Главная » 2011»Июнь»10 » “Səid Dadaşbəyli qrupu" - Uşaqlarımızın heç bir günahı yoxdur
17:48
“Səid Dadaşbəyli qrupu" - Uşaqlarımızın heç bir günahı yoxdur
Bu gün dövlət çevrilişinə cəhddə təqsirləndirilən Səid Dadaşbəylinin dəstəsinin işi üzrə müdafiə komitəsi mətbuat konfransı keçirib.
Tədbirdə çıxış edən komitənin sədri və Səid Dadaşbəylinin anası Qətibə Qarayeva oğlunun 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunduğunu deyib: "Səid Dadaşbəyli 14 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun günahı yoxdur. Dörd ildən çoxdur oğlumun azadlığa buraxılmasını gözləyirik. Guya Səid Dadaşbəyli dövlətə çevrilişə cəhd edib. Mən Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza ilə iki dəfə görüşmüşəm. Mən qarşılaşdığımız bütün qanunsuzluqları səfirə dedim”.
Dəstə üzvü Rasim Kərimovun anası İradə Kərimova oğlunun hadisə baş verən vaxt Həcc ziyarətində olduğunu deyib: "Həmin vaxt oğlum mənə zəng elədi ki, Səidgili niyə tutublar? Oğlum Səid Dadaşbəyli ilə bizneslə məşğul olurdu. O, beş dildə sərbəst danışırdı. Əgər onun günahı olsaydı, elə oradan qaçardı. Lakin burada təyyarədən düşəndə həbs olunub. Həcc ziyatətində olan adam necə dövlət çevrilişi edə bilər? Saxlanılan şəxslərdən beş nəfəri isə tutulmamışdan əvvəl ağır xəstə idilər”.
Samir Qocayevin həyat yoldaşı Dürdanə İsmayılova isə bu cinayıət işi üzrə 3 nəfərin şikayətinin Avropa Məhkəməsinə qəbul olunduğunu deyib: "Səid Dadaşbəylinin, Samir Qocayevin və digər bir nəfərin hökmündən Avropa Məhkəməsinə aprel ayında şikayət təqdim etmişdik. Artıq bununla bağlı bizə cavab gəlib, şikayətimizi qəbul ediblər”.