Bu müraciəti Sizə ünvanlamaqda məqsədimiz təyin etdiyiniz məmurlar tərəfindən edilən özbaşınalıqları nəzərinizə çatdırmaqdır. Siz xalq tərəfindən seçilmiş, AR Konstitusiyasının qarantı, vətəndaşların hüquqlarının müdafiə etməli olan dövlət başçısısınız. Vəzifəyə təyin etdiyiniz şəxslər etibar etdiyiniz adamlar kimi sizin yeritdiyiniz siyasəti həyata keçirməlidirlər. Reallıqda isə biz bunun tam əksini görürük. Sizin dəfələrlə bildirdiyiniz " rüşvətxorluq və korrupsiya Azərbaycanın beynəlxalq imicini aşağı salan biabırçı bir əməldir və bu cür hallara qarşı qətiyyətli mübarizə aparılmalıdır ” fikrinin əksi olaraq tabeliyinizdə olan rayon icra hakimiyyətinin başçılar
... Читать дальше »
Azərbaycan masonlarının başında duran məmur və müxalifətə ayrılan 30 milyon dollar
Dünyanı idarə edən gizli qüvvələrin olması və onların mason lojalarında birləşməsi ilə bağlı məlumatlar yeni deyil. Amma Azərbaycanda masonların fəaliyyəti, müxtəlif ölkələri, prosesləri, bütövlükdə dünyanı necə yönləndirməsi ilə bağlı məlumatlar ölkəmiz müstəqilliyini bərpa edəndən sonra, əsasən də son illərdə yayılmağa başlayıb.
Zaman-zaman müəyyən dairələrdə Azərbaycanda çox tanınmış və nüfuzlu bəzi şəxslərin mason lojalarının üzvü olması barədə müzakirələr gedib. Ancaq bununla bağlı söhbətlər digər ölkələrdəki masson lojalarının fəaliyyətləri qədər təffərrüatlı olmayıb.