqlənmir. Məs.: qǚjd “ət”, mü “saç”, bü “iy”, zü “güc”, lü “qabıq”, rü “çay”, xü “keçmə xəstəliyi”, müz “milçək”, rüj “gün”, omǚte “öyrətmək, öyrənmək”, bı̆z “keçi”, dı̆zd “oğru”, bı̆rz “düyü”, vı̆rə “yer”, bı̆r “tikan”, dı̆r “aralı”, hı̆l “deşik”, vı̆l “gül”, çı̆l “qırx”, ı̆sə “indi”, ım//ın “bu”, ı̆ştə “sənin”, ı̆mün “bunlar”, ü “çürük” və s. 

Digər tərəfdən, tərkibində “ı”, “ü” səsləri olan Azərbaycan və Azərbaycan dili vasitəsi ilə talış dilinə keçmiş sözlərin əksəriyyəti müəyyən fonetik dəyişikliyə uğrayır. Məs.: ü>ı: mürəkkəb > mırəkkəb, müqavilə > mıqavilə, nümunə > nımunə, düymə > dıqmə, bürünc > bırınc, mümkün > mımkün; ü > i: bütöv > bitov, tüfəng > tifanq; ı > i: arayış > arayiş, arxayın > arxayin, çalğıçı > çalğıçı, qayçı > ğəyçi; ı > ə: bığ > bəğ; ı > ü: qapı > qapü, barıt > bürüt; ı > o: çadır > çodo və s. 
Onu da qeyd etmək lazımdır ki, “ı”, “ü” səsləri təkcə türk dillərinə məxsus səslər deyildir. Hind-Avropa dillərindən alman, fransız və s. dillərdə “ü” səsi geniş surətdə işlənməkdədir. Halbuki fransızlarla və almanlarla türklər heç də qonşuluqda yaşamırlar. “ı” səsi isə “ü” səsindən daha geniş mövcuddur və İran ailəsinə daxil olan dil və dialektlərin çoxunda da vardır (N.X. Məmmədov s.10-11). 

Bizim fikrimizcə də, talış dilində “ü” saiti fonem kimi reallaşır. Lakin bu səs Azərbaycan dilindəki qarşılığından məxrəc fərqinə görə fərqlənir, yəni bu səs Azərbaycan dili səsi qədər incə deyil və onu nisbətən orta sıra sait kimi xarakterizə etsək, daha düzgün olar. Digər tərəfdən fizioloji olaraq talış dilinin ü səsinin tələffüzündə dodaqlar Azərbaycan dilinə nisbətən daha çox önə çəkilir və bu da talış dilində bu səsin kifayət qədər fərqli səslənməsi ilə nəticələnir. Yəni talış dilində ü səsi orta sıra, qapalı, dodaqlanan, incə səsdir. 

Talış dilində mübahisəli məsələlərdən biri də, əlbəttə ki, onun əlifbası məsələsidir. Bu məqalədə məqsəd əlifba məsələsi olmadığından biz yalnız ü səsinin yazıda işarəsinə toxunmaq istərdik. Artıq qeyd etdiyimiz kimi, əlifba işarələr sitemidir. Talış dili üçün isə latın qrafikalı əlifba istifadə edilir. Fikrimizcə, bu əlifba talış dilinin fonetik sistemini əhatə edə bilir. Konkret ü səsinin ifadəsinə gəlincə, qeyd olunmalıdır ki, bu dildə u səsi olmadığından onun diaktretik işarəsi olan variantın (ü) istifadəsi də mümkünsüzdür. Bu səbəbdən də talış dilində ü səsini ifadə etmək üçün u işarəsindən istifadə daha məntiqli olardı. Bu barədə biz Ə.Rəcəbli ilə razılaşırıq. Müəllif yazır: “...Azərbaycan dilində u səsi mövcuddur və o, latın qrafikalı Azərbaycan əlifbasında u hərfi ilə işarə edilir. Talış dilində u səsi yoxdur, deməli, onun Azərbaycan əlifbasındakı işarəsi (u) talış əlifbasına salına bilməz. Hər iki dildə ü səsi vardır, ancaq Azərbaycan əlifbasında bu səsi işarə edən ü səsini talış əlifbasına salmaq mümkün deyil, çünki hərfin əsası u işarəsi talış əlifbasında yoxdur; olmayan işarəyə diakritik işarə artırmaq məntiqsiz və gülüncdür” (Ə.R. s.62).

Deməli, talış dilində Azərbaycan dilinin ü səsinə uyğun gələn səsi talış əlifbasında u hərfi ilə işarə etmək məqsədəuyğundur.  
Nəticə olaraq isə bunları qeyd etmək olar:

1.    Talış dilində “ü” səsi orta sıra, incə, dodaqlanan, qapalı səsdir. 
2.    Bu səs Azərbaycan dilindəki incə “ü” səsinə çox yaxın məxrəcdə tələffüz edilsə də, həmin səslə eyni deyil və məxrəc fərqləri kifayət qədərdir. 
3.    Latın qrafikalı talış əlifbasında bu səsin “u” ilə işarə olunması məqsədəuyğundur.
   

Rasim HEYDƏROV 

Filoloqiya üzrə fəlsəfə doktoru

 

Категория: Talış dili və ədəbiyyatı | Просмотров: 3668 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus