İndiyə qədər talış dilinin fonetikası barədə kifayət qədər yazılsa da, hələ də mübahisə doğuran məsələlər az deyil. Buna səbəb isə, heç şübhəsiz, bu dilin fonetik sisteminin eksperimental tədqiqata cəlb edilməməsidir. Digər tərəfdən, talış dili səsləri çox vaxt Azərbaycan dili səsləri ilə eyniləşdirilir, bu isə öz növbəsində ciddi anlaşılmazlıqla nəticələnir. Nəzərə almaq lazımdır ki, müxtəlif dillərin səsləri oxşar olsa da, onların eyniliyindən danışmaq ən azından məlumatsızlıqdan doğan yanlış fikirlərdir. Yəni dünyanın demək olar ki, bütün dillərində “a” səsi var, amma hər bir dilin, loru dil
... Читать дальше »