Главная » 2012»Октябрь»29 » Talış Ağsaqqallar şurasının AR prezidenti İ.Əliyevə müraciəti
14:08
Talış Ağsaqqallar şurasının AR prezidenti İ.Əliyevə müraciəti
Cənab prezident!
Bu müraciəti Sizə ünvanlamaqda məqsədimiz təyin etdiyiniz məmurlar tərəfindən edilən özbaşınalıqları nəzərinizə çatdırmaqdır. Siz xalq tərəfindən seçilmiş, AR Konstitusiyasının qarantı, vətəndaşların hüquqlarının müdafiə etməli olan dövlət başçısısınız. Vəzifəyə təyin etdiyiniz şəxslər etibar etdiyiniz adamlar kimi sizin yeritdiyiniz siyasəti həyata keçirməlidirlər. Reallıqda isə biz bunun tam əksini görürük. Sizin dəfələrlə bildirdiyiniz " rüşvətxorluq və korrupsiya Azərbaycanın beynəlxalq imicini aşağı salan biabırçı bir əməldir və bu cür hallara qarşı qətiyyətli mübarizə aparılmalıdır ” fikrinin əksi olaraq tabeliyinizdə olan rayon icra hakimiyyətinin başçıları açıq-aşkar, heç bir şeydən çəkinmədən rüşvət yığmaqda və əhalinin konstitusion hüquqlarını pozmaqda davam edirlər. Biz bu cür faktların yalnız 2-sini nəzərinizə çatdırmaq istəyirik.
1. Masallı rayonun keçmiş icra başçısı Qəzənfər Ağayev Kolatan kənd sakinlərinin kəndə qaz çəkdirmək üçün yığdıqları 280 min manatı mənimsəyib. Hazırda o Sizin sərəncamınızla Astara rayonuna başçı təyin olunmuşdur. Kənd camaatının əlaqədar instansiyalara etdiyi şikayətlər heç bir nəticə verməyib.
2. Lənkəran rayon icra başçısı Taleh Qaraşov bu il aprelin 14-də Sizin əmrinizlə təyin olunub. Özünün 24 avqust tarixli sərəncamı ilə kənd icra nümayəndəlikləri işçilərinin hərəsindən qopartdığı 1000 manatdan 6000 manatadək rüşvət müqabilində onları tutduqları vəzifəyə təsdiq etdi. Hələ bu azmış kimi düz bir ay sonra, 24 sentyabr əmri ilə kənd nümayəndəliklərinin 29 nəfər işçisini ali təhsilli olmadıqları bəhanəsi ilə işdən çıxardıb. Onu da qeyd edək ki bu 29 nəfər T.Qaraşovun tələb etdiyi rüşvəti ödəyənlərin sırasındadır və əksəriyyətinin pensiyaya çıxmasına az bir vaxt qalmışdır. Özü də onlar öz işini mükəmməl bilən və dövlətə sədaqətlə xidmət edən adamlardır. Görəsən onun bu adamları işdən qovmaqda məqsədi nədir və o bu işdə kimə güvənir?
Cənab Prezident! Ümidvarıq ki, vətəndaşların hüquqlarının bu cür pozulmasının qarşısını almaq məqsədi ilə göstərdiyimiz faktları araşdırmaq üçün müvafiq göstərişlər verəcəksiniz.
Talış Ağsaqqallar şurasının 28 oktyabr 2012-ci il tarixli iclasında qəbul edilmişdir. 29.10.2012
Ай сипиришон, какие вы наивные. Кому вы жалуетесь? Неужели непонятно цель весенней рокировки п...нта? Продав,что можно в одном районе, гос чиновник назначается в другой район, где грабеж снова повторяется, при этом некоторая недвижимость и должность перепродается несколько раз. Конечно, об этом знают все, кроме п...нта.
Все чиновники поголовно представители нахерского клана. И они во главе со СВОИМ президентом проводят политику ограбления народа. Практически вес азербайджанский народ находится под гнётом этого человеконенавистнического клана. Вес цивилизованный мир проклинает эту бандитскую власть и относится к ней с отвращением. Смена этого преступного режима лишь вопрос времени.
Ув. аксаккалы ! Покажите хотя бы одного справедливого чиновника-нахичеванца? Проверенный способ удержание народа под игом- получить взятки, доводить их до нищеты. Нищим управлять легче!
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]